Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“AzDrama”da qalmaqal bitmir OLAY

“AzDrama”da qalmaqal bitmir OLAY

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

20 Yanvar şəhidinin qızı, əməkdar artist Məsmə Aslanqızının Azərbaycan Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə arasında yaranmış qalmaqal  davam edir. M.Aslanqızı M.Ələkbərzadənin  “artıq 20 Yanvar şəhidləri dəbdə deyil” ifadəsini  onun ailəsinə və şəxsiyyətinə təhqir olaraq qiymətləndirib. Bu mübahisədə hər iki tərəfi də haqlı hesab edən incəsənət nümayəndələri var.


Rejissor- aktyor Rza Rzayev yaşanan qalmaqala biganə qalmayıb. O, Mehriban Ələkbərzadənin vətənpərvərlik mövzusunda atdığı addmları ön plana çəkib:


“Mehriban Ələkbərzadə illər öncə AzTV-də tutduğu vəzifədən öz ərizəsi ilə azad edildi. Səbəb isə Atatürk haqda hazırladığı veriliş idi (ya da sənədli film idi). Veriliş AzTV-nin o vaxtkı sədri Arif Alışanovun xoşuna gəlməmişdi, aralarında mübahisə yaranmışdı. Mehriban Ələkbərzadə isə hər şeyi gözə aldı, nə Atatürkə olan münasibətini dəyişdi, nə də mövqeyindən geri çəkildi! Ərizə yazıb çoxlarının arzusunda olduğu vəzifədən getdi. Və uzun illər ona heç bir yerdə imkan yaradılmadı…”


Jurnalist Ləman Ələşrəfqızı da M.Ələkbərzadənin dəstəkləyənlər sırasındadır:


“Deyəsən indi də Mehriban Ələkbərzadəni hədəfə alıblar. Bir  il əvvəlki söhbətin ucundan tutub ucuzluğuna gedirlər. Ümumiyyətlə, Azərbaycanda şəhid adı manipulyasiyaya çevrilməkdədir. Və bunu edənlər də nə yazıq ki, çox vaxt elə şəhid ailələrinin özləri olur. İndi də əməkdar artist Məsmə Aslan deyir ki, bir il qabaq Mehriban Ələkbərzadə mənə “aaz” deyib. Və həm də atasının 20 yanvar şəhidi olduğuna eyham vuraraq “20 yanvar şəhidləri indi dəbdə deyil” ifadəsini işlədib. Anlamadım, paltarın, çantanın dəbi olar, şəhidliyin də dəbi olurmu? Və mənim tanıdığım, nitqinin səlisliyinə, dünyagörüşünə, mədəniyyətinə az-çox bələd olduğum Mehriban Ələkbərzadə belə cümlə işlədə bilməz.Nə isə..Qayıdaq manipulyasiya məsələsinə... Belə söhbətlər hansı konteksdə ortaya çıxır? Sən rəhbərlikdən nəsə istəyirsən, misal üçün ev, fəxri ad və s. , o da alınmayanda keçirsən şantaja...Sonra başqaları da nəsə istəyir, alınmayanda 1 il əvvəlki mövzu hər kəsin işinə yarayır.. Ayıbdır vallah. İndi baxıram, Prezidentə, mədəniyyət nazirinə müraciət ediblər ki, Mehriban Ələkbərzadə şəhidləri təhqir edib, o bu postda otura bilməz. Mübarizə aparırsınızsa, sivil qaydada aparın, şəhidlərimizə toxunmayın. Onların ruhunu incitməyin. Bu ad altında kimisə gözdən salmaq da əxlaq anlayışına ziddir. Bəri başdan deyim ki, Mehriban Ələkbərzadə cəmi bir dəfə müsahibim olub. Yəni onu müdafiə etmək içimdən gəldi. Çünki, illərdir bu xanımı istedadı ilə tanımışam. Arxivlərdə çalışıb, mən də çalışmışam və bu işin nə qədər çətin olduğunu bilirəm. Tamaşalar qoyub, uğur qazanıb. İmkan verin işləsin də. Gərək ayağının altını qazaq???”


Əməkdar artisti Mehriban Xanlarova isə həmkarı Məsmə Aslanqızına dəstək olaraq,  M.Ələkbərzadənin bədii rəhbər vəzifəsindən getməsini istəyib:


“Eşitdim ki, Mehriban Ələkbərzadə son çırpınışları olaraq telefonun başından ayrılmır. Dost- tanışa zəng vuraraq sosial şəbəkələrdə və saytlarda onu müdafiə etmələrini xahiş edib. Bu mənzərəni görəndə cənab Prezidentimizin müharibə dönəmində dediyi o məşhur ifadə yada düşür: “Paşinyan hər gün bir liderə zəng edib yalvarır.”
“AzDrama”-ın bədii rəhbəri Mehriban Ələkbərzadənin vəzifəsindən azad olunması xəbərini səbirsizliklə gözləyirik. Cənab Prezidentimizin bizi bu bəladan xilas edəcəyinə ürəkdən inanırıq və güvənirik.”


Aktrisa Məlahət Abbasova da M.Aslanqızının səsinə səs verənlər siyahısındadır:


“Canım Məsmə, atan şəhid Aslan Ağaverdiyev başda olmaqla 20 Yanvarda vəhşicəsinə öldürülən 143 şəhidimiz başda olmaqla, vətənimizin torpaqları üçün canlarını fəda edən, doğma bibim oğlu və yaxınlarımın da şəhid olduğu bütün Qarabağ şəhidlərinə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm. Vətəndə olmasaq da, hər zaman bizə verilən imkanlardan istifadə edərək başda cenab Prezidentimiz olmaqla, dövlətimizin, diasporamızın dəstəyi ilə Azərbaycanın xaricdə yaşayan lobbiləri, Azərbaycan mədəniyyətinin təbliğatı üçün çalışan sənət adamı olaraq “Azdrama”ın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərimizin ruhunu belə tərbiyəsizcə təhqir etməsi qəbuledilməzdir. Layiq olmadığı vəzifəsindən istefa edərək milli teatrımızda, bundan əvvəl çalışdığı YUĞ, Gənc Tamaşaçılar Teatrlarında sənət dostlarıma repressiya dönəmini yaşadan, kimlərinsə adından istifadə edərək hədə-qorxu gələn, söyən, qışqıran (illər əvvəl onun kişi söyüşlərinə cavab verən kişi aktyorumuzu təhdid etdirmişdi) birinin milli teatrımızın rəhbərliyində olması teatr adına qara ləkə, utandırıcı vəziyyətdir.


Üstəlik, şəhidlərimizə dil uzadırsan. Kimsən sən? 20 Yanvar şəhidlərinə dil uzatmaq sənin həddin deyil! Teatrımız dövlətindir. Sənət insanları sənin kölən deyil. Uşaqlıq travmalarının günahkarı onlar deyil. İnanıb səni o vəzifəyə gətirənləri pis vəziyyətdə qoymağa haqqın yoxdur. Başda Ali Baş Komandanımız olmaqla, 20 Yanvar, Qarabağ şəhid ailələrindən qazilərimizdən, dövlətimizdən, xalqımızdan, otağında təhqir etdiyin Məsmə Aslanqızından üzr istə.”


Əntiqə Kərimzadə
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Aprel 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see742

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see702

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see702

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see520

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see514

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see498

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see488

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see418

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see370

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see361

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see360

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see353

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see349

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see343

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see341

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see336

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see334

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see331

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see322

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see311
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri