Icma.az
close
up
RU
Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır

Azər Həsrət: “Türk dövlətlərinin hərbi inteqrasiyası qaçılmazdır

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında tək duruş gətirmək mümkündür”

“Azərbaycan təməldən Turan ideologiyasına könül vermiş dövlətdir. Özbəkistan və Azərbaycan xalqlarının da, ümumi ideologiyası buna söykənir. Biz dəqiq bilirik ki, təkbaşına qurtuluşumuz yoxdur. Həm Azərbaycanın, həm də digər Türk dövlətlərinin qurtuluşu birlikdən keçir.

Yəni bir olsaq, iri olacağıq, diri olacağıq! Məhz buna görə də, Azərbaycan Turan birliyinin təmin olunması istiqamətində mümkün olan bütün addımları atır. Qardaş Özbəkistan ilə münasibətlərimiz həm ikitərəfli, həm də çoxtərəfli formatda ən yüksək səviyyədədir”. 

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsini Sherg.az-a şərh edən siyasi şərhçi Azər Həsrət məsələnin strateji tərəflərinə diqqət çəkib:

“Ümumiyyətlə, Azərbaycan və Özbəkistanın bir-birinə münasibəti dövlətlərarası əlaqələr baxımından bütün dünyaya nümunədir. Bununla bərabər, həm Türk Dövlətləri Təşkilatı, həm də türk dünyasının digər platformaları çərçivəsində çox yaxın və samimi iş birliyimiz var. Həmin tərəfdaşlıq təhlükəsizlikdən iqtisadi inkişafa, eləcə də türk dünyasının vahid inteqrasiyasınadək, bütün sahələrdə əsl örnək təşkil edir”. 

Analitik Türk dünyasının hərbi sahədə inteqrasiyasına da toxunub:

“Hərbi müstəvidə müəyyən çəkingənliklər qalmaqdadır. Biz bu ehtiyatlı mövqeyi xüsusilə Mərkəzi Asiya dövlətlərində görürük. Bu da başadüşüləndir. Çünki region bir tərəfdən Çin, digər tərəfdən Rusiya, cənubdan isə İran kimi geostrateji təzyiq mərkəzləri ilə əhatələnib. Bu səbəbdən Mərkəzi Asiyanın Türk dövlətləri mümkün qədər ehtiyatlı davranırlar. Lakin bir şeyi unutmamalıyıq ki, Türk dövlətləri vaxtı çatanda mütləq hərbi inteqrasiyaya getməli olacaqlar. Bizim təkbaşına müqavimət göstərmək şansımız yoxdur. Nə Rusiyanın, nə Çinin, nə də İranın qarşısında təklikdə duruş gətirmək mümkünsüzdür. Türk dövlətlərinin hərbi alanda tərəfdaşlığı son dərəcə vacibdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev TDT çərçivəsində, 2026-cı ildə birgə ortaq hərbi təlimlərin keçirilməsini təklif etmişdi. Amma təəssüf ki, ilin artıq 8-ci ayı bitmək üzrə olsa da, bu istiqamətdə real addım atılmayıb. Bu da məhz qeyd etdiyim faktor ilə bağlıdır”. 

A.Həsrət xüsusi olaraq vurğulayıb ki, zaman keçdikcə tərəfdaşlarımız hərbi sahədə müttəfiqliyin strateji zərurət olduğunu daha aydın dərk edəcəklər:

“Azərbaycan hər zaman olduğu kimi, bu məsələdə də təşəbbüskar mövqedədir. Təcrübə göstərir ki, digər türk dövlətləri sonrakı mərhələlərdə Azərbaycanın təşəbbüslərini dəstəkləyirlər. Sadəcə, onlar məsələyə daha təmkinli və ehtiyatlı yanaşmağa üstünlük verirlər. Biz də tələsmirik, sadəcə olaraq gecikməməyə çalışırıq. Azərbaycanın hərbi iş birliyi çağırışları da bu gecikmənin qarşısını almağa yönəlib" .

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Avqust 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri