Icma.az
close
up
RU
Azalan gəlirlər fonunda hansı xərcləri azaltmalıyıq?! Natiq Cəfərli izah edir

Azalan gəlirlər fonunda hansı xərcləri azaltmalıyıq?! Natiq Cəfərli izah edir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hökumətin ən böyük səhvi ondadır ki, azalan büdcə gəlirlərini vergi-rüsum-cərimə artımları ilə kompensasiya edirlər

"Son 5 ildir ki, ölkədə gəlirlərin azalması tendensiyası müşahidə edilir - əsas səbəb də, neftin hasilatının azalması, qiymətinin isə, əvvəlki illərə görə daha ucuz olmasıdır. Hə, bu sual yaradır ki, hökumət nədən bu illər ərzində büdcə gəlirlərinin artması üçün tədbirlər görməyib, niyə iqtisadi aktivliyi artırmaq mümkün olmayıb, nə səbəbə kiçik-orta sahibkarlıq inkişaf etməyib – amma, necə deyərlər, olan olub, bu gün məşhur “nə etməli” sualına cavab tapmalıyıq, çünki, “günahkarlar” artıq məlumdur". 

Sherg.az xəbər verir ki, bu sözləri REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, hökumətin ən böyük səhvi ondadır ki, azalan büdcə gəlirlərini vergi-rüsum-cərimə artımları ilə kompensasiya edirlər – halbuki, büdcə gəlirlərinin (neft amili xaric) azalmasının ən böyük səbəbi iqtisadiyyatımızın daralması, və ya, ÜDM artım tempinin ciddi aşağı düşməsidir:

"Sadə dillə desək, iqtisadiyyatımız böyümür, əlavə dəyər yaratma tempimiz aşağı düşüb, nəticədə gəlirlər azalır – gəlir azalanda hökumət panikaya düşüb vergi-rüsum-cərimələri artırır ki, büdcənin azalan gəlirlərini kompensasiya etsin, bu addım isə əks effekt verərək iqtisadi aktivliyi daha da azaldır - vətəndaş daha çox vergi-rüsum-cərimə ödəyəndə iqtisadiyyata daha az pul xərcləyir, iqtisadiyyat daha da daralır, nəticədə büdcə gəlirləri ilə problem həll edilmir, həm də, iqtisadi aktivlik zəifləyir". 

Natiq Cəfərli hesab edir ki, indi hökumətin bu yanlış iqtisadi siyasətinə görə gəlirlər artmırsa, deməli, məntiq və iqtisad elminə görə xərcləri azaltmağın yollarını tapmalıyıq. Sosial xərcləri azaltmaq olmaz, zatən elə də yüksək deyil, ona görə də, başqa xərc maddələrinə baxmaq lazımdır:

"Gələn il, 2026-cı ildə büdcə xərclərinin 2 maddəsi bütün büdcənin 30% xərclərini təşkil edir: 

- müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8714,8 milyon manat (xüsusi çəkisi 21,0 faiz),

- məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz). 

Anlayıram ki, bütün dünyada indi hərbi, müdafiə ilə bağlı xərclər artır, onu da bilirəm ki, coğrafiyamız-taleyimizdir, bu bölgədə güclü ordumuz, sağlam müdafiəmiz olmalıdır. Azərbaycan Dövləti və Xalqı son illərdə dünyada öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməyi bacaran tək dövlət, yeganə xalqdır. Bu qürur mənbəyi və fəxt edilməli nəaliyyətdir. 

Ermənistanla sülh quruculuğu sürətlə gedir, inşAllah, gələn il paraflanmış müqavilə tam təsdiqlənəcək və Erməniatan məsələsinə tam bizim istəklərimizə uyğun nöqtə qoyulucaq. Ermənistanda, hətta, revanşistlər hakimiyyətə gəlsə belə, hərbi yolla üzərimizə gəlmək ehtimalı sıfra yaxındır, Ordumuz bunun qarşısını kəsən səddir. Həm də ki, Ordumuz bir qırağa, qurduğumuz ittifaqlar belə bu axmaq xülyaları revanşistlərin başından çıxartmağa yetərlidir. 

Ermənistan da bunu anlayır, özləri addım-addın revanşistlərin kökünü, hakimiyyətə gedən yollarını kəsirlər. Ermənistanda yeni müharibə istəyən heç bir siyasi qüvvənin seçki ilə hakimiyyətə gəlmək şansı yoxdur – bunu anlayırlar, ona görə də, 2026-cı il büdcələrində hərbi xərcləri 16% azaldıblar. 

Ermənistan təhlükəsi yoxdursa, qalır Şimaldan və Cənubdan əsə biləcək “küləklər”, gələ biləcək təhdidlər və onların neytrallaşdırılması məsələsi. Açığını deyim ki, Azərbaycan dövləti xarici siyasətdə uğurlu manervlər etməyi və ehtimal olunan təhdidləri diplomatik yolla neytrallaşdmağı bacarır. Azərbayan həm Rusiya, həm də İranla normal qonşuluq münasibətləri qurmağa çalışır. Təbii ki, ölkəmiz nə Rusiya, nə də İranla heç vaxt hərbi münaqişə istəməz, bu ssenarinin mümkünsüz olması üçün çalışır". 

N. Cəfərli açıq deyir ki, bizim müdafiə xərclərimiz 8,7 mlrd. manat deyil, lap 18 mlrd. manat olsa da, Rusiya və İranla müharibəyə bəs etməz, ona görə də, Ermənistan təhlükəsini sıfra endirdiyimiz bir dönəmdə, hərbi xərcləri azaltmaq üçün yaxşı fürsət yaranıb. Şimal-Cənub təhdidlərini neytralladırmaq üçün isə hərbi deyil də, diplomatik önləmlər alınmalıdır, bu həm daha ucuzdur, həm də, daha effektivdir: 

"Qardaş Türkiyə ilə qurulan hərbi ittifaq, Pakinsanla imzalanmış müqavilələr, indi ABŞ və Britaniya ilə ən yüksək səviyyəli münasibətlər, tərəfdaş kimi İsrail faktoru – bütün bunlar qurulmuş ittifaqların dərinləşdirərək hərbi xərcləri azaltmağa imkan verən təməl faktorlardır. Qısası, hərbi xərclərin 20-30% azaldılması mümkündür. 

Gələk hüquq-mühafizə, əsas da, polis orqanlarına – min bir əziyyətlə öz xidməti vəzifəsini yerinə yetirən polisin sayı çox, maaşı isə azdır. Maaş azlığı onların vətəndaşlarla davranışına da təsir edir, narazılıqları artırır. Ölkədə nə qədər polis olduğunu dəqiq bilmirəm, amma, düşünürəm ki, saylarını azaltmaq, bunun hesabına yerdə qalanların maaşlarını artırmaqla, bu sahədə də, təqribən, 10-15% qənaət etmək mümkündür. Bu həm polis-vətəndaş münasibətlərində olan neqativ halları azaldar, həm də büdcə xərcləmələrinin azalmasına öz tövhəsini verə bilər". 

Beləliklə iqtisadçıya görə, büdcə xərclərinin təqribən, 3-4 mlrd. manar azalması mümkündür ki, bu da hökuməti bir az rahatlada bilər. Onlar da vətəndaşın belini qırmağa yönəlik addımlardan çəkinərək, əksinə, vergi-rüsum endirimi yolu ilə iqtisadi canlanma yaratmağa çalışarlar ki, bu da sonda həm vətəndaşın, həm də dövlətin gəlirlərini artıracaq:

"Yəni, bu gün hökumət kiçik-orta sahibkara üzünü dönüb onlara vergi-rüsum güzəştləri versə, ola bilər ki, 2 il daha az vergi-rüsum toplasın, bunu da Neft Fondundan kompensasiya etmək olar, amma, 2 ildən sonra iqtisadi artım, ÜDM-in artması, iqtisadi canlanma hesabına indikindən daha çox vergi yığacaqlar.

Bu gün məmləkət üçün ən real təhdid iqtisadi daralma, sosial problemlərin artmasıdır, bu məsələni həll etməyin yolu isə iqtisadi artımdan, iqtisadiyyatın çarxlarının dönməsinə mane olan hökumətin indiki siyasətinin 180 dərəcə dəyişməsindən keçir...".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Dekabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri