Azərbaycan 30 cu Ümumdünya İnvestisiya Konfransında
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə səfər çərçivəsində Ümumdünya İnvestisiyaların Təşviqi Agentlikləri Assosiasiyasının (WAIPA) təşkilatçılığı ilə keçirilən 30-cu Ümumdünya İnvestisiya Konfransında (WIC 2026) iştirak edib.
Konfrans çərçivəsində “Qlobal investisiyaların növbəti onilliyi” mövzusunda Nazirlərin Dəyirmi Masası təşkil olunub. İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycanda formalaşdırılmış əlverişli biznes mühiti, investisiya siyasətinin əsas prioritetləri və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, nəqliyyat-logistika imkanları, investorlar üçün yaradılan imkanlar diqqətə çatdırılıb.
WIC 2026 müxtəlif ölkələrdən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları və biznes dairələrinin təmsilçilərini bir araya gətirib. Konfransda qlobal investisiya tendensiyaları, dəyişən geosiyasi və iqtisadi şəraitdə investisiyaların cəlb edilməsi, beynəlxalq investisiya əməkdaşlığının gücləndirilməsi müzakirə olunub.
Konfrans çərçivəsində Elnur Əliyev Vyetnam Sosialist Respublikasının Xarici İnvestisiyalar Agentliyinin baş direktorunun müavini xanım Bui Thu Thuy ilə görüşüb. Görüşdə Azərbaycan ilə Vyetnam arasında ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qarşılıqlı ticarət mübadiləsinin artırılması, enerji, nəqliyyat-logistika, turizm və digər sahələrdə əməkdaşlıq imkanları, eləcə də iki ölkənin biznes dairələri arasında əlaqələrin inkişafı diqqət mərkəzində olub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 12 Noyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















