Icma.az
close
up
RU
Azdrama da nə baş verir? Bədii Şura iclasının açıq keçirilməsini istəyirik

Azdrama da nə baş verir? Bədii Şura iclasının açıq keçirilməsini istəyirik

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") Bədii Şurasının iclası keçirilib.

AZXEBER.COM iclasın təfərrüatlarını öyrənmək üçün Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.

O bildirib ki, bu gün teatrda baş tutan iclasdan özünün və bir çox aktyorların xəbəri olmayıb:

 

"Bəli, bu gün iclas baş tutub. Amma mən və mənim kimi bir neçə aktyor orada iştirak etməyib. Çünki xəbərimiz olmayıb. Başda mən olmaqla, biz hamımız açıq iclasın keçirilməyini, orada mətbuatın və nazirlik nümayəndələrinin də iştirak etməsini xahiş etdik. Amma Mehriban Ələkbərzadəyə bu şeylərin heç biri əl vermədiyi üçün bağlı qapılar arxasında iclaslar keçirməyə davam etdi. Bu günki iclas "Sənə yar, səndən yar, şikayətim var" mahnısındakı ifadənin eynisidir. Bu gün kimi kimə şikayət ediblər, bağlı qapılar arxasında nə həll ediblər bilmirik. Mən və bir çox aktyor orada baş verənlərdən bixəbərik".

Əməkdar artist hər zaman gənclərə dəstək olduğunu və teatrdakı problemin rol üstündə yaranmadığını bildirib:

"İlk dəfə mən şəhid qızı Məsmə Aslanqızının mənzil problemini qabartmışam. O zaman da Mehriban Ələkbərzadə 20 yanvar şəhidləri haqda "Bu vaxta 20 yanvar şəhidi qalar?" deyərək istehza eləmişdi. Sağ olsun Məsmə də mənim bu dediklərimi özü təsdiqlədi. Açıq iclas olsa idi, Məsmə orada da bunu bildirəcəkdi. Amma Mehriban xanım buna icazə vermir. İnanın ki, mənim davam rol üstündə deyil. Heç vaxt deməmişəm ki, mənə rol verin, ya da niyə vermirsiz? Mən əksinə hər zaman gənclərə dəstək olmuşam".

Mehriban Xanlarova bu gün baş tutan iclasda Əli Nur ilə gənc aktyorun mübahisəsinə də münasibət bildirib:

"Mən orada olmamışam deyə bu hərəkəti kimin etdiyini dəqiqliklə deyə bilmirəm. Ümumiyyətlə, bu cür iclasın keçirilməsi çox absurddur. Orada hər kəs iştirak etməli idi. Əli Nurla əlaqə saxlaya bilməmişəm, onun indi necə əsəbi olduğunu təsəvvür edə bilirəm. Bildiyimə görə bu günkü iclasda Zemfira Nərimanova, Rafiq Əzimov, Fizuli Hüseynov, Sabir Məmmədov olub. Və eşitdiyimə görə Sabir müəllim araya girib, Əli Nuru oradan uzaqlaşdırıb. Teatrda olduğumuz üçün həmən dəqiqə də hadisəni bu şəkildə eşitdik. Bütün bunların səbəbkar Mehriban Ələkbərzadədir. Hər şeyin başında o insan durur".

AZXEBER.COM mövzu ilə bağlı xalq artisti Əli Nurla əlaqə saxlayıb.

Aktyor haqqında çıxan xəbərləri təkzib edib: 

"Bayaqdan hər kəs məni yığır, hadisə haqda məlumat öyrənməyə çalışır. Axı sizə kim deyir ki, mən dava salmışam, məni vurublar? Belə şey olmayıb. Bununla bağlı tetrdan da rəsmi cavab ala bilərsiniz".

"Döyüldüyünüzə görə polisə müraciət etdiyiniz doğrudur?" sualına isə xalq artisti belə cavab verib:

"Yazılan xəbərlərin heç biri doğru deyil. Mən polisə şikayətçi olmamışam".

Teatrdan isə mətbuatın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 4-də Bədii Şuranın iclası zamanı rolların müzakirəsi mövzusunda iki aktyor arasında müəyyən gərginlik yaşanıb.

"Qeyd olunan fakt tamaşa afişası, rejissorun tamaşaya yanaşması, aktyor oyunu, yəni yaradıcılıqla bağlı olub. Hazırda teatrda yaradıcı proses öz axarında davam edir, eyni anda üç tamaşanın məşqi aparılır", - məlumatda vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, hüquq-mühafizə orqanlarına müraciət faktı qeydə alınmayıb.

Xatırladaq ki, son vaxtlar "AzDrama”da baş verən qalmaqalın mərkəzində "Baş” tamaşasının səhnələşdirilməsi zamanı digər teatrlardan aktyorların dəvət olunması dayanır. 

Əməkdar artist Mehriban Xanlarova məsələni ictimailəşdirərək bədii rəhbərin işində nöqsanlar olduğunu bildirmiş, açıq iclasın keçirilməsini tələb etmişdi. Xanlarova daha sonra isə Mehriban Ələkbərzadənin vəzifəsindən azad edilməsini tələb etdiyini bildirib.

Aysel Hacızadə

Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 08 Aprel 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri