Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Bunları hər kəs bilməlidir!

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Azərbaycan ABŞ münasibətləri: davamlı, etimada söykənən, inkişafı hədəfləyən...

Azərbaycan ABŞ münasibətləri: davamlı, etimada söykənən, inkişafı hədəfləyən...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Bakı ilə Vaşinqton arasında əlaqələr daha da genişləndirilir

Azərbaycanın sülh təşəbbüsləri bütövlükdə Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya və başqa yaxın coğrafiyalar üçün mühüm inkişaf perspektivləri yaradır. Bu mənada aparılan siyasət, atılan addımlar beynəlxalq aləm tərəfindən ciddi izlənir - xüsusilə, bu ilin avqustunda reallaşan Vaşinqton görüşlərinin ardından yaranan yeni situasiya olduqca pozitiv mesajlar verir. Zəngəzur dəhlizi ideyası, Orta Dəhlizin dirçəldilməsi, enerji və yaşıl gündəlik layihələri - bütün bunlar Azərbaycanın sülh təşəbbüslərinin çoxşaxəli olduğunu ortaya qoyur. Paralel olaraq yaranan vəziyyət ölkəmizi regionun strateji mərkəzinə çevirir. Bu ünvandan yüksələn hər bir təşəbbüs, hər bir layihə qlobal iqtisadiyyatın, siyasətin və təhlükəsizliyin istiqamətlənməsinə təsir göstərir. Vurğulandığı kimi, bu amil diqqəti cəlb edir - xüsusilə, yeni bir mərhələyə qədəm qoymuş Azərbaycan-ABŞ münasibətlərində artıq davamlı yaxınlaşmalar, siyasi dialoqun inkişafı nəzərə çarpır. Ölkəmizə səfər edən ABŞ rəsmiləri regional inkişafa verdiyimiz töhfələri yüksək dəyərləndirir, sülh istiqamətində qətiyyətli addımlarımızı qiymət verir. Yeri gəlmişkən noyabrın 19-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Hukerlə görüşüb. Görüş zamanı Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də regional və qlobal təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

İkitərəfli əlaqələr: yaxın dostluq, etibarlı tərəfdaşlıq...

Qeyd edilməlidir ki, ABŞ - Azərbaycan münasibətləri geniş spektrli olmaqla yanaşı, həm də tərəfdaşlığa əsaslanır. Bəlli olduğu kimi, rəsmi Vaşinqton dünyanın iqtisadi-siyasi nəbzini formalaşdıran mühüm güc mərkəzlərindən biri sayılır. Nəhəng iqtisadiyyata, müqayisəyəgəlməz siyasi çəkiyə malik olan bu dövlətin son proseslərdə Cənubi Qafqaza, xüsusilə Azərbaycana diqqət yetirməsi bir sıra mətləblərdən xəbər verir. Azərbaycanı hər zaman özünün strateji tərəfdaşı kimi xarakterizə edən rəsmi Vaşinqton əməkdaşlığın çoxşaxəli olmasında maraqlı olduğunu ortaya qoyur.

ABŞ - Azərbaycan münasibətlərində beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində yaxın əməkdaşlıq xüsusi bir xəttlə keçir. Qarşılıqlı etimad və maraqlar əsasında qurulan Azərbaycan-ABŞ əlaqələri hər iki tərəfin mənafeyinə cavab verməklə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına da töhfədir. Dünyada gedən bir sıra siyasi proseslər, müxtəlif ölkələr daxilində yaranan gərginlik, beynəlxalq cinayətkar qruplaşmaların, terrorçu təşkilatların fəaliyyətini genişləndirməsi hər iki dövlətin təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığının əhəmiyyətini dəfələrlə artırıb. Paralel olaraq Azərbaycanın yürütdüyü enerji siyasəti son 30 ildə nəinki regionun, daha böyük coğrafiyanın mənzərəsini və enerji xəritəsini dəyişib. Vacib qlobal layihələrin ərsəyə gəlməsi, bu layihələrin daha geniş əməkdaşlıqlara meydan açması, yeni mərhələlər formalaşdırması göz önündədir - bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsaslı rol oynayır, Şimal-Cənub, Şərq - Qərb enerji tranzitinin mühüm logistik mərkəzlərindən sayılır. Azərbaycan ötən müddət ərzində enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib: yeni neft-qaz strategiyasında enerji nəqli marşrutlarının şaxələndirilməsini əsas prioritetlərdən biri kimi müəyyənləşdirən ölkəmiz bu gün regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Birləşmiş Ştatlar isə Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib.

Vaşinqton regionda yaratdığımız reallıqları yüksək dəyərləndirir...

Ceyhun Bayramov ilə Alison Huker arasında baş tutan görüşdə həmçinin avqustun 8-də tarixi Vaşinqton görüşü zamanı əldə edilmiş razılıqlar məmnunluqla xatırlanaraq, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində birgə səylərin vacibliyi qeyd olunub. Regional sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” üzrə işlərin sürətləndirilməsində maraqlı olduğumuz diqqətə çatdırılıb.

Həqiqətən də 2025-ci ilin 8 avqustunda Vaşinqtonda keçirilmiş yüksək səviyyəli görüş regionun və bütövlükdə dünyanın siyasi gündəliyində tarixi hadisə kimi qiymətləndirilməlidir. ABŞ Prezidenti, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında aparılmış müzakirələr, imzalanmış sənədlər və əldə olunmuş razılaşmalar yalnız Cənubi Qafqazda yeni reallıqların təsbit olunmasına xidmət etmir, eyni zamanda, qlobal təhlükəsizlik, inteqrasiya və tərəqqi üçün də mühüm nəticələr vəd edir. Ən əsası, bu sənədlər Azərbaycanın strateji mövqelərinin gücləndirilməsinə, Azərbaycan-ABŞ tərəfdaşlığının yeni mərhələyə yüksəlməsinə və regional əməkdaşlığın daha dayanıqlı əsaslarda qurulmasına təkan verir. Bəli, münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün həm geostrateji, həm geoiqtisadi, həm də geosiyasi mənada yeni üfüqlər açır. Bu isə qlobal səviyyədə vacib nəticələr vəd edir. Rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə, irəliyə daşımaqda maraqlı olduğunu sübut edir.

 Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişi təmin edəcək layihənin Vaşinqton razılaşmalarında xüsusi yer alması da diqqətçəkicidir. Zəngəzur dəhlizi (TRİPP) seqmentinin beynəlxalq dəstəklə təsdiqlənməsi ölkəmizin daxili logistik imkanlarının yüksək dəyərləndirilməsi olmaqla yanaşı, həm də dünyaya yeni bir strateji tranzit alternativi təqdim edir. Bu, iqtisadi, siyasi və təhlükəsizlik baxımından regionun inkişafına xidmət edəcək mühüm nailiyyətdir. Bu layihə vasitəsilə Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında mühüm logistik qovşağa çevriləcək - paralel olaraq, geniş bir coğrafiyada yeni inkişaf mərhələsi formalaşdıracaq.

Strateji Tərəfdaşlıq Xartiyası əlaqələrə yeni format qazandırır...

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupunun fəaliyyət istiqamətləri nəzərdən keçirilib, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsinin vacibliyi diqqətə çatdırılıb. Cənubi Qafqaz regionunda sülh və sabitlik gündəliyi, ikitərəfli və çoxtərəfli platformalar çərçivəsində qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müzakirə olunub. Ceyhun Bayramov qarşı tərəfə normallaşma prosesi çərçivəsində atılan addımlar, postmünaqişə dövründə bərpa-quruculuq işləri barədə məlumat verib.

Avqust görüşü zamanı imzalanan “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması haqqında Strateji İşçi Qrupunun yaradılması” Anlaşma Memorandumu iki ölkə arasında məzmun etibarı ilə yüksək olan tərəfdaşlığa yeni rəng qatır - bu sənədin imzalanması Bakı-Vaşinqton əlaqələrində mühüm ştrixləri ortaya çıxarır. Belə ki, sənədin imzalanması Azərbaycan ilə ABŞ arasında əlaqələrin yaxın tərəfdaşlıq səviyyəsinə qalxdığını göstərir - sənədə görə, ABŞ artıq Cənubi Qafqazda sabitlik, enerji, nəqliyyat, təhlükəsizlik məsələlərində məhz Bakı ilə strateji koordinasiya aparmağı prioritet sayır. Eyni zamanda, iki ölkə arasındakı əməkdaşlıq institusional çərçivəyə salınır - başqa sözlə, münasibətlərin inkişaf imkanları artıq siyasi bəyanatlarla deyil, konkret planlar, yol xəritələri və hüquqi mexanizmlərlə idarə olunacaq. ABŞ ilə Azərbaycan arasında dialoqun daha da genişlənməsi və şaxələnməsinə imkan yaradan bu sənəd təhlükəsizlik və müdafiə, enerji və yaşıl keçid, iqtisadiyyat və investisiya, regional sabitlik və nəqliyyat dəhlizləri, humanitar əlaqələrdə də yeni format müəyyənləşdirir.

P.SADAYOĞLU

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see557

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see306

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see260

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see252

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see243

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see237

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see231

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see229

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see220

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see218

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see210

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see202

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see202

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see199

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see195

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see192

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see191

Həkim həzm sisteminin sağlamlığı üçün axşam yeməyində bir vərdişdən imtina etməyi tövsiyə ETDİ

03 Noyabr 2026 20:40see179

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri