Icma.az
close
up
RU
Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Azərbaycan Aktauda keçirilən beynəlxalq forumda təmsil olunub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 16 may, AZƏRTAC

Aktau şəhərində Qazaxıstan Xalq Assambleyasının 30 illiyi və şəhərin türk dünyasının mədəniyyət paytaxtı edilməsi ilə münasibətilə "Ana. Cəmiyyət. Gələcək" adlı beynəlxalq forum keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda Manqistau vilayət akiminin müavini, Qazaxıstan Respublikası Prezidentinin yanında fəaliyyət göstərən Qadınlar və Ailə-Demoqrafiya Siyasəti üzrə Milli Komissiyanın üzvləri, Respublika Analar Şurasının sədri və müxtəlif bölgələrdən gələn şura üzvləri iştirak ediblər. Həmçinin Türkiyədən, Qırğızıstandan və Özbəkistandan gələn nümayəndələr də tədbirə qatılıb.

Azərbaycanı Milli Məclisin deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova və baş konsul Ayxan Süleymanlı təmsil ediblər.

Tədbirdə çıxış edən akim müavini Teleqen Abişev ailə dəyərlərinin qorunub saxlanılmasında, uşaqların tərbiyəsində Analar Şurasının əhəmiyyətini vurğulayıb, həmçinin şuranın cəmiyyətin ən aktual məsələləri ilə bağlı konkret layihələri həyata keçirdiyini qeyd edib.

H.Hüseynova çıxışında bu gün Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, müstəqil Azərbaycanın inkişafına və dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

O bildirib ki, xalqımız təxminən 30 il davam edən erməni işğalı zamanı ağır itkilərə, qadın və uşaqların zorakılıq, əsirlik və itkin düşmə kimi faciələrə məruz qalıb. Buna baxmayaraq, qadınlarımız böyük mənəvi güc göstərərək müstəqil Azərbaycanın inkişafında fəal iştirak ediblər.

H.Hüseynova ailə, qadınlar və uşaqların Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, bu sahə üzrə ölkəmizin Qoşulmama Hərəkatı, BMT, TÜRKPA və digər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini söyləyib və bu forumun keçirilməsi ilə bağlı təşəbbüsün əhəmiyyətini vurğulayıb, qardaşlıq və dostluq münasibətlərinin ölkələrimiz arasında, o cümlədən türk dünyasında qadın həmrəyliyi üçün möhkəm bir təməl yaratdığını qeyd edib.

Forum çərçivəsində iştirakçılar gender bərabərliyi, analar şuralarının fəaliyyəti, qadın təhsili, ana və uşaq hüquqlarının müdafiəsi kimi aktual məsələləri müzakirə ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 May 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri