Icma.az
close
up
RU
Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI Dövlət büdcəmizin anası belə ağlar günə qalır...

Azər Məmmədovun başında dayandığı İDXAL İMPERİYASI Dövlət büdcəmizin anası belə ağlar günə qalır...

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Azərbaycan uzun illərdir ki, iqtisadi şaxələndirmə, şəffaf fiskal nəzarət və sahibkarlığın inkişafı kimi strateji hədəfləri öz qarşısına məqsəd qoyub. Lakin real vəziyyət göstərir ki, bəzi dövlət strukturlarının zəifliyi və yaxud maraqlı şəkildə passiv qalması bu hədəfləri ciddi təhlükə altına alır. Bu, xüsusilə idxal-ixrac əməliyyatları sahəsində özünü daha aydın göstərir.
Ölkədə on illərlə davam edən və artıq sistemli bir problemə çevrilmiş bir məqam var - qanunsuz fəaliyyət göstərən şirkətlər və onların gömrük əməliyyatlarında qanunsuz şəkildə aktiv iştirakı. Bu formal “təkadamlıq” şirkətlər nə real istehsal, nə də xidmət göstərir. Lakin illərlə ölkəyə mal idxal edir, vergi öhdəliklərindən yayınır və dövlətin iqtisadi sisteminə dərin zərbə vurur.
Problemin mərkəzində duran qurumlar...
Belə ki, bu şirkətlərin fəaliyyəti üzərində nəzarət aparmaq birbaşa İqtisadiyyat Nazirliyinin, daha dəqiq desək, onun tabeliyində fəaliyyət göstərən Dövlət Vergi Xidmətinin İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin səlahiyyətindədir. Lakin bu idarənin fəaliyyəti “nəzarət” deyil, faktiki görməzlik strategiyası ilə xarakterizə olunur. İdarənin rəhbəri Azər Məmmədovun məsuliyyət daşıdığı sektorda baş verən bu qədər genişmiqyaslı pozuntulara qarşı susqun mövqe nümayiş etdirməsi müəmmalıdır. Görünür, illərlə davam edən bu səssizlik və passivlik sadəcə laqeydlik kimi qiymətləndirilə bilməz, bu susqunluğun altında ciddi səbəblər var.
Bu vəziyyətdə təbii ki, əsas məsuliyyət və ya problemin həlli üçün əsas vəzifə iqtisadiyyat naziri Mikayıl Cabbarovun üzərinə düşür. Nazirlik də hələlik nə struktur islahatlar aparır, nə də ictimaiyyət qarşısında diqqətçəkən hesabat verir. Nəticədə, saxta şirkətlərin fəaliyyəti genişlənir, gömrük manipulyasiyaları dərinləşir, dövlətin maliyyə dayaqları sarsılır.
Qanunsuz şirkətlər hansı mexanizmlə işləyir?
Bu “təkadamlıq” MMC-lər aşağıdakı mexanizm əsasında fəaliyyət göstərir. İdxal əməliyyatlarında vasitəçi kimi çıxış edir, bu zaman onlar malın real sahibi olmur, amma gömrük sənədlərində özlərini “alıcı” kimi təqdim edirlər. Şişirdilmiş və ya azaldılmış qiymətlərlə fakturalar tərtib olunur, məqsəd ƏDV və gömrük rüsumundan yayınmağa hesablanır. Real sahibkarların əvəzinə fəaliyyət göstərirlər, bir çox halda, qanuni şirkətlər bu MMC-lər vasitəsilə işləməyə məcbur edilir. Vergidən yayınırlar və qara mühasibatlıq aparırlar, müvafiq vergi bəyannamələri təqdim edilmir və ya saxtalaşdırılır. Nəticədə büdcə yüz milyonlarla manatdan məhrum olur, real iqtisadi göstəricilər təhrif olunur və sahibkarın dövlətdən uzaqlaşmasına səbəb olan təhlükəli mühit yaranır.
Zərərin miqyası və nəticələri...
İqtisadçıların və fiskal siyasət mütəxəssislərinin təhlillərinə görə, bu cür saxta MMC-lərin dövriyyəsi ildə 1 milyard manatı keçə bilər. Bu isə real sektorda fəaliyyət göstərən, dövlətə vergi ödəyən sahibkarlar üçün öldürücü rəqabət mühiti yaradır.
Qanuni işləyən şirkətlərin fəaliyyəti gömrükdə süni şəkildə gecikdirilir, artıq yoxlamalara məruz qalır, onların məhsulları bazarda saxta yollarla daxil olan mallarla əvəzlənir, kredit və investisiya imkanlarından məhrum olur. Bu vəziyyət yalnız iqtisadi deyil, sosial və siyasi təhlükədir, iqtisadi fəaliyyətin qeyri-rəsmi müstəviyə keçməsidir, korrupsiya şəbəkələrinin dərinləşməsidir.
Ekspertlər hesab edirlər ki, vəziyyətdən çıxış yolu kimi, İdxal-ixrac əməliyyatları üzrə Nəzarət Baş İdarəsində islahatlar aparılmalıdır. Qanunsuz fəaliyyət göstərən MMC-lərin hüquqi və maliyyə reyestri yaradılmalı, kütləvi audit prosesi başlamalıdır. Real sahibkarlığın qorunması üçün vergi və gömrük siyasətində ədalətli mexanizmlər yaradılmalıdır. İqtisadiyyat Nazirliyi ictimai hesabatlılıq çərçivəsində bu sahəyə dair şəffaf məlumat dərc etməlidir, yəni hansı şirkət hansı malı idxal edir, hansı gömrük rüsumu ödəyir, nə qədər vergi verir.
Əgər bu məsələ dövlət səviyyəsində ciddiyə alınmasa, Azərbaycanda sahibkarlığın inkişafı yalnız bəyanatlarda qalacaq. Sistemli korrupsiya, gömrükdə selektiv yanaşma və qanunsuz şirkətlərin hegemonluğu şəraitində nə vergi siyasəti, nə də iqtisadi dayanıqlılıq mümkün deyil. Nazir Mikayıl Cabbarov və rəhbərlik etdiyi İqtisadiyyat Nazirliyi bu sahədə susqunluq nümayiş etdirməyə davam edərsə, bu artıq dövlət iqtisadiyyatına qarşı qəsd kimi qiymətləndirilməlidir. Çünki, qanunsuz vəzliyyət göstərən bu şirkətlərin sayı hər gün çoxalır və onlar hər gün dövlət büdcəsinə ziyan vurmaqdadırlar.
DİA-AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see502

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see221

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see208

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see198

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see195

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see183

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see176

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see173

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see171

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see155

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see154

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see151

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see149

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see143

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri