Icma.az
close
up
RU
Azərbaycan ABŞ: montanalı senatorun ümidverici səfəri

Azərbaycan ABŞ: montanalı senatorun ümidverici səfəri

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Stiv Deynsinin ölkəmizə səfərini əhəmiyyətli edən nədir?

Prezident İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici əlaqələr komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib. Dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın Azərbaycanın Müstəqillik Günü ilə bağlı təbrik məktubunun ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayaraq, diqqəti sənəddə ifadə olunan başlıca məqama yönəldib. Söhbət ölkəmizlə Birləşmiş Ştatlar arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğunun bildirilməsindən gedir.

Qeyd edək ki, Respublikaçılar Partiyasının üzvü olan montanalı senator S.Deynsi mühafizəkarlığı ilə seçilir. O, 2023–2025-ci illərdə Milli Respublikaçı Senatorlar Komitəsinin (NRSC) sədri olarkən, partiyanın Senatda əksəriyyəti əldə etməsi naminə strateji namizədlərin seçilməsində mühüm rol oynamışdı. Deyn-

si, həmçinin 2024-cü ildə sabiq Prezident Co Bayden tərəfindən Montana üçün təyin olunan ilk yerli amerikalı federal məhkəmə hakimi namizədi Danna Ceksonun təsdiqini bloklamış, bildirmişdi ki, administrasiya namizədin irəli sürülməsi zamanı onunla kifayət qədər məsləhətləşməyib.

Deməli, aydındır ki, S.Deynsi ABŞ-ın hakim komandasına yaxınlığı ilə seçilir və belə bir şəxsin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafı baxımından real perspektiv yaradan amil kimi qiymətləndirilə bilər. Yazımızda da əsasən bu məqamın üzərində dayanacağıq. Fikrimizi əsaslandırmaq üçün Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Azərbaycan-ABŞ əlaqələri barədə söylədiyi fikirlərə istinad etməyi vacib sayırıq. Həm də ona görə ki, dövlətimizin başçısının böyük uzaqgörənliklə vurğuladığı məqamlar reallığa çevrilir.

Prezident İlham Əliyev müsahibəsində Trampın hakimiyyətə yeni gündəliklə gəldiyini bildirmişdi. Dövlətimizin başçısı, eyni zamanda, onun Prezident fəaliyyətinin birinci dönəmində Amerika – Azərbaycan əlaqələrində hansısa problemin yaşanmadığını vurğulamışdı. “Əksinə, münasibətlər çox müsbət idi və bir çox istiqamətlər üzrə biz irəliləyişə nail ola bilmişdik”, – deyən cənab Əliyev sabiq Bayden administrasiyasının Azərbaycanla bağlı əsas səhvinə diqqət çəkmişdi: “Bayden administrasiyasının əsas səhvi ondan ibarət idi ki, o, Amerika – Azərbaycan münasibətlərini Amerika – Ermənistan münasibətlərinin qurbanına çevirdi. Yəni, Azərbaycana Ermənistan – Azərbaycan, ya da ki, Amerika – Ermənistan münasibətlərinin prizmasından yanaşırdı və o vaxta qədər əldə edilmiş yaxşı nəticələr kölgədə qaldı, bu birincisi. İkincisi, Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləmişdir, xüsusilə Qarabağ məsələsi ilə bağlı və bu, həm ədalətsiz, həm də ki, ikili standartlara əsaslanan mövqe idi. Çünki mən Amerika nümayəndələrinə dəfələrlə deyirdim və açıq da deyirdim, mətbuatda da, siz Ukraynanın ərazi bütövlüyünü ikiəlli dəstəkləyirsiniz, silahlar verirsiniz, milyardlarla pul verirsiniz. Biz öz ərazi bütövlüyümüzü bərpa etmişik, niyə siz bizi cəzalandırmaq istəyirsiniz? Buna cavab verin. Cavab da yox idi. Cavab da bəllidir ki, bu, ikili standartlardır”.

Diqqət yetirək, senator S.Deynsi Əfqanıstanda ABŞ və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh azərbaycanlı sülhməramlıların Əfqanıstandan çıxan ən sonuncu hərbi kontingent olduğunu xatırladıb, hərbçilərimizin mülki və hərbi şəxslərin təxliyyəsində mühüm rol oynadıqlarını deyib. Deməli, Birləşmiş Ştatlarda Bakı – Vaşinqton münasibətləri baxımından ölkəmiz tərəfindən irəli sürülmüş gündəm məqbul qarşılanır.

Söhbət hansı güdəmdən gedir, bu barədə söz açarkən, yenə Prezident İlham Əliyevin fikirlərinə nəzər salmağı zəruri sayırıq: “Eyni zamanda, hesab edirəm, Bayden administrasiyasının səhvlərindən biri də o idi ki, Amerikaya olan inamı böyük dərəcədə sarsıtdı, özü öz əməlləri ilə. Məsələn, elə Əfqanıstan məsələsinə qayıtsaq, Azərbaycan birinci ölkələrdən idi ki, Əfqanıstandakı missiyaya qoşulmuşdu və həm hərbi kontingent göndərmişdi və dəfələrlə onu artırmışdı, həm də Amerika üçün çox vacib olan nəqliyyat-logistika məsələlərini də həll etmişdi. Biz onlara lazım olana qədər 907-ci düzəliş – sanksiya qaldırılırdı, biz ki, lazım olmadıq, tətbiq etdilər. Yəni bu nədir? Bunun bir adı var: nankorluq. Bu, nankorluqdur və hansı inamdan söhbət gedə bilər? Hansı uzunmüddətli əməkdaşlıqdan söhbət gedə bilər? Bayaq dediyim kimi, Sorosun bu yüksək mükafatla təltif edilməsi bütün maskaları yırtdı. Yəni bu, Soros iqtidarı idi, həm Bayden dönəmində, həm Trampa qədər olan səkkiz il ərzində və məhz buna görə bizim münasibətlərimizdə heç bir irəliləyiş olmamışdır”.

Onu da bildirək ki, Azərbaycanla ABŞ arasında ciddi əməkdaşlıq platforması Bill Klintonun və Corc Buşun Prezidentliyi dönəmində yaranıb. Bu tendensiya Trampın birinci dövlət başçılığı mərhələsində də davam edib. İndi isə ümidlər var və deyə bilərik ki, senator S.Deynsi ölkəmizə həm də ümid gətirmişdi. Ümidlərin böyük olduğunu isə Prezident İlham Əliyev həm bu il yanvarın 7-dəki müsahibəsində, həm də ötən il Şuşa Beynəlxalq Media Forumunda vurğulamışdı. Dövlətimizin başçısı, habelə, Bakı – Vaşinqton münasibətlərinin strateji səviyyəyə qaldırıla bilməsindən də söz açmışdı.

Münasibətlərin strateji səviyyəyə qaldırılmasından söz düşmüşkən, S.Deynsi Prezident İlham Əliyevlə görüşdə Amerika Birləşmiş Ştatları ilə ölkəsi arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişafı perspektivlərini önə çəkib. Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin ABŞ ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək, əlaqələrin inkişafı üçün böyük imkanların yarandığını bildirib. Ən başlıcası isə görüşdə Azərbaycanın əsas logistika mərkəzlərindən birinə çevrildiyi vurğulanıb. Bu baxımdan ölkəmizin Orta Dəhlizin inkişafında oynadığı mühüm rol üzərində dayanılıb.

Elə isə Prezident İlham Əliyevin yanvarın 7-dəki müsahibəsində Azərbaycan–ABŞ münasibətlərindən söz açarkən vurğuladığı bir məqamın da üzərində dayanaq: “Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq. Yəni biz yeni dünya nizamına öz töhfəmizi əməllərimizlə veririk, çünki bəzən bu, bir qədər diqqətdən kənarda qalır. Amma mən bilirəm ki, Azərbaycanın son illərdəki addımları çox ciddi təhlil edilir, çox ciddi. Çünki dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb, hər halda, yaxın və orta keçmişə nəzər salsaq. Bunu biz etmişik, bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil”.

Sonda bir məqamı da vurğulayaq ki, senator S.Deynsi dövlətimizin başçısı ilə görüş zamanı Azərbaycana və Mərkəzi Asiya ölkələrinə Birləşmiş Ştatlar Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə də toxunub. Hesab edirik ki, bunun özü də vacibdir. Deməli, cənab Deynsi özü ilə təkcə ümid yox, həm də real iş parametrləri də gətirib. Ümid edirik ki, həmin parametrlər daha da dərinləşəcək.

Ə.RÜSTƏMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 May 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri