Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi

Azərbaycan 30 illik münaqişəni milli birliklə həll etdi

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Azərbaycançılıq ideyasının təbliği:  

Elman Məmmədov: “Heydər Əliyev Azərbaycan dövlətçiliyinin və milli birliyin memarıdır”

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərin qorunması istiqamətində misilsiz xidmətlər göstərmiş siyasi liderdir. Onun formalaşdırdığı azərbaycançılıq ideyası milli birliyin, vətənpərvərliyin və müstəqil dövlətçilik düşüncəsinin əsas ideoloji dayaqlarından birinə çevrilib. 10 May – Heydər Əliyevin anım günü münasibətilə Ulu Öndərin xalqın milli kimliyinin qorunması, Azərbaycan dilinin inkişafı, milli həmrəyliyin gücləndirilməsi və dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi istiqamətində gördüyü işlər bir daha dərin ehtiramla xatırlanır. Bu gün də Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır və gələcək nəsillər üçün milli ideologiya nümunəsi olaraq qalır. 

Qeyd edək ki, azərbaycançılıq ideologiyası Azərbaycan xalqının tarixi varlığını, dilini, mədəniyyətini, milli kimliyini və dövlətçilik ənənələrini özündə birləşdirən güclü milli düşüncə sistemidir. Bu ideologiyanın dövlət səviyyəsində formalaşdırılması və möhkəmləndirilməsi prosesi isə birbaşa olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan xalqının keçdiyi mürəkkəb tarixi yolda milli-ideoloji boşluğu doldurmaq üçün azərbaycançılığı həm milli həmrəyliyin, həm də siyasi sabitliyin aparıcı sütununa çevirib.

1969-cu ildən etibarən Azərbaycan SSR-in rəhbəri kimi fəaliyyətə başlayan Heydər Əliyev milli-mədəni dirçəlişin əsasını qoyub. O dövrdə mövcud olan sovet ideoloji çərçivəsinə baxmayaraq, Heydər Əliyev milli tariximizin, ədəbiyyatımızın, incəsənətimizin və dilimizin inkişafına şərait yaratdı. Bu, faktiki olaraq azərbaycançılıq ideyasının ilk praktik müstəvidə tətbiqidir. Hərçənd açıq şəkildə “azərbaycançılıq” termini işlədilmirdi, lakin mahiyyət etibarilə azərbaycançılığın mədəni və mənəvi əsasları formalaşırdı.

Azərbaycan xalqının milli kimliyi uzun müddət ərzində ya imperiya ideologiyasının basqısı altında boğulmuş, ya da süni şəkildə deformasiya edilmişdi. Heydər Əliyev isə bu boşluqları doldurmaq üçün milli-mənəvi dəyərlərə söykənən ideoloji çərçivə hazırladı. Bu, sadəcə siyasi idarəetmə strategiyası deyildi – bu, xalqın kimliyini qorumaq, milli qüruru dirçəltmək və milli özünüdərki bərpa etmək üçün həyata keçirilən sistemli fəaliyyətdir.

Millət vəkili Elman Məmmədov “Şərq”ə bildirib ki, Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla yanaşı həmçinin milli birliyimizin də memarıdır:

“Müstəqilliyimizin ilk illərində xalqımızın üzləşdiyi çətinliklər, Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qalması bütün vətəndaşlarımıza yaxşı məlumdur. Belə bir ağır dönəmdə məhz xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər xalqımızı bütün bəlalardan xilas edib. Ulu Öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə, 1969-1982-ci illərdə Azərbaycanda məhz onun rəhbərliyi ilə Azərbaycan dilinin əhəmiyyəti artmış və ana dilinə olan diqqət və qayğı, eləcə də dövlət qurumlarında azərbaycanlıların yüksək vəzifələrə gətirilməsi vacib əhəmiyyət kəsb edirdi. Yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi Ulu Öndərin gələcəyimizə olan inamının mahiyyətini ehtiva edirdi.

Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil oldu. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ulu Öndər Heydər Əliyevin xidmətləridir. Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib”.

E.Məmmədovun fikrincə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır: “Azərbaycançılıq ideyası Ümummilli Lider Heydər Əliyevin ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ötən illər ərzində Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalıb və onu inkişaf etdirib. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtmasını tələb kimi ortaya qoyub. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük vətən müharibəsi dövründə və 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal antiterror tədbirlərində biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 May 2026 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see909

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see500

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see356

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see322

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see296

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see292

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see278

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see267

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see266

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see259

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see251

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see248

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see246

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see235

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see230

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see228

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see228

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see206

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see198

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri