Icma.az
close
up
RU
Azərbaycan ABŞ münasibətlərində əməli mərhələ

Azərbaycan ABŞ münasibətlərində əməli mərhələ

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan dəyişən qlobal geosiyasi reallıqlar fonunda xarici siyasət kursunu ardıcıl şəkildə yeni strateji istiqamətlərlə zənginləşdirir. Rəsmi Bakı bir tərəfdən regional sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verən təşəbbüsləri davam etdirir, digər tərəfdən isə dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərini qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirir. Bu baxımdan Azərbaycan–ABŞ əlaqələrində son dövrdə müşahidə olunan intensiv diplomatik dialoq xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında münasibətlərin yeni məzmun qazandığını göstərir. 

Oktyabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ-ın Dövlət katibi Marko Rubio arasında aparılan telefon danışığı inteqrasiya prosesinin ən bariz təzahürü hesab olunur. Söhbət əsnasında ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti, inkişaf perspektivləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında aparılan genişmiqyaslı müzakirələr rəsmi Bakının xarici siyasət kursunun tamamilə praqmatik əsaslara söykəndiyini sübuta yetirir. Qlobal siyasi arenada baş verən qütbləşmə, eləcə də qeyri-müəyyənliklər mühitində Azərbaycan davamlı olaraq sülhsevər mövqe nümayiş etdirərək regionda uzunmüddətli sabitliyin yeganə qarantı rolunda çıxış edir. Nazir Ceyhun Bayramovun sülh gündəliyi, etimad quruculuğu və regional sabitlik istiqamətində atılan addımlar barədə məlumatı rəsmi Bakının beynəlxalq hüququn mühüm prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Tərəflərin dialoqu həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş tarixi zirvə görüşünün bilavasitə məntiqi davamı kimi dəyərləndirilməlidir. 

İmzalanan Strateji Tərəfdaşlıq Xartiyasında müəyyən edilən prioritet istiqamətlər üzrə işçi qruplarının fəaliyyəti ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir. Qeyd edilən Xartiya çərçivəsində görülən işlər sadəcə bəyanatlardan ibarət qalmayaraq konkret iqtisadi, texnoloji, investisiya sektorlarını əhatə edən praktiki müstəviyə yüksəlir. Diplomatik danışıqların məzmunu göstərir ki, Vaşinqton və Bakı arasındakı münasibətlər daha qlobal hədəflərə yönəlib. Regional təhlükəsizlik arxitekturasının yenidən qurulduğu hazırkı dövrdə Amerika administrasiyası Azərbaycanın Cənubi Qafqazdakı liderlik mövqeyini şərtsiz qəbul edir. Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində yaradılan işçi qrupları məhz hər iki dövlətin maraqlarına cavab verən çoxşaxəli layihələrin icrası üçün nəzərdə tutulub. Həmin qruplar iqtisadi, siyasi, humanitar, texnoloji aspektləri dərindən analiz edərək uzunmüddətli inkişaf konsepsiyaları hazırlayır. ABŞ Dövlət katibi Marko Rubio ilə aparılan danışıqlar prosesində işçi qruplarının fəaliyyətinin intensivləşdirilməsi, müştərək fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi məsələləri xüsusi yer tutub. İki ölkə arasında mövcud olan siyasi iradə Cənubi Qafqazın gələcək nizamını şərtləndirən ən mühüm amilə çevrilib. 

ABŞ Dövlət katibi ilə müzakirələrin ən mühüm qollarından digəri Ermənistanla normallaşma prosesinə həsr olunub. Rəsmi Bakı dəfələrlə beynəlxalq ictimaiyyətə bəyan edib ki, müharibə səhifəsi artıq tamamilə qapanıb. İndi əsas məqsəd regionda daimi, sarsılmaz, ədalətli sülh sazişinin imzalanmasıdır. Azərbaycanın xarici işlər naziri rəsmi Vaşinqtona dövlətimizin həyata keçirdiyi sülh gündəliyinin detalları, atılan praktiki addımlar, o cümlədən etimad quruculuğu istiqamətindəki fəaliyyət barədə əhatəli məlumat verərək prosesin ləngiməsində maraqlı olmadığımızı konkret faktlarla diqqətə çatdırıb. Həqiqətən də, regional sabitliyin möhkəmləndirilməsi məhz Bakının təşəbbüskarlığı sayəsində mümkündür. Avroatlantik məkanın Cənubi Qafqazla bağlı strateji planlarında Azərbaycanın dominant rolu şərtsiz qəbul edilir, çünki iqtisadi və hərbi qüdrətlə yanaşı, rəsmi Bakı çox yüksək siyasi iradə nümayiş etdirir. Etimad quruculuğu artıq yalnız qonşu dövlətlə münasibətlərin tənzimlənməsi məsələsi deyil, həm də regionun iqtisadi dirçəlişi və dayanıqlı inkişafı üçün mühüm şərtdir. ABŞ tərəfi isə normallaşma prosesində xarici müdaxilələrin və regiondankənar qüvvələrin təsir cəhdlərinin qarşısının alınması ilə bağlı Azərbaycanın mövqeyini anlayışla qarşılayır və dəstəkləyir.

Tarixi proseslərin inkişafı göstərir ki, Cənubi Qafqazın əlverişli coğrafi mövqeyindən irəli gələn üstünlüklərin real dividendlərə çevrilməsi, ilk növbədə, düşünülmüş və çevik xarici siyasətdən asılıdır. Azərbaycan qlobal güc mərkəzləri arasında rəqabətin kəskinləşdiyi bir şəraitdə balanslı mövqeyini qoruyaraq milli maraqlarına uyğun çoxvektorlu siyasət həyata keçirir. Vaşinqtonla qurulan bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər də bu yanaşmanın mühüm istiqamətlərindən biridir. ABŞ-nin 2026-cı ildə Cənubi Qafqaza diqqətinin artması fonunda Azərbaycanla siyasi dialoqun intensivləşməsi xüsusi əhəmiyyət daşıyır. Bakı ilə Vaşinqton arasında aparılan müzakirələr regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat-kommunikasiya əlaqələrinin gələcək inkişaf perspektivlərini əhatə edir. 

***

Sülh prosesinin dərinliyinə nüfuz etdikdə regionda mövcud olan siyasi asimmetriyanı görməmək qeyri-mümkündür. Rəsmi Bakı ən yüksək səviyyədə sülh, əməkdaşlıq, quruculuq təşəbbüsləri ilə çıxış etdiyi halda, İrəvan hökumətinin bəzən nümayiş etdirdiyi qərarsızlıq ümumi prosesi ləngitmək təhlükəsi yaradır. Məhz mövcud səbəbdən Vaşinqton kimi güc mərkəzlərinin sülh gündəliyinə qətiyyətli dəstəyi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan diplomatiyası mütəmadi olaraq beynəlxalq tərəfdaşları, o cümlədən Amerika rəsmilərini regiondakı reallıqlarla ətraflı məlumatlandırır, hər hansı revanşist meyllərin baş qaldırmasının qarşısını almaq üçün preventiv xəbərdarlıqlar edir. Telefon danışığı əsnasında səslənən fikirlər Cənubi Qafqazda güc balansının Azərbaycanın xeyrinə dəyişdiyini beynəlxalq dövlətlərin artıq dərk etdiyini sübutlayır. Ermənistan tərəfi yaranmış tarixi fürsəti rasional dəyərləndirməli, regiondan kənar oyunçuların alətinə çevrilməkdən imtina edərək yeganə doğru yol sayılan sülh müqaviləsini mütləq şəkildə imzalamalıdır. Rəsmi Bakının səbrli, ardıcıl, təmkinli gedişləri nəticəsində bölgədə heç kimin diktə edə bilməyəcəyi yeni arxitektura formalaşıb. 

Cənubi Qafqazın geosiyasi lövbərinə çevrilən Azərbaycan bölgədə mütərəqqi iqtisadi, tranzit, logistik mərkəz funksiyasını daşımaqla yanaşı, həm də əvəzsiz sülh platformasıdır. Regionda gedən hərbi-siyasi proseslərin təhlili açıq şəkildə göstərir ki, kənar qüvvələrin bölgəni qarışdırmaq, yeni münaqişə ocaqları yaratmaq cəhdləri məhz güclü Azərbaycan dövlətinin dəmir iradəsinə çırpılaraq darmadağın olur.

 Rəsmi Bakı Qafqazın sülh məkanına çevrilməsi üçün təkbaşına mübarizə apararaq beynəlxalq ictimaiyyətin, xüsusən də Vaşinqtonun dəstəyini qazanmağı bacarıb. ABŞ Dövlət katibinin ölkəmizin xarici işlər naziri ilə apardığı geniş formatlı müzakirələr həmin gerçəkliyin diplomatik dillə ifadəsidir. Amerika tərəfi yaxşı dərk edir ki, Ermənistanla yekun sülh müqaviləsinin imzalanması yalnız Qafqazın sabitliyi üçün vacib mərhələ sayılmır, eyni zamanda Mərkəzi Asiyadan başlayaraq Avropanın dərinliklərinə qədər uzanan nəhəng coğrafiyanın inkişaf tempini müəyyənləşdirəcək həlledici addımdır. 

Dünya siyasətində mərkəzdənqaçma meyllərinin gücləndiyi, beynəlxalq institutların böhran yaşadığı müasir dövrdə Azərbaycan-ABŞ tərəfdaşlığı möhkəm sütunlar üzərində dayanaraq qlobal təhlükəsizliyə unikal töhfə verir.  2025-ci il avqustun 8-də Vaşinqtonda təməli qoyulan strateji sənədlər hazırda Bakının nəhəng konfrans salonlarında, enerji platformalarında, texnologiya mərkəzlərində real layihələrə çevrilir. Sülhsevər siyasət, hərbi-iqtisadi qüdrət, mükəmməl diplomatik gedişlər rəsmi Bakını gələcəyin parlaq geosiyasi dövləti qismində formalaşdırır. 

Yusif ŞƏRİFZADƏ

 XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri