Icma.az
close
up
RU
Menu

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

Temu adı ilə dələduzluq

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

Yuxuda boşqab görmək nə deməkdir?

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

Azərbaycan ABŞ: nikbinlik notları

Azərbaycan ABŞ: nikbinlik notları

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev Tramp Administrasiyasından gözləntiləri açıqladı

Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində bir çox məqamlara dair fikirlərini bölüşməklə yanaşı, ABŞ-da hakimiyyət dəyişikliyi kontekstində ölkəmizin Vaşinqtonla münasibətlərinin perspektivindən söz açıb. Dövlətimizin başçısı Prezident Donald Trampın yürüdəcəyi siyasətlə bağlı düşüncələrini dilə gətirib və eyni zamanda, ABŞ-ın yeni administrasiyasına yanaşmada ayrı-ayrı dövlətlərin qeyri-müəyyənliklərinə dair mövqeyini açıqlayıb.

Prezident İlham Əliyevin üzərində dayandığı ilk məqam budur ki, bizim Birləşmiş Ştatlara münasibətdə heç bir qeyri-müəyyənliyimiz yoxdur. Ölkəmizin lideri bunu ona görə əminliklə vurğulayır ki, Azərbaycan özünün balanslı siyasət xəttinə sadiqdir. Bu xətt rasional düşüncəyə və praqmatizmə əsaslanır. Milli maraq və mənafelərin qorunmasına da, həmçinin.

Dünyanın normal düşüncə mərkəzləri mövcud məqamı yetərincə ciddi dərk edir və qiymətləndirirlər. Onlar yaxşı anlayırlar ki, Azərbaycan məkrli oyunlarda iştirakdan uzaqdır, yalnız qarşılıqlı faydaya və əməkdaşlığa söykənmiş bərabərtərəfli münasibətlərin qurulmasının tərəfdarıdır. Deməli, bu yolla getməyənlər narahat olmalıdırlar. Ona görə də dövlətimizin başçısı Trampın hakimiyyətə gəlməsi ilə məhz Avropa liderlərinin qeyri-müəyyənliklə üzləşdiklərini vurğulayıb. Axı “Köhnə qitə”də liderlik institutu iflasa uğramış durumdadır.

Bəli, Avropada liderlik institutu böhran yaşadığına görədir ki, qitə ABŞ-ın əvvəlki administrasiyasının qızışdırdığı Rusiya – Ukrayna müharibəsində alətə çevrilib. Avropa dövlətləri həmin administrasiyanın təkidi ilə Ukraynaya dəstəyin timsalında anti-Rusiya “müqəddəsliyi” uydurub və özlərini ona inandırıblar. Əlbəttə, müharibənin aparılması üçün dəstəyi ABŞ-dan almaqla.

İndi Tramp Rusiya ilə bağlı fərqli yöntəm müəyyənləşdirdiyindən, hazırda Avropa Moskva ilə baş-başa qalmış durumdadır. Qeyri-müəyyənlik, eyni zamanda, bundan qaynaqlanır və meydana belə bir sual çıxır: “Köhnə qitə” Rusiyaya qarşı mübarizəni davam etdirsin, ya yox? Tramp Amerikasının öz dəst-xəttinin mövcudluğu şəraitində savaşa davam fəlakətdir, onu durdurmaq isə rüsvayçılıq. Seçim Avropanın liderlərinindir.

Əlbəttə, Prezident İlham Əliyev hadisə və proseslərə, ümumən şəraitə ölkəmizin prizmasından yanaşır və çox rahatlıqla bildirir: “Azərbaycana gəlincə, bizdə heç bir qeyri-müəyyənlik yoxdur. Biz Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, bizim əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. Gözləyirik ki, ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və biz yenidən başlayacağıq”.

Dövlətimizin başçısı müsahibəsində Avropa liderlərinin Trampın hakimiyyətə gəlişi ilə qeyri-müəyyənlik sindromunda yaxalanmalarının, narahatlıq keçirmələrinin bir səbəbini də açıqlayıb: “Biz hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər biz bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq mən deyərdim, ilk diskvalifikasiya var. Bu, Kanadanın baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin. Bu, yalnız müəyyən siyasi proseslər səbəbindən baş vermədi. Bu, ona görə baş verdi ki, bəzi Qərb liderləri Prezident Trampa qarşı çox ədalətsiz idilər və sözsüz ki, onlar narahatdırlar, indi onların buna görə cavabdeh olmasının vaxtı gəlib çatıb. Bu, mənim fikrimdir. Ola bilsin mən yanılıram. Lakin mən ABŞ-da dəyişikliklə bağlı narahat olmaq üçün başqa ciddi səbəb görmürəm”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın Tramp Administrasiyasından gözləntisinin yüksək olduğunu da bildirib, Azərbaycan – ABŞ əlaqələri baxımından əminik və nikbin ifadə edib. Bu, öz yerində. Ancaq onu da nəzərə alaq ki, dövlətimizin başçısı Birləşmiş Ştatlar Administrasiyasının hakimiyyətə yeni gündəliklə gəldiyinin proqnozunu daha əvvəldən vermişdi. Söhbət onun bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində vurğuladığı məqamlardan gedir. Ölkəmizin lideri həmin müsahibədə Trampın birinci prezidentlik dönəmində Amerika – Azərbaycan əlaqələrində hansısa bir problemin yaşanmadığını demiş, Bayden administrasiyasının hər şeyi korladığını qabartmışdı: “Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvi ondan ibarət idi ki, o, Amerika – Azərbaycan münasibətlərini Amerika-Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan – Azərbaycan, ya da ki, Amerika – Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu, birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır. Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş - sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni, bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər? Bayaq dediyim kimi, Sorosun bu yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı. Yəni, bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır”.

Bir daha deyək ki, Azərbaycan sırf öz maraqları baxımından çıxış edir. Bu maraqlara balanslı siyasət xəttinin hakim kəsildiyini bildirdik. Eyni zamanda, onlar üçün sülh və sabitlik də önəmlidir, ənənəvi dəyərlərə sadiqlik də. Ona görə Prezident İlham Əliyev Çinin aparıcı televiziyasına müsahibəsində Trampın ilk dövlət başçılığı dönəmində ABŞ-ın heç bir müharibəyə başlamadığını müsbət məqam kimi qiymətləndirib və əlavə edib ki, bu, Birləşmiş Ştatların ən azı bir neçə onilliklər ərzindəki tarixində nadir təcrübədir. Ən başlıca məqam isə Trampın ilk prezidentliyi zamanında dünyanın daha təhlükəsiz olmasıdır.

Bilavasitə ənənəvi dəyərlərə sadiqliyə gəlincə, bu mənada da dövlətimizin başçısı Tramp prezidentliyini müsbət qiymətləndirdiyini açıqlayıb. Özü də indi yox, ötən il. Yada salaq ki, Prezident İlham Əliyev 2024-cü ilin yayında Şuşada keçirilmiş Qlobal Media Forumundakı çıxışında bildirmişdi ki, Tramp bizim cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Söhbət ailə və mənəviyyat dəyərlərindən gedir.

Söhbət dəyərlərdən düşmüşkən, daha bir məqama nəzər salaq. Məlum olduğu kimi, ABŞ-ın yeni administrasiyası özündən əvvəlki hakimiyyətin əməllərinin təftişinə start verib. O əməllərin ki, Birləşmiş Ştatların dünyadakı nüfuzunun itirilməsinə səbəb olmuşdu. Məsələn, indi məlum olur ki, ABŞ-ın fəaliyyətinə artıq son qoyulmuş Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAID) işi-gücü beynəlxalq müstəvidə ekstremizmi, transgenderliyi yaymaq, müxtəlif təfriqələr törətmək imiş…

Əlbəttə, Tramp Administrasiyasından başqa müsbət gözləntilər də var ki, bu barədə Prezident İlham Əliyev də söz açıb. Ölkəmizin lideri həmin müsahibəsində Bayden idarəçiliyinin yalan mahiyyəti üzərində dayanaraq, Azərbaycan cəmiyyətinin, bütün ölkələrin ümidlərinin bu əxlaqsızlığa, mənəviyyatsızlığa son qoyulması üzərində olduğunu vurğulamışdı. Ən başlıcası isə dövlətimizin başçısı Azərbaycan – ABŞ əlaqələri baxımından son dərəcə vacib mesaj vermişdi: “Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika – Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”.

Əvəz CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see342

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see296

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see233

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see215

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see192

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see167

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see165

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see157

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see154

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see152

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see152

Bekayi: ABŞ ilə danışıqlar Pakistanın vasitəçiliyi ilə davam edir

20 May 2026 22:27see151

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see150

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see150

WUF13 də dünyada tullantıların idarə edilməsi və dairəvi iqtisadiyyatın formalaşdırılması məsələləri müzakirə edilib

20 May 2026 20:48see149

Arteta Arsenal ın çempionluğunu oyunçuları ilə birlikdə qeyd etmədi

20 May 2026 13:15see149

Paşinyan deputatlığa namizəd Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib

20 May 2026 22:47see147

Zelenski Rusiyanın mümkün hücum ssenarisini açıqladı

20 May 2026 22:30see142

Müəllim: Rəqəmsal platformalar hökumətlərlə vətəndaşlar arasında daha sürətli və şəffaf qarşılıqlı əlaqə yarada bilər

20 May 2026 11:40see141

Səlçuk Karakılıç: “Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Türkiyəni diplomatiyanın əsas mərkəzlərindən birinə çevirib

20 May 2026 18:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri