Icma.az
close
up
RU
Azər Bağırov: “Tovuzda azarkeşlərin önündə çıxış etmək çox çətindir”

Azər Bağırov: “Tovuzda azarkeşlərin önündə çıxış etmək çox çətindir”

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasının II turunda səfərdə “Turan Tovuz”la heç-heçə edən (0:0) “Şamaxı”nın baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə qarşılaşma barədə fikirlərini bölüşdü:

– Tovuzda azarkeşlərin önündə çıxış etmək çox çətindir, çünki bu şəhər futbolla yaşayır. Görüşdən öncə oyunçularıma da bildirmişdim ki, bizi ağır gərginlik gözləyir. Hətta qeyd etmişdim ki, yaxşı oyun nümayiş etdirsək, yerli azarkeşlər də bizi alqışlayacaqlar. Mübariz rəqiblə qarşılaşsaq da, futbolçular sona qədər oyundan qopmadılar. İlk hissədə bir-iki xətamız oldu, lakin ümumilikdə yaxşı təsir bağışladıq. Komandamızı və azarkeşlərimizi mövsümün ilk xalı münasibətilə təbrik edirəm.

Gənc mütəxəssis daha sonra jurnalistlərin suallarına aydınlıq gətirdi:

– İkinci hissədə topa daha çox nəzarət edəcəyinizi gözləyirdiniz?

– Rəqibi yaxşı analiz etmişdik. “Turan Tovuz” daha çox uzun ötürmələr və standart vəziyyətlərdən oyun qurur. Planımız rəqibə davamlı pressinq tətbiq etmək və ikinci toplara yiyələnmək idi. Təhlillərimiz meydandakı mənzərə ilə üst-üstə düşdü. Məhz nümayiş etdirdiyimiz əzmkar və intizamlı oyun sayəsində ilk xalımızı qazandıq.

– “Turan Tovuz” topun qapı xəttini keçdiyini iddia edərək hakimlərdən narazılıq edir. Həmin epizodla bağlı mövqeyiniz necədir?

– Epizodu dəqiq görə bilmədim. Düşünürəm ki, hakimlər və VAR mütəxəssisləri situasiyanı bizdən daha yaxşı təhlil edib düzgün qiymətləndiriblər.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 23 Avqust 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri