Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Azay Quliyev ATƏT ölkələrinə çağırışları xatırladıb

Azay Quliyev ATƏT ölkələrinə çağırışları xatırladıb

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

ATƏT PA-nın yaydığı rəsmi məlumata görə, təşkilatın Vyanada keçirilən 2025-ci il Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə İcra Görülməsi Yığıncağının bağlanış sessiyasında çıxış edən Quliyev vurğulayıb ki, dayanıqlılıq yalnız bərpadan ibarət deyil, həm də qabaqlama, hazırlıq və yaxşı idarəetmə deməkdir.
Quliyev iqlim böhranını getdikcə artan təhlükəsizlik təhdidi kimi səciyyələndirərək bildirib ki, misli görünməmiş istilər ekstremal hava hadisələrini gücləndirib, bioloji müxtəlifliyi zəiflədib və enerji sahəsindəki həssaslıqları üzə çıxarıb. Bu vəziyyət təxirəsalınmaz azaldılma, uyğunlaşma və maliyyələşdirmə tədbirləri tələb edir.
O qeyd edib ki, münaqişələr mövcud çağırışları daha da dərinləşdirərək “fəlakət gücləndiricisinə” çevrilir. Quliyev xatırladıb ki, ATƏT PA-nın Porto Bəyannaməsində Assambleya Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzkar müharibəsini kəskin şəkildə pisləyib. Bu müharibə ekoloji fəlakətlərə, əlaqələrin pozulmasına və emissiyaların artmasına səbəb olub.
Quliyev həmçinin vurğulayıb ki, regional münaqişələr həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, təbii fəlakətlərə qarşı cavab vermə qabiliyyətinin zəifləməsinə gətirib çıxarıb. Eyni zamanda, korrupsiya dövlət institutlarının həm təbii, həm də insan tərəfindən törədilən fəlakətlərə cavab vermə imkanlarını zəiflədir və ictimai etimadı ciddi şəkildə aşındırır. Bu isə dövlət reaksiyalarının effektivliyini daha da azaldır. “Odur ki, bu mənfi dövrəni qırmaq əsas prioritet olmalıdır,” – deyə o bildirib.
Quliyev eyni zamanda müsbət dinamikanı göstərən bir sıra nümunələrə də toxunub. O, 8 avqustda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını qeyd edərək bunun regionda əməkdaşlığın yeni mərhələsinə yol açdığını vurğulayıb.
İrəliyə baxaraq Quliyev ATƏT iştirakçı dövlətlərini erkən xəbərdarlıq sistemləri, risk xəritələşməsi və məlumat mübadiləsi, fəlakətlərə hazırlıq və iqlim şokları üçün ehtiyat fondları sahəsində əməkdaşlığı genişləndirməyə çağırıb. O, həmçinin süni intellekt və kvant hesablama texnologiyalarının ətraf mühitin monitorinqi və risk proqnozlaşdırılmasında çevriliş yarada biləcək potensialını vurğulayıb.
Sonda Quliyev Mərkəzi Asiya, Xəzər və Aralıq dənizi kimi həssas regionlarda transsərhəd resursların idarə edilməsinin gücləndirilməsinin zəruriliyini önə çəkib. “Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün region üçün ciddi ekoloji, iqtisadi və sosial risklər yaradır. Ona görə də Xəzərin ekoloji balansının bərpası həyati əhəmiyyət daşıyır,” – deyə o qeyd edib.
Bu kontekstdə Quliyev bildirib ki, parlamentlər dövlət institutları ilə yerli icmalar arasında körpü rolunu oynaya, icra hakimiyyətlərinin tədbirləri üçün geniş ictimai dəstək formalaşdıra, qanunvericiliyi təkmilləşdirə və lazımi resursların ayrılmasını təmin edə bilərlər. “Öhdəlikləri real və təsirli fəaliyyətə çevirmək üçün parlamentlərin rolundan daha səmərəli istifadə etməliyik,” – Quliyev yekunlaşdırıb.
Vyanada olduğu müddətdə Quliyev ATƏT-in Daimi Şurasının gələcək sədri səfir Nägeli, ATƏT-in İqtisadi və Ətraf Mühit Komitəsinin sədri səfir Župevc və ATƏT-in İqtisadi və Ətraf Mühit Fəaliyyətləri üzrə Koordinatoru səfir Cüsupov ilə görüşərək prioritetləri bölüşüb və ATƏT-in icra strukturları ilə gündəlikləri uzlaşdırıb.
Bu gün günortadan sonra o, ATƏT PA-nın İqtisadi və Ətraf Mühit Komitəsinin rəsmiləri və bir neçə Xüsusi Nümayəndə ilə birgə (hibrid formatda) görüş keçirərək son yeniliklər barədə məlumat verəcək və iqtisadi və ekoloji təhlükəsizlik sahəsində daxili sinerjiləri gücləndirəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://azvision.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see322

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see319

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see300

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see295

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see277

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see271

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see271

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see265

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see253

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see250

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see234

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see228

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see222

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see222

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see212

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see203

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see200

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see200

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri