Icma.az
close
up
RU
Azər Badamovla bağlı qərar 10 gün içində verilib ANALİZ

Azər Badamovla bağlı qərar 10 gün içində verilib ANALİZ

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml Azərbaycanlı millət vəkilini Rusiyaya buraxmamaqla dostluq münasibətlərinə kölgə saldı



Ötən gün Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Nümayəndə heyətinin tərkibinə daxil olan millət vəkili Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. A.Badamova ölkəyə girişinə qadağa qoyulduğu bildirilib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Milli Məclisin deputatı Azər Badamovun Rusiya Federasiyası ərazisinə buraxılmamasına münasibət bildirilib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb: "Məsələ ilə əlaqədar, dərhal Rusiyadakı Səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən turarlı izahat veriləcəyini gözləyirik". Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağa qoyulduğu ehtimal edilir. Çox güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valuyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovu qara siyahıya salıb. Ümumən, son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda, MDB ölkələrinin vətandaşlarına münasibətdə atılan addımlar, Azərbaycana qarşı törədilmiş kiber hücumlar və s. hallar qeyd oluna bilər. Səfərdə iştirak edən digər deputat Elman Nəsirov bildirib ki, ilkin olaraq sərhəd xidmətindən rahat keçiblər. Daha sonra Sərhəd Mühafizəsinin əməkdaşları Azər Badamova "STOP" qoyulduğunu deyiblər. Təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamovun geri qayıtmasını tövsiyyə ediblər.

 Millət vəkili Sahib Alıyev bildirib ki, deputat Azər Badamovun Rusiyaya buraxılmaması dostluq münasibətlərinə zidd olmaqla yanaşı, həm də nəticələri Rusiya üçün zərərli ola biləcək yanlış və məntiqsiz bir addımdır. Deputatın sözlərinə görə, Patriarx Kirillin Bakıya səfərində vurğuladığı səmimi münasibətlər və qarşılıqlı dialoqa baxmayaraq, onun səfərindən dərhal sonra azərbaycanlı deputatın Rusiyaya buraxılmaması dostluq və məntiqlə uzlaşmayan, heç bir çərçivəyə sığmayan ziddiyyətli bir hərəkətdir:


 "Əgər Azər Badamov orada arzuolunmayan şəxslərin siyahısına salınmışdısa, niyə bu öncədən açıqlanmamışdı və o, Rusiyaya səfərə dəvət edilmişdi? Məntiqdən və dostluqdan tam uzaq belə bir hərəkətə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıya səfər başa çatar-çatmaz yol verilməsi isə, sərnişin təyyarəmizin Qroznı yaxınlığında vurulmasından sonrakı davranışları kimi ümumiyyətlə, heç bir çərçivəyə sığmır. Nəinki hörmətli Azər Badamov, orada heç bir deputat Rusiya Dumasının üzvləri Konstantin Zatulin, Vitali Milonov, Nikolay Valuyev və digərlərinin ölkəmizin torpaq bütövlüyünün, suverenliyinin əleyhinə yönəlmiş, hətta təhqir dolu açıqlamalarına baxmayaraq onların səviyyələrinə enməyiblər. Heç kim Rusiyanın torpaq bütövlüyünü şübhə altına alan açıqlama verməyib və rus xalqını təhqir etməyib. Ona görə yox ki, kimdənsə qorxub çəkinirik. Ona görə ki, biz Azərbaycanın ədəb, ərkan və ləyaqəti ilə özünü böyük sayan bəzi dövlətlərdən daha böyük olduğunu bilirik. Liderimizin necə siyasət yeritdiyini görür və ona da uyğun hərəkət etməyə çalışırıq. Eyni zamanda Zatulinlərin niyə belə hərəkət etdiklərinin də gözəl fərqindəyik". 


"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirib ki, deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması və Moskva hava limanında heç bir izahat verilmədən onun geri göndərilməsi müəammalıdır: 


"Belə bir versiya var ki, Rusiya tərəfi fevral ayında Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyeva media müstəvisində verdiyi açıqlamalarına görə deputat Azər Badamovu qara siyahıya salıb. Ancaq bu ikisi arasında böyük fərq var. Birincisi, Valuyev açıqlamasında Azərbaycan əleyhinə təhqiedici ifadələr işlətmişdi, Azər Badamov isə Rusiyanı hədəf almadan rusiyalı deputata cavab vermişdi. Azər Badamovun Nikolay Valuyevin ünvanına yazdığı sərt cümlə sadəcə bu idi: “Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir”. Görünür, məhz bu cümlə Moskvanın xoşuna gəlməyib. İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyduğunu elan etmişdi. Yəni Valuyev bu qadağanı bilərək bilet alıb Azərbaycana gəlməzdi. Rusiya Xarici İşlər Nazirliyi isə Azər Badamovun Rusiyaya girişinə qadağa qoyması barədə açıqlama verməmişdi. Azər Badamov əvvəlcədən bunu biləsydi, Rusiyaya səfər etməzdi. Fərq bundadır. Azər Badamov qadağadan xəbərsiz deputat həmkarları ilə birgə Rusiyadakı tədbirə qatılmalıydı. Özü də söhbət o tədbirdən gedir ki, Rusiya tərəfi özü Azərbaycan Parlamentinin üzvlərini dəvət edib".


Siyasi şərhçi əlavə edib ki, bu olayla bağlı diqqət çəkən digər iki məqam da var:

 "Birincisi, Azər Badamov Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvüdür. İkincisi, bu hadisədən 10 gün əvvəl Azər Badamov Rusiya ərazisində - Dağıstanda səfərdə olub. Əgər Rusiyanın müvafiq strukturları Azər Badamova “stop” qoyublarsa, Dağıstan ərazisinə niyə buraxıblar? Belə çıxır ki, Azər Badamovla bağlı qərar 10 gün içində verilib. Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni “qeyri-dost addım” kimi qiymətləndirib. Rusiya XİN-dən isə hələ açıqlama yoxdur. Moskva bu addımla bizə əl altdan dəyənəyini göstərib. Kreml bir tərəfdən emissarlarını Bakıya göndərir və gələnlər ağızdolusu dostluq və strateji tərəfdaşlıqdan danışırlar, o biri tərəfdən əvvəlcədən xəbərdar etmədən Azərbaycan Parlamentinin deputatını geri göndərirlər, üstəgəl də bəlli olur ki, Azərbaycan əleyhinə kiberhücumları həyata keçirən əsas qruplar Rusiya ərazisindədir. Bu ölkəmi Azərbaycanın strateji tərəfdaşıdır?". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 May 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri