Icma.az
close
up
RU
AZALın vurulan təyyarəsi radardan necə itib? Araşdırma

AZALın vurulan təyyarəsi radardan necə itib? Araşdırma

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 25-i saat 08:30 radələrində Rusiyanın Vladikavkaz şəhərində məhv edilmiş PUA-ların qalıqlarının “Alaniya Mall” Ticarət Mərkəzinin üzərinə düşməsi ilə bağlı məlumatlar yayılmışdı.

Axar.az APA-ya istinadən bildirir ki, həmin gün saat 09:10 radələrində İnquşetiya Respublikasının Malqobek şəhəri ərazisində PUA-nın qəzaya uğradığı məlum olub. Həmçinin, dekabrın 25-i səhər saatlarında Çeçenistan ərazisinin bir neçə PUA tərəfindən hücuma məruz qalması ilə bağlı məlumatlar yayılıb.

Qeyd edək ki, Rusiya hakimiyyətinə müxalif “NIYSO” çeçen Teleqram kanalı PUA hücumu barədə saat 09:24-de ilkin olaraq məlumat verib.

Dünən Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Hamzat Kadırov da saat 12:00 radələrində öz İnstaqram səhifəsində PUA-lardan birinin vurulması ilə bağlı video paylaşıb. Şimali Osetiya Respublikasının rəhbəri Sergey Menyaylo saat 13:54-də Rusiya Müdafiə Nazirliyinə istinadən Rusiyanın Şimali Qafqaz Federal Dairəsinə daxil olan bir neçə bölgənin PUA-ların hücumuna məruz qaldığını bildirib.

Bu hadisələrə dair xəbərlərə paralel olaraq “Azərbaycan Hava Yolları” QSC-yə (“AZAL”) məxsus Bakı-Qroznı marşrutu üzrə uçan “J2-8243” nömrəli “Embraer 190” markalı sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı məlumat və görüntülərin yayılmasına başlanıb.

Saat 08:26: Təyyarə Mahaçqala hava limanı yaxınlığında radardan itir

“FlightRadar24”-ün məlumatına görə, təyyarə Bakı vaxtı ilə saat 08:00-da ştat rejimində havaya qalxıb. Uçuş zamanı saat 08:26-da Mahaçqala hava limanı yaxınlığında təyyarənin transponderinin “FlightRadar24” sistemindəki qeydiyyatı dayanıb. Bu da təyyarənin Rusiya hava məkanında olduğu müddətdə radio-elektron mübarizə vasitələrinin aktiv təsirinə məruz qaldığını ehtimal etməyə əsas verir. Saat 09:06-da transponderin “FlightRadar24” sistemindəki qeydiyyatı Xəzər dənizi üzərində yenidən aktivləşib.

Beləliklə, qəzaya uğramış təyyarənin transponderinin “FlightRadar24” sistemindəki qeydiyyatının dayanması vaxtı Şimali Qafqaz istiqamətində PUA hücumunun həyata keçirilməsi vaxtı ilə üst-üstə düşür.

Qəzadan sonra “Alioglu” Telegram kanalında yayılmış videoda həmin reysin sərnişini Zaur Məmmədov uçuş zamanı 2 partlayış səsi eşitdiyini bildirib. Buradan ehtimal etmək olar ki, uçuş zamanı təyyarədə ştatdan kənar vəziyyət yaranıb və hava gəmisi kənar təsirdən zədələnib.

Transponder kənardan müdaxilə nəticəsində söndürülüb?

Qeyd edək ki, təyyarələrdə bütün həyati əhəmiyyətli idarəetmə sistemləri dublikasiya olunur. Ehtimal budur ki, Mahaçqala hava limanı yaxınlığında transponder kənardan müdaxilə nəticəsində söndürülüb, 40 dəqiqə sonra isə ekipajın səyləri nəticəsində təyyarə ehtiyat idarəetmə sisteminə keçib, bununla da transponder yenidən aktivləşib.

Pilot niyə Bakını yox, Aktaunu seçib?

Sual doğuran məsələlərdən biri təyyarənin niyə Mahaçqaladan Bakıya deyil, Aktauya uçmasıdır.

Bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır.

Güman ki, əsas səbəb təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir. Mahaçqala və Bakı arasında hava məsafəsi 350 km, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 km təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu. Təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır. Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 km Rusiyanın hava məkanında qalmalı idi.

Ekspertlərin fikrincə, video və foto təsvirlərdə təyyarənin quyruq hissəsində görünən zədələr Hava Hücumundan Müdafiə raketlərinin partlayışı nəticəsində yarana biləcək qəlpələrin törətdiyi zədələrə oxşardır. Təyyarənin “FlightRadar24” sistemində müşahidə olunan aşağı sürəti, Aktau hava limanına yaxın ərazidəki qeyri-sabit uçuş trayektoriyası onun quyruq hissəsində yaranmış nasazlıqla əlaqədar ola bilər.

“Quş qatarı ilə toqquşma” ehtimalı

İlkin məlumatda ekipajın təyyarədə yaranan problemi “quş qatarı ilə toqquşma” ehtimalı ilə izah etməsini mövcud situasiyanın yanlış anlaşılması və dəyərləndirilməsi kimi şərh etmək mümkündür. Belə ki, təyyarə ilə bağlı yayılmış, onun qəzaya uğradıqdan sonrakı, eləcə də uçuş vəziyyətində olarkən foto və video görüntülərində quş qatarı ilə toqquşmaya dəlalət edən izlər və əlamətlər – qan ləkəsi, tük qalığı və s. müşahidə edilməyib. Həmçinin, təyyarənin çöl hissəsində müşahidə edilən dəliklərin quş qatarı ilə toqquşma səbəbindən yarana biləcəyi ehtimal olunmur. Bu dəliklər daha çox bərk, iti, hərarəti yüksək olan maddənin və ya materialın təsirindən yarana bilər. Bununla yanaşı, təyyarənin salon hissəsi ilə bağlı yayılmış video görüntülərdə dəliklərin bir sıra hallarda təyyarənin içərisinə nüfuz etdiyi görünür ki, bu da “quş qatarı ilə toqquşma” ehtimalını istisna etməyə əsas verir.

Çeçenistan PUA hücumu barədə məlumat yaymayıb

Diqqət çəkən məqamlardan biri də rusların ənənələrinin əleyhinə olaraq, Çeçenistan ərazisinin dekabrın 25-də PUA hücumuna məruz qalması ilə bağlı rəsmi press-reliz yaymamasıdır.

Şimalı Qafqaz üzrə fəaliyyət göstərən, Rusiya iqtidarına müxalif bəzi “Telegram” kanalların qənaətinə görə, dekabrın 25-də Çeçenistanın dövlət qurumları tərəfindən PUA hücumları barədə rəsmi press-relizlərin yayılmaması çeçen rəsmilərinin təyyarənin məhz PUA hücumlarına qarşı hava hücumundan müdafiə sisteminin işə düşməsi nəticəsində zədələnməsini bildiklərinə görədir.

Ruslar yazır: Təyyarə “Pantsir-S1” raketi ilə vurulub

AZAL-a məxsus təyyarənin qəzaya uğramasını və təyyarənin göyərtəsində olan izləri şərh edən Rusiya və Ukraynanın “Рыбарь”, “Мир сегодня с Юрий Подоляка”, “ВЧК-ОПГУ” kimi “Telegram” kanalları və aviasiya analitikləri, eləcə də hərbi ekspertlər Oliver Aleksandr, Julian Röpke, Serik Muxtıbayev, Riçard Aboulafia, Yan Matveyev və Ruslan Leviyev bu izlərin hava hücumundan müdafiə raketlərinin partlayışı nəticəsində yarandığını ehtimal ediblər.

Jurnalist Aleksandr Nevzorovun idarə etdiyi “Nevzorov” “Telegram” kanalında qeyd olunub: “Təyyarənin gövdəsinə dəyən zərərin bir hissəsi silindrik formadadır ki, bu da “Pantsir-S1” raketinin vurucu elementlərinin formasına uyğundur…

…Mülki təyyarənin vurulduğunu başa düşən Qroznı onun Mahaçqalaya enməsinə icazə vermədi və Aktauya istiqamətləndirdi – yəni insanları dənizdə “həlak” olmağa göndərdi…”

Rusiyanın dövlət orqanları tərəfindən “xarici agent” kimi tanınan “BЧК ОГПУ” “Telegram” kanalı isə Qroznı hava limanının dispetçer qülləsi ilə təyyarənin ekipajı arasında danışıqların mətnini şərh edərkən yazıb: “Təyyarə PUA-ların hücumuna qarşı qoşulmuş radio-elektron maneələrin qurbanı olub. Təyyarə enməyə başlayan kimi onun GPS-i sönürdü və dispetçer “radar contact”ı itirirdi. Pilot belə şəraitdə təyyarəni endirə bilməyib və Bakıya uçmaq qərarına gəlib. Təyyarə bunu etmək üçün dönməyə başlayanda onun yaxınlığında partlayış baş verib. Hər şey təyyarənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu göstərir…”

Təyyarə harda vurulub?

Təhlillər və məlumatlar göstərir ki, təyyarəyə zərbə Qroznı hava limanından 18 kilometr şimal-şimal-qərbdə Naurski rayonunda 2,4 kilometr yüksəklikdə baş verib. Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən, həmin ərazidə bir neçə hərbi hissə, o cümlədən hava hücumundan müdafiə sistemləri yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 26 Dekabr 2024 22:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see275

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see266

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see258

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see252

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see251

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see247

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see240

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see239

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see238

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see228

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see212

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see209

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see209

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see207

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see207

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see206

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see202

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see198

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see196

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri