Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Azarkeşlər mənə ümid edirdi, amma bacarmadım“

“Azarkeşlər mənə ümid edirdi, amma bacarmadım“

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Sabah” – “Neftçi” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlərimizə təşəkkür edirəm. Onların dəstəyini hiss edirdik. Kubokun bütün məsuliyyəti mənimdir. Fanatlardan üzr istəyirik. Çətin dönəmdə gəldik və qış fasiləsindən yaxşı yararlana bilmədik. İstədiyimiz transferləri edə bilmədik. Baş məşqçi olaraq düşünürəm ki, kuboka görə məsuliyyət məndədir. Üzr istəyirik.

– 70-80 faiz oyunçuların “Neftçi”də olması adamı heyrətləndirir. Sabiq İdman direktoru Yens Anderssonu görsəniz, ona nəsə demək istərdiz?
– Heç bir insan haqda danışmaq istəmirəm. Bu gün həddindən artıq üzüldüyüm məqamlar var. Oyuna yaxşı köklənmişdik. İlk hissə bəlkə də, ən yaxşı oyunumuzu göstərdik. 100 faizlik epizodları dəyərləndirə bilmədik. Buraxdığımız qol da öz səhvimizdən oldu. Oyuna qolla başlasaydıq, bəlkə, fərqli olardı. Uşaqlar ilk hissədə çox yaxşı işlər gördü. Əfsuslar olsun, sona qədər davam etdirə bilmədik. Rəqibin heyətində fərdi bacarıqları olan oyunçular çoxdur. Onlar bu komponentdə bizdən üstün oldu. Onların əvəzetmələrindən sonra daha üstün oldular. Oyunçular paltardəyişmə otağına gələndə artıq şikayətlənməyə başladılar. Emin Mahmudov meydanda lider kimi idi, amma o da yoruldu. Çox futbolçu əvəzlənməyi istəyirdi. Əvəzetmələrimiz fayda vermədi. Rəqib hücumameyillu oyunçuları meydana buraxanda fərq yaratdı. Planlar cızırıq. Rəhbərlik və biz tərəfdən də qərarlar veriləcək. Yeni mövsümə daha yaxşı başlamaq istəyirik. “Neftçi”yə layiq oyunçular gətirməliyik.

– “Neftçi” – “Kəpəz” oyununda hücumçunuz Bassalu Sambu qırmızı vərəqə almasaydı, indi fərqli olardı?
– Bu haqda danışmaq olmur. Sambu qollar vururdu və bizi ümidləndirmişdi. Cəzasının azaldılmasını istədik, amma etmədilər. Sambu burda yoxdursa, nə üçün digər hücumçular onun kimi oynamır? Azından Demo Darbo, Ramil Şeydayev, gənc Ağadadaş var. Nə olacağını bilmirəm.

– “Qarabağ”la oyunda Darbo, Aleks əsas heyətdə idi. Ancaq bu gün onlar ehtiyatda qaldı. Bu, nədən irəli gəlirdi?
– Dəyişən nəsə yoxdur. Ağadadaş “Qarabağ”la oyunda zədəli idi. Darbo qış toplanışını bizlə keçmədi, sonra bərpa müddəti keçdi.

– Əvəzetmələri gec etdiyinizi düşünmürsüz?
– Heyətdə olan oyunçular matçın əvvəlindəki tempi sona qədər etməməsi fiziki durumla bağlıdır. Onlar belə davam etsəydi, dəyişikliyə lüzum olmazdı. Hər şey istədiyimiz kimi olmur. Emin Mahmudov sonda 2-3 epizodda top itirdi, bu, yorğunluqdan irəli gəlirdi. Mustafa Sek, Ştoqrin əvəzlənmə istədi. Sonradan oyuna girənlər də effekt vermədi.

– “Neftçi” bu gün sanki qocalar evinə bənzəyir. Məsuliyyəti üzərinizə götürməyiniz futbolçuları qorumaqla bağlıdır?
– Oyunçuları mən gətirməmişəm. Ancaq azarkeşlər mənə ümid edirdi, amma bacarmadım. Buna görə üzr istəyirəm.

– Növbəti mövsüm komanda neçə faiz dəyişməlidi?
– Hər məşqçinin öz üslubuna görə oyunçuları olur. Konkret oyunçu götürəndə nələrə üstünlük verəcəyimiz şeylər var. Neçə faiz gedəcək, neçə faiz gələcək, özünüz götür-qoy edərsiniz. Dəyişikliklər lazımdır.

– Əksər legionerlərin müqavilə müddəti və maaşı yüksəkdir. Bu, problem ola bilər?
– Buna cavab vermək çətindir. Ətraflı hər şeyi danışırıq. Klub, komanda üçün ən yaxşısını etməyə çalışacağıq. Ümid edirəm ki, problemləri çözə biləcəyik. Nəinki biz, digər komandalar da oyunçularla bağlı problem yaşayıb. Zaman necə olacağını göstərəcək.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Aprel 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri