Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Azərbaycan ABŞ: keçmişin dərsləri və nikbinlik üçün əsaslar

Azərbaycan ABŞ: keçmişin dərsləri və nikbinlik üçün əsaslar

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin Bakı-Vaşinqton münasibətlərinə baxış prinsipiallığı

Prezident İlham Əliyev bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, ABŞ hakimiyyəti Azərbaycana yanaşmasını ölkənin Ermənistanla əlaqələri prizmasında qurmamalı idi. Dövlətimizin başçısı mövqeyini Birləşmiş Ştatların əvvəlki administrasiyasının fəaliyyətindən söz açarkən dilə gətirmiş, ikitərəfli təmaslardakı neqativ ab-havanı doğuran şəraitə nəzər salmış, Ağ evin yeritdiyi kursun yolverilməzliyini vurğulamışdı.

Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda çıxışı zamanı da eyni məsələlərə müəyyən fərqli rakusdan toxunub, ən başlıcası isə Bakı – Vaşinqton münasibətləri ilə bağlı gözləntilərini diqqətə çatdırıb.

Bəli, tam əminliklə deyə bilərik ki, Ermənistanın hazırkı iqtidarı Azərbaycanla sülh gündəliyini mürəkkəbləşdirərkən, ABŞ-ın sabiq rəhbərliyinə də arxalanmışdı. Xatırladaq ki, Bayden administrasiyası Birləşmiş Ştatların müxtəlif konqresmen və senatorlarını anti-Azərbaycan fəaliyyətinə kökləyir, siyasi şantaj yolu tutaraq ölkəmizi erməni avantürasının saxlayacaq sərfəli barış sazişi ilə razılaşdırmağa cəhd göstərirdi. Ona görə də Prezident İlham Əliyev bildirib: “Bayden administrasiyası mövqeyini birmənalı olaraq, Ermənistanla bağladı. Ermənistan – Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

Həqiqətən, Baydenədək ABŞ prezidentlərindən heç biri ermənipərətliyi onun qədər dramatik məcraya qaldırmamışdı. Şantajdan söz düşmüşkən isə Ağ evin sabiq komandasının üzvləri təkcə konqresmen və senatorlara “meydan açmaq”la kifayətlənməyib, eyni zamanda, bilavasitə özləri də eyni “ampluada” olublar. Üstəlik, Ermənistana konkret dəstək olublar ki, bu baxımdan həm ötən il imzalanmış ABŞ – Avropa İttifaqı – Ermənistan sazişini, həm də bu il yanvarın 14-də açıqlanmış ABŞ – Ermənistan Strateji Tərəfdaşlıq Xartiyasını misal çəkmək mümkündür. Qeyd edək ki, sonuncu sənəd Prezident Donald Trampın rəsmən fəaliyyətə başlamasından cəmi 6 gün əvvəl imzalanmışdı.

Deməli, Bayden – Blinken administrasiyasında ermənipərəstlik o qədər yüksək səviyyədə olmuşdu ki, bu komanda mövcudiyyətinin son günlərində də İrəvanın maraq və mənafelərini təmin etməyi düşünüb. Yəqin razılaşarsınız ki, ortada ABŞ adına son dərəcə utancverici mənzərə yaranmışdı. Ermənistanda isə hesab edirdilər ki, Tramp Administrasiyası İrəvana sərfəli sayılan utanc durumu gələcəyə daşıyacaq.

Əlbəttə, rasionallıqdan uzaq təxminlərin puça çıxacağı birmənalı idi. Axı cəfəng yanaşmalar özünü doğrulda bilməzdi və doğrultmadı. Eyni zamanda, deyək ki, erməni iqtidarı ABŞ-da başqa ssenarinin gerçəkləşəcəyinə ümid bəsləmişdi. Mövcud məqama Prezident İlham Əliyev də toxunub: “Onlar (Ermənistan – red.) ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trampın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi”.

Ermənistanda “baydençilərin” məğlubiyyətindən sonra ikinci dərin məyusluq hissi baş nazir Nikol Paşinyanın bu ilin əvvəlində dini tədbirdə iştirak adı altında ABŞ-a səfərinin nəticələrinə əsasən yaşandı. Ölkəsinin Bayden Amerikası ilə imzaladığı xartiya çərçivəsində Birləşmiş Ştatlarla işbirliyinin perspektivi ilə maraqlanmaq istəyən Paşinyan səfərdən əliboş qayıtdı. Amma bu, İrəvanı tutduğu destruktiv mövqedən daşındırmadı. Çünki Ermənistanı illüziya bataqlığına sürükləyən təkcə ABŞ deyil. Ona görə Prezident İlham Əliyev vurğulayır ki, ölkənin erməni siyasi isteblişmenti Azərbaycan mövzusunda olduqca səfərbər vəziyyətdədir. Yəni, Paşinyan iqtidarı bizə yanaşmada koordinal dəyişiklik aparmır, özünün anti-Azərbaycan köklənişində yalnız müəyyən termin və davranış korrektələri ilə kifayətlənir: “Mahiyyət dəyişmir və biz buna hazır olmalıyıq. Yəni, Ermənistanla sülh müqaviləsi imzalanmayana qədər normallaşma ilə bağlı hələ də yeni siyasi qarşıdurma təhlükəsi davam edəcək”.

Bəli, hazırda ABŞ-ın Azərbaycana münasibətində Vaşinqtonun İrəvana yanaşması faktoru hansısa əhəmiyyət daşımır və bunu müsbət məqam kimi vurğulamaq mümkündür. Deməli, dövlətimizin başçısının “Bayden – Blinken administrasiyası dövründə böhrana uğramış əlaqələr” şəklindəki siyasi xarakteristikasının mənfi çalarlarının aradan qalxmasına ümidlər böyükdür. Ümidlər həm də o səbəbdən böyükdür ki, Prezident İlham Əliyev Birləşmiş Ştatlarla hər zaman yaxşı münasibətlərin tərəfdarı olduğumuzu açıqlayıb: “Çünki ABŞ dünyanın ən güclü dövlətidir”.

Güc ondan düzgün və səmərəli istifadə edildiyi zaman çox ciddi faktordur. Bayden administrasiyasının fəaliyyəti göstərdi ki, ABŞ nəhəng potensialından yararlanma baxımından son dərəcə səriştəsiz mövqe tutur. Belə durumlarda isə güc əhəmiyyətini itirir. Nəzərə alaq ki, bu amildən səmərəli istifadə özündə təkcə hərbi trayektoriyanı birləşdirmir. Başlıca məqam düzgün təsir rıçaqlarına malik olmaqdır. O rıçaqlara ki, onlardan yararlanma gücü zorbalıq kimi göstərməsin. Peşəkar siyasi düşüncə də budur. Siyasət meydanında güc ona sahib dövləti digər ölkələrin nəzərində böyük kimi göstərmirsə, deməli nüfuzdan salacaq. Baydenin prezidentliyi dönəmi də bununla yadda qaldı.

Təsəvvür edin, həmin dövrdə ABŞ Dövlət Departamenti ermənipərəst konqresmenlər vasitəsilə Azərbaycanı 1976-cı ildən bəri tətbiq edilməyən qanunla hədələmişdi. Söhbət senatorlar Ed Marki və Bill Kessedinin Xarici Yardım Aktının 502B(c)-ci bəndinə əsasən, Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı hesabat tələb edən qətnamə layihəsindən gedir.

Layihə Birləşmiş Ştatlara istənilən ölkədən insan hüquqlarının vəziyyətinə dair məlumat tələb etmək, həmin ölkəyə təhlükəsizlik sahəsində yardımı azaltmaq və ya tamamilə dayandırmaq imkanı verir. Deməli, alınan məlumatlar əsasında hesabatı aparılan ölkəyə ABŞ-ın təhlükəsizlik yardımı dayanacaqsa, bu, sanki İlahinin həmin məmləkəti tərk etməsi mahiyyəti daşıyacaq. Başqa sözlə desək, Vaşinqton hansısa dövlətə təhlükəsizlik dəstəyini dayandırırsa, həmin dövlət havada qalır və ona hərbi hücum leqal qiymətləndirilir.

Bu mənfur qətnamə layihəsində, həmçinin Birləşmiş Ştatların Azərbaycandan həm ölkə daxilində, həm də “Qarabağa hücum zamanı erməni əhalinin etnik təmizləməsinə səbəb olan insan hüquqlarının pozulması barədə” məlumat tələb olunması əksini tapırdı. Onu da bildirək ki, ABŞ-ın sabiq rəhbərliyinin dövründə Azərbaycanın Birləşmiş Ştatlardakı maliyyə aktivlərinin müsadirəsi və onların Qarabağın erməni əhalisinə yardım adı altında separatizmin dəstəklənməsinə yönəldilməsi kimi sərsəm təşəbbüs və digər xoşagəlməzliklər qeydə alınıb.

Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” beynəlxalq forumundakı çıxışı zamanı isə Bayden administrasiyasının anti-Azərbaycan və ermənipərəst mövqeyini xarakterizə edən daha bir riyakarlıq göstəricisinin üzərində dayanıb. Söhbət Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqindən gedir. Məlumdur ki, 1992-ci ildə qəbul edilmiş bu düzəliş tam ədalətsiz mahiyyət daşımışdı. Həmin il işğala məruz qalan Azərbaycan təcavüzkar qismində göstərilmiş, buna görə ölkəmizə ABŞ-ın dövlət yardımı qadağan olunmuşdu.

O da məlumdur ki, 2000-ci ildə Birləşmiş Ştatlar Konqresi ölkə Prezidentinə “907”nin tətbiqini dayandırmaq səlahiyyəti vermiş və bəzi dövlət başçıları bundan istifadə etmişdilər. Prezident İlham Əliyev isə durumu əsaslandırarkən bildirib ki, Azərbaycan Ağ evə lazım olanda sözügedən düzəlişin tətbiqi dayandırılırdı: “Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar”.

Bəli, ölkəmizin liderinin haqqında söz açdığı mənzərə böyüklərin özünü kiçik və cılız aparmalarına dair nümunədir. Bayden administrasiyası tarixdə belə mənfi nümunələrlə, haqsız davranışlarla yadda qaldı. Prezident İlham Əliyevin bildirdiyi kimi: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden – Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü”.

Vurğuladığımız məqamları nəzərə alaraq deyə bilərik ki, Bakının Vaşinqtondan yeganə gözləntisi böyüklükdür. Böyüklük özündə ədalətli yanaşmanı ehtiva edir. Elə bir yanaşmanı ki, onda fayda olsun. Nəzərə alaq ki, dövlətimizin başçısı özünün erudik təfəkkürü, rasionallığı və praqmatizmi ilə faydanın miqyasını hər zaman geniş götürüb. Ona görə də ABŞ-ın milli maraqlara əsaslanacaq siyasətinin Vaşinqtonla güclü münasibətlərimizin qurulmasına imkan yaratdığını vurğulayır.

Prezident İlham Əliyev ölkəmizin ABŞ-la əlaqələrinin intensiv xarakterinin vacibliyindən söz açmaqla regional fayda genişliyinə söykənir. Başqa sözlə desək, Azərbaycan ABŞ-la münasibətlərinin dinamizmini bütövlükdə regiona mənfəət kontekstində görür.

Sonda onu da bildirək ki, dünyada ilk baxışdan sadə görünən reallıqlar var. Nəyəsə nail olmaq istəyirsənsə, nəyisə təklif etməyi bacarmalısan. Azərbaycan öz siyasətini real işi ilə qurur. Yəni, dünyaya təklif edə biləcəyi çox şey var. Nəzərə alaq ki, dövlətimizin başçısı Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, Qlobal Cənubun bir hissəsi olduğunu təsadüfən xatırlatmır. Prezident İlham Əliyev, həmçinin qeyd edir ki, ölkəmiz Qoşulmama Hərəkatında ciddi mövqeyə, Mərkəzi Asiya ilə yaxşı əlaqələrə, iqtisadi gücə, enerji resurslarına, potensialını döyüş meydanında sübuta yetirmiş orduya malikdir.

Deməli, ölkəmizin lideri “Buna görə biz Birləşmiş Ştatlar üçün çox mühüm tərəfdaş ola bilərik” fikrini yalnız arzu və istək baxımından səsləndirmir, sırf reallığa söykənir. Reallıq isə budur ki, Bakı Vaşinqtonla tərəfdaşlıq üçün özünü doğrultmuş durumda, müvafiq potensialdadır. Azərbaycanın ABŞ-la münasibətlərinin perspektivi baxımından nikbinlik yaradan ən böyük amil də elə budur.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri