Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Azərbaycan ABŞ da keçirilən beynəlxalq dini simpoziumda təmsil olunub

Azərbaycan ABŞ da keçirilən beynəlxalq dini simpoziumda təmsil olunub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ABŞ-da “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda keçirilən 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda iştirak ediblər.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən R.Məmmədov ölkəmizdəki dini etiqad azadlığı, multikulturalizmin təşviqi və dövlət-cəmiyyət əlaqəsindən danışıb. Bildirilib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət bütün dini icmalara hörmət və dəstək göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ibadət ocaqlarının bərpası və tikintisi, dini icmalara maliyyə və institusional dəstək bu siyasətin tərkib hissəsidir. Bu siyasətin işğaldan azad olunmuş ərazilərdə də uğurla davam etdirildiyini bildirən Ramin Məmmədov vurğulayıb ki, Qarabağda zərər görmüş dini abidələr üçün yeni bir mədəni və mənəvi dirçəliş dövrü başlanıb. Bərpa işləri təkcə İslam irsinə deyil, həm də regionun zəngin tarixi irsini əks etdirən xristian abidələrinin qorunmasına xidmət göstərir. Bu, Azərbaycanın dini-mədəni müxtəlifliyi qoruyan prinsipial siyasətinin nümunəsidir.

Rektor A.Şirinov isə çıxışında dünyada mövcud olan dünyəvi dövlət modellərini şərh edib. Azərbaycanın müsəlman şərqində dünyəvi hüquq sistemini qəbul edən və fərqli din, məzhəblərə mənsub şəxslərə bərabər imkanlar verən ilk ölkə olduğunu bildirib. Rektor, həmçinin vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutu neytral və elmi yanaşmaya söykənən təhsil verir. İslamın bütün məzhəblərinin yanaşmaları obyektiv şəkildə təqdim olunur, eyni zamanda, dünya dinləri haqqında müzakirələr elmi təsvir metoduna əsaslanır. Bu baxımdan İnstitut İslam dünyasında nadir və nümunəvi model sayılır.

Komitə sədri səfər çərçivəsində, həmçinin Briqam Yanq Universitetində təşkil edilən kursda Azərbaycan dilini öyrənən tələbələrlə də görüşüb. R.Məmmədov tələbələrə Azərbaycan tarixi, mədəniyyəti, dili və ölkəmizdə mövcud olan multikultural dəyərlər barədə məlumat verib. Tələbələr isə Azərbaycana, xalqımızın tarixi və mədəniyyətinə dair məlumatları maraqla qarşıladıqlarını bildiriblər. Gələcəkdə Azərbaycan haqqında daha dərindən öyrənmək və ictimai mühiti ilə yaxından tanış olmaq arzularını ifadə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see664

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see444

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see410

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see395

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see390

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see351

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see290

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see275

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see273

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see252

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see247

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see235

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see230

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see229

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see227

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see224

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see221

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri