Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Azər Əliyev: Prioritetlərimiz gənclərin şəxsi inkişaf və karyera quruculuğuna dəstək olmaq, dövlətin yaratdığı imkanlar barədə onları məlumatlandırmaqdır AZƏRTAC

Azər Əliyev: Prioritetlərimiz gənclərin şəxsi inkişaf və karyera quruculuğuna dəstək olmaq, dövlətin yaratdığı imkanlar barədə onları məlumatlandırmaqdır AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 29 dekabr, Həsrət Mahmudova, AZƏRTAC

“Gənclərin İnkişaf və Karyera Mərkəzi artıq 5-ci ildir ki, fəaliyyət göstərir. Mərkəz gənclərin, xüsusilə region gənclərinin şəxsi inkişafı və karyera quruculuğuna dəstək məqsədilə layihələr həyata keçirir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti çərçivəsində gənclərin hərtərəfli inkişafının təmin edilməsi üçün hazırda 11 regional nümayəndəlik və 44 bölməmiz fəaliyyət göstərir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev deyib.

O, 2024-cü ilin Gənclərin İnkişaf və Karyera Mərkəzi üçün məhsuldar keçdiyini bildirib: “12 ay ərzində regional nümayəndəliklər, onlara daxil olan bölmələr və baş ofis tərəfindən bir çox irimiqyaslı layihələr təşkil edilib. Rəqəmlər də göstərir ki, il ərzində reallaşdırılan 6500-dən çox fəaliyyət çərçivəsində 18 minə yaxın gənc öz bilik və bacarıqlarını artırmaq, yeni təcrübələr qazanmaq imkanı əldə edib”.

A.Əliyevin sözlərinə görə, mərkəzin fəaliyyətinin əsasını şəxsi inkişaf və karyera quruculuğu təşkil etsə də, digər layihələr də gənclərin diqqət mərkəzindədir: “Vətənpərvərlik və dövlətçilik, könüllülük və sosiallaşma, gənclərin maraqlarının öyrənilməsi üzrə il boyunca 100-lərlə fəaliyyət təşkil edilib. Gənclərimiz vətənpərvərlik mövzusunda keçirilən fəaliyyətlərə xüsusi maraq göstərir və bu tədbirlər onların milli dəyərlərə bağlılığını artırmaqla yanaşı, Vətən sevgisini daha da gücləndirir. Əlavə olaraq, regionlarda sağlam həyat tərzinin təbliği, erkən nikahın fəsadları, məişət zorakılığı və bullinqlə mübarizə mövzularında maarifləndirici görüşlər təşkil edərək, gənclərin məlumatlılığını artırmağa çalışırıq”.

Baş direktor qeyd edib ki, gənclərin təhsil aldıqları ixtisaslar üzrə maarifləndirilməsi və karyera planlamasına dəstək də mərkəzin fəaliyyətlərinin əsas prioritetlərindəndir: “Xüsusilə, “CareerLAB” şəbəkəsi layihəsi böyük maraq doğurdu. Bu layihə vasitəsilə gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılmasına nail olduq, onların karyera planlamasına dəstək göstərdik. Respublika üzrə 10 şəhər və rayonda 15-dən çox ali və orta ixtisas təhsili müəssisəsində keçirilən şəbəkədə 10 minə yaxın gənc iştirak etdi. Bundan əlavə, yeni təşəbbüsümüz olan "Gənclərin inkişafı" və "Karyera və biznes" mövzuları üzrə regionlarda keçirilən “LevelUP” Karyera Forumunu da uğurlu layihələrdən hesab edə bilərik. Forumlar zamanı bir çox dövlət və özəl qurumlarda çalışan spikerlərin iştirakı ilə panel müzakirələrin təşkili ilə yanaşı, karyera sərgiləri də keçirərək, region gənclərinin aktiv vakansiyalar haqqında məlumatlandırılmasına da nail olmuşuq”.

“Ən yaddaqalan və bizim üçün xüsusi olan layihələrimizdən biri “Gənclər üçün podkast” platforması oldu. Bu layihə vasitəsilə gənclərin maraq dairələrinə uyğun mövzuları işıqlandıraraq, onların inkişafına töhfə verməyə çalışdıq. Podkastlarımızda müxtəlif peşə sahibləri, ekspertlər və uğurlu şəxslərlə müsahibələr təşkil etdik. İl ərzində 20 buraxılış bütün sosial platformalarımızda paylaşıldı. Statistika göstərir ki, yarım milyondan çox izləmə əldə edilib. Nəticədə podkast gənclərə həm maarifləndirmə, həm də motivasiya baxımından böyük təsir göstərdi. Gələcəkdə bu təşəbbüsü daha da inkişaf etdirməyi və müxtəlif mövzularla daha çox gəncə çatmağı planlaşdırırıq”, - A.Əliyev əlavə edib.

O, il ərzində 2 ödənişsiz tədris proqramının həyata keçirildiyini vurğulayıb: “Bunlardan biri sahibkarlıq, layihələrin, biznesin və risklərin idarə edilməsi sahəsində geniş bilik və bacarıqlar təqdim edən “Career Ladder”, ikincisi isə karyerasını iqtisadiyyat, maliyyə və mühasibatlıq sahəsində qurmaq istəyən gənclərə yönəlmiş və artıq tərəfimizdən 4-cü dəfə keçirilən “Hazır mühasib” layihəsidir. Geridə qoyduğumuz ildə Bakı və regionlarda ümumilikdə 100-dən çox gənc proqramlardan yararlanaraq, müvəffəqiyyət əldə edib”.

Bu ilin Prezident İlham Əliyev tərəfindən ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu və Azərbaycan üçün vacib hadisə kimi yadda qalan COP29 tədbirinin Bakıda keçirildiyini xatırladan baş direktor deyib: “GİKM olaraq, həm paytaxtda, həm də regionlarda gənclərin ekoloji biliklərinin artırılması və ətraf mühitin qorunması sahəsində maariflənmələri, eləcə də fəal iştirakı üçün layihələr həyata keçirdik. Müxtəlif forumlar, təlimlər, maarifləndirici görüşlər, düşərgələr, veloyürüşlər üzrə ümumilikdə 10 mindən çox gənc əhatə olunub. İl ərzində fəaliyyətlərimizin daha da təkmilləşdirilməsi, təşkil ediləcək tədbirlərin gənclərin maraqlarına uyğun hazırlanması məqsədilə mütəmadi onlayn sorğular həyata keçiririk. Həmin sorğuların nəticəsi bunu deməyə əsas verir ki, layihələrimiz gənclər tərəfindən çox böyük maraq, müsbət rəylərlə qarşılanır. Statistika göstərir ki, sosial şəbəkə izləyicilərimizin 70 faizdən çoxu region gəncləridir, sosial platformalarda ümumi görünmə sayımız 1 milyon 700 minə çatıb. Bu göstəricilər bizi sosial mediada daha aktiv olmağa və gənclərin maraq dairəsinə uyğun məzmunlar hazırlamağa təşviq edir”.

A.Əliyev 2024-cü il ərzində 7-dən çox ölkədə keçirilən beynəlxalq tədbirlərdə mərkəzin 18-dən çox əməkdaşının iştirak etdiyini bildirib: “Həmin tədbirlərdə elmi və praktiki məruzələrlə çıxış edən nümayəndələrimiz həm təcrübələrini artırıb, həm də qurumumuzu beynəlxalq platformalarda layiqincə təmsil ediblər”.

O, növbəti il üçün hədəfləri də açıqlayıb: “Məqsədimiz gənclər üçün təşkil etdiyimiz layihələrin təsir dairəsini daha da genişləndirməkdir. Əsas prioritetlərimiz gənclərin şəxsi inkişaf və karyera quruculuğuna dəstək, dövlətin gənclər üçün yaratdığı imkanlar barədə onları məlumatlandırmaqdır. Bununla yanaşı, gənclərin inkişafı üçün daha geniş imkanlar yaratmaq, yeni layihələrlə onların fəallığını artırmaq, beynəlxalq və yerli əməkdaşlıqların inkişaf etdirilməsi və texnologiya, təhsil, sahibkarlıq sahələrində yeni fəaliyyətlər həyata keçirmək də əsas planlarımızdandır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Dekabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri