Icma.az
close
up
RU
Azər Bağırov: “Biz də diqqət, qayğı istəyirik”

Azər Bağırov: “Biz də diqqət, qayğı istəyirik”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Doğru addım atdığımı düşünürəm”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in sabiq baş məşqçisi Azər Bağırov “CBC Sport” telekanalında yayımlanan “Start” verilişində deyib.

Bir neçə gün öncə Gəncə klubundan ayrılan mütəxəssis istefasının səbəblərindən danışıb. 44 yaşlı mütəxəssis bildirib ki, “Kəpəz”lə bəzi məsələlərdə fikir ayrılığı yaşanıb: “Bu gün bir yaşam limiti var. Sənin köməkçilərinin əməyinin həmin tələblərdən daha aşağı dəyərləndirilməsi üzücü məqamdır. Bu kimi şeylər məni çox düşündürürdü. Sözümü deyəndən sonra bu, müsbət qarşılanmadı və klubla yollarımızı ayırdıq”.

Bağırov yerli mütəxəssislərə göstərilən diqqətin azlığından gileylənib: “Hər bir məşqçi özünə qiymət verməyi bacarmalıdır. Bu gün Azərbaycanda yerli məşqçilərə lazımi qədər diqqət ayrılmır. Bunu aşmaq lazımdır. Çempionatımıza baxanda ilk “üçlük”dəki komandaların baş məşqçiləri məhz yerli mütəxəssislərdir. Düşünürəm ki, biz çox şeyi bacarırıq, sadəcə olaraq bizə daha çox diqqət lazımdır. Əcnəbilərin də gəlməsinə etiraz etmirəm, ancaq dəfələrlə görmüşük xarici mütəxəssislər gəlib qısa müddət çalışıb gediblər. Əvəzində də lazımi kompensasiyanı alıblar. Həmin diqqəti yerli məşqçilərə göstərsəydilər, bəlkə də daha çox uğurlara nail olardılar. Biz də diqqət, qayğı istəyirik”.

Qeyd edək ki, Bağırov Azərbaycan çempionatının son turunda "Turan Tovuz”a 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında qarşılıqlı razılıq əsasında Gəncə klubundan ayrıldığını bildirib. “Kəpəz” mövsümü 32 xalla 9-cu pillədə başa vurub və Premyer Liqada qalmağı bacarıb.

Aytac Sahəd
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:277
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 28 May 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri