“Azca gəzən kimi yoruluram, təzyiqim düşür” 84 yaşlı Ofeliya Sənani səhhətindən danışdı
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bütün günü evdə oluram. Evin içində azca gəzən kimi başım fırlanır, tez gəlib divanda əyləşirəm”.
Moderator.az xəbər verir ki, bBunu Musavat.com-a açıqlamasında Xalq artisti Ofeliya Sənani deyib.
Səhhətindən gileylənən diktor bildirib ki, yeriməkdə çətinlik çəkir:
“Çölə çıxa bilmirəm, ancaq evin içində hərəkət edirəm. Qan təzyiqim tez-tez düşür, qalxır. İynələr vurulur, heç nə təsir etmir. Görünür, yaş öz sözünü deyir. Özümü o qədər də yaxşı hiss etmirəm. Çalışıram ki, başımı nə iləsə qatım”.
Ofeliya Sənani bildirib ki, zəif qidalanır:
“Əvvəlki kimi iştaham yoxdur, az yeyirəm”.
Xatırladaq ki, 84 yaşlı Xalq artisti bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Həmin vaxt ona infarkt diaqnozu qoyulmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 02 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















