AZALın qəzaya uğrayan təyyarəsinin istehsalçıları Aktauya gediblər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
AZAL-ın qəzaya uğrayan təyyarəsinin istehsalçısı olan "Embraer" şirkətinin nümayəndələri Braziliyadan Aktau şəhərinə gediblər.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bildirilir ki, təhqiqat komissiyası aviasiya hadisəsi yerində növbəti işləri planlaşdırıb.
Yeri gəlmişkən, yaxın günlərdə CENIPA-nın (Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzi, Braziliya) gəlişi gözlənilir.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 27 Dekabr 2024 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















