Icma.az
close
up
RU
CENIPAnın mütəxəssisləri AZALın qəzaya uğrayan təyyarəsinə görə Aktauya gəliblər

CENIPAnın mütəxəssisləri AZALın qəzaya uğrayan təyyarəsinə görə Aktauya gəliblər

Braziliyanın Aviasiya Hadisələrinin Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) mütəxəssisləri Aktauya gəliblər.

Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, təhqiqat komissiyasının qərargahında iclas keçirilib, qəza yerində aparılacaq birgə araşdırma prosesinin detalları müəyyənləşdirilib.

Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri