Icma.az
close
up
RU
Məmləkətin gəlirləri azalıb, xərcləri artıb NATİQ CƏFƏRLİ

Məmləkətin gəlirləri azalıb, xərcləri artıb NATİQ CƏFƏRLİ

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Azərbaycanda 7 ildir ki, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslərin gəlir vergisinə güzəştlər tətbiq edilir. Əslində güzəştə görə vergilər sıfırlansa da, əvəzində DSMF-yə ödənişlər artmışdı. Bu ilin sonunda güzəştlərin müddəti bitir – nə maliyyə nazirliyi, nə də hökumətin digər rəsmi qurumları vergi güzəştlərinin uzadılacağı ilə bağlı heç bir məlumat vermirlər”.

Gununsesi.info xəbər verir ki, bunu REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, məmləkətin gəlirləri azalıb, xərcləri artıb:
“Belə olanda adətən, biznes üçün fürsətlər genişləndirilir ki, iqtisadi aktivliyin yüksəlməsi vergi daxilolmalarını artırsın. Bizdə hökumət bu yolu getmək, deyəsən, istəmir.

Cərimələrin, vergilərin, kommunal ödənişlərin artırılması yolu ilə büdcəyə daxil olan vəsaiti çoxaltmaq istəyirlər – kökündən yanlış yoldur, iqtisadiyyatı daha da daraldacaq, insanların gəlirlərini azaldacaq yoldur. Gəlir azalanda xərcləmələr də azalır – deməli, iqtisadi aktivlik aşağı düşür, ÜDM artımı zəifləyir, rifah səviyyəsi enir.
Hökumət məhz bu yolla getdiyinə görə Azərbaycanda bu ilin ilk 8 ayında ÜDM artımı cəmi 0,9% olub ki, bu əslində ressesiya göstəricisidir. İqtisadi aktivliyin zəifləfləməsi ona gətirdi çıxartdı ki, Azərbaycan adambaşına düşən ÜDM-ə görə Cənubi Qafqazda sonuncu yerə düşdü.

Hökumət fiziki şəxslərin (qeyri-dövlət və qeyri neft sahəsində çalışanlar) vergi güzəştlərini ləğv etsə, maaşdan (gəlirdən) 14% vergi sisteminə geri dönsə, bu yanlışın kubu olacaq. Həmən “boz əmək bazarı” yenidən artacaq, rəsmi müqavilələrlə çalışanların sayı azalacaq, rəsmi müqavilədə göstərinlən maaşla real maaş arasında ciddi fərq yaranacaq, kiçik-orta sahibkarlar daha çox işçini ixtisara salmağa məcbur olacaq.

Fiziki çəxslərə 14%-lik vergini geri qaytarsalar, məntiqlə, DSMF ödənişlərini KƏSKİN azaltmalıdırlar, bu zaman da Sosial Müdafiə Fonduna toplanan vəsait ciddi azalacaq, onlara ödənilən dotasiyanı artırmaq məcburiyyəti yaranacaq. Yəni, hökumət vətəndaşdan vergini artıq yığıb, həmin vəsaiti DSMF-yə ötürməli olacaq, yəni, “yazı-pozu işi”, vətəndaşın dövlətdən-hökumətdən incikliyi artacaq.

Ona görə də, hökumət papağını qabağına qoyub bir daha düşünməlidir – anlayıram, ölkənin gəlirləri azalıb, xərclər çoxalıb, amma o xərcləri vətəndaşın cibi hesabına qarşılamaq cəhdi uğursuz olacaq, iqtisadiyyat zatən daralır, bu addımdan sonra daha da kiçiləcək. Ona görə də, bu vergi güzəştləri, ən azı, daha 7 il uzadılmalı, paralel olaraq da iqtisadi azadlıqlar genişləndirilməlidir”.

Afət Abbasova
Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Sentyabr 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see631

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see266

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see240

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see218

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see215

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see213

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see202

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see193

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see189

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see171

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see170

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see170

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see158

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see156

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see153

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see152

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see147

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri