Icma.az
close
up
RU
AZALın vitseprezidenti bütün təfərrüatları açıqladı: Ekipaj hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər

AZALın vitseprezidenti bütün təfərrüatları açıqladı: Ekipaj hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər

Manset saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190” tipli sərnişin təyyarəsinə kənardan qeyri-qanuni təsirlər olub, təyyarəni idarə edən sistemlər sıradan çıxarılıb.

Manset.az xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov Heydər Əliyev Beynəlxalq Aeroportunda qəza nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.

"Belə bir məqamda pilotlarımız böyük cəsarət nümayiş etdirib. Ekipaj təyyarənin qəzaya uğraması ilə bağlı Qrozni və Mahaçqala hava limanlarına siqnal göndərsə də, onları qəbul etməyiblər. Bunun səbəbini komissiya araşdıracaq. Heyət belə çətin vəziyyətdə idarə edilməyə qadir olmayan təyyarəni idarə edib, onu Aktauya yönəldib ki, insanların həyatını xilas edə bilsinlər. Ekipaj üzvləri əllərindən gələni ediblər, böyük profesionalııq nümayiş etdiriblər. Bu, bir daha Azərbaycanın pilot məktəbinin yetirmələrinin yüksək peşəkarlıqlarının əyani sübutudur”, - deyə o qeyd edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Dekabrın 25-də isə dövlət başçısı qəza ilə əlaqədar dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Manset.az (@manset.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 29 Dekabr 2024 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see198

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see133

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see132

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri