Icma.az
close
up
RU
AZANS ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazandı FOTO

AZANS ın ekoloji yönümlü təşəbbüsü beynəlxalq mükafat qazandı FOTO

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsi hava hərəkətinin idarə edilməsi sahəsində ən nüfuzlu mükafatlardan biri sayılan “ATM Awards 2024” beynəlxalq mükafatının “Collaboration and Community” kateqoriyasında yüksək yerə layiq görülüb.

Bu barədə Globalinfo.az-a QSC-yə istinadən xəbər verir.

Bu nominasiyada müxtəlif aviasiya sektorunun iştirakçıları arasında əməkdaşlıq vasitəsilə hava hərəkətinin idarə edilməsində dayanıqlı, çevik və effektiv inkişafı təşviq edən layihələr dəyərləndirilir.

AZANS bu uğuru “NATS Green Aviation Insights” (GAIN) layihəsi çərçivəsində əldə edib. NATS (Böyük Britaniya), AZANS (Azərbaycan), CAAM (Malayziya) və “skeyes” (Belçika) kimi aparıcı aeronaviqasiya xidməti təminatçıları ilə birgə həyata keçirilən layihə bu kateqoriyada ikinci yerə layiq görülüb. Birinci yeri isə “Collaboration and Community” nominasiyasında pilotsuz uçuş aparatlarının ümumi hava məkanına inteqrasiyası layihəsi ilə ABŞ-nın Federal Aviasiya İdarəsi (FAA) və NASA qazanıb.

“GAIN layihəsinin yüksək səviyyədə tanınması və FAA ilə NASA-nın təşəbbüsü ilə yanaşı ən yaxşılar arasında yer alması bizim üçün böyük şərəfdir. Bu nailiyyət AZANS-ın hava hərəkətinin idarə edilməsi sahəsində dayanıqlı yanaşmaların inkişafına verdiyi fəal töhfəni nümayiş etdirir və Azərbaycanın qlobal aviasiya arenasındakı mövqeyini daha da möhkəmləndirir. Bütün tərəfdaşları və layihə iştirakçılarını səmimi-qəlbdən təbrik edirik!”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.

GAIN təşəbbüsü hava hərəkətinin idarə edilməsi sahəsində ekoloji dayanıqlılığı artırmağa yönəlmiş beynəlxalq bir layihədir. O, şəffaflıq, məlumatlara əsaslanan yanaşma və aeronaviqasiya təminatçıları arasında müqayisəli təhlil mexanizmlərinin tətbiqi ilə həyata keçirilir. GAIN müxtəlif ölkələrdən olan tərəfdaş qurumların əməkdaşlığının daha ekoloji və texnoloji cəhətdən inkişaf etmiş bir aviasiya gələcəyinin formalaşmasında oynadığı mühüm rolu nümayiş etdirir.

ATM Awards 2024 mükafatının nəticələri Airspace World 2025 sərgisi çərçivəsində, 13-15 may tarixlərində Portuqaliyanın paytaxtı Lissabon şəhərində açıqlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri