Icma.az
close
up
RU
“Azarkeşlər futbolun bəzəyidir” Qurban Qurbanov

“Azarkeşlər futbolun bəzəyidir” Qurban Qurbanov

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 10-cu turunda “İmişli”yə qalib gəldikləri oyunla (2:0) bağlı danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını belə şərh edib:

“Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Oyunun yerinin dəyişməsinə razılıq verdi. Çox vacib qalibiyyət idi. ‘İmişli’ intizamlı komandadır. İlk hissədə düzgün müdafiə etdilər, təhlükəli əks-hücumlar etdilər və penalti qazandılar. Amma oyundan qopmadıq, sona qədər çalışdıq. İkinci hissədə temp artdı, topdan daha tez oynamağa başladıq və sonda qələbə qazandıq. Qarşıdakı matçlarda da liderlər sırasındakı mübarizəmizi davam etdirəcəyik. ‘İmişli’yə də uğurlar arzulayıram.”

Baş məşqçi əvəzetmələrlə bağlı sualı cavablandırarkən bildirib: “Hər bir futbolçunun oyun vaxtına ehtiyacı var. Bəzi oyunçular üçün belə matçlarda 60 dəqiqə azdır. Oyunun gedişatına görə dəyişiklik etdik. Öndəki pressinqi saxlamaq üçün əvəzetmələr etdik.”

Qurbanov, Premyer Liqa klublarının taktikasını analiz edərək əlavə edib: “Yenilik tətbiq etməyə ehtiyac yoxdur. Futbol pas oyunudur, diqqətimizi onu yaxşılaşdırmağa yönəldirik. Daha yaradıcı oynamaq istəyirik ki, qol şanslarımız çox olsun.”

Transfer siyasəti barədə isə Qurbanov qeyd edib: “Neftçi” ulduz futbolçu gətirirsə, biz fərqli strategiya izləyirik. Keyfiyyətli oyunçulara həmişə üstünlük veririk. Şansımız olarsa, istifadə edəcəyik.”

Baş məşqçi “Çelsi” ilə qarşıdakı oyun barədə danışarkən bildirib: “Bu oyunçularımız üçün əlavə motivasiya və məsuliyyətdir. “Çelsi”dünyanın ən bahalı komandasıdır, dinamikliyi yüksəkdir. Bu, komandamız üçün stimul olacaq.”

Qurbanov həmçinin azarkeşlərin roluna diqqət çəkib: “Azarkeşlər futbolun bəzəyidir. Meydanda yaxşı oynasan da, azarkeş olmasa, oyun baxımlı görünmür. Ümid edirəm ki, qarşıdakı illərdə stadionlar daha dolu olacaq.”

Mütəxəssis “Çelsi”nin keçmiş və indiki heyətini müqayisə edərkən belə deyib: “Fərq məşqçilərdədir. 8 il əvvəlki futbolla bugünkü eyni deyil. Tələblər başqadır. Biz də oralara yaxınlaşmaq istəyirik. 8 il əvvəlki "Qarabağ"dan daha yaxşıyıq, təcrübəmiz artıb. Biz bir az inkişaf etmişiksə, onlar lap çox inkişaf edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qol.az
archiveBu xəbər 31 Oktyabr 2025 20:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri