Icma.az
close
up
RU
Azərbaycan ailə hüququnun məqsədi uşağın maddi və sosial rifahını təmin etməkdir

Azərbaycan ailə hüququnun məqsədi uşağın maddi və sosial rifahını təmin etməkdir

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Təcrübədə belə hallar olur ki, cütlük rəsmi boşanmamış, lakin faktiki olaraq ayrı yaşayır. Qadın ata evinə qayıdır, kişi isə ailəni maddi olaraq təmin etmir. Bu halda qadın düşünür ki, rəsmi boşanma olmadığından aliment tələb etmək olmaz. Lakin bu yanlışdır.
Newscenter.az xəbər verir ki, bunları hüquqşünas Əli İbrahimov deyib. O bildirib ki, Ailə Məcəlləsinə əsasən, valideynlərlə uşaqlar arasında aliment münasibətlərinin yaranması boşanma faktından asılı deyil:
“Uşağın saxlanması üçün alimentin təyin edilməsi valideynlərin nikahda olub-olmamasından asılı olmayaraq mümkündür. Hətta valideynlər ümumiyyətlə nikahda olmamış olsalar belə, uşağın atalıq faktı müəyyən edildikdə aliment tələb etmək hüququ yaranır. Praktiki baxımdan alimentin tələb edilməsi üçün qadının məhkəməyə müraciət etməsi kifayətdir. Bu müraciət “Alimentin tutulması” adlı iddia ərizəsi və ya sadələşdirilmiş prosedur olan “Məhkəmə əmri verilməsi haqqında ərizə” formasında ola bilər. Sadələşdirilmiş prosedur yalnız alimentin Ailə Məcəlləsində nəzərdə tutulmuş nisbətdə, yəni bir uşaq üçün əməkhaqqının 1/4-i, iki uşaq üçün 1/3-i, üç və daha çox uşaq üçün 1/2-si həcmində təyin edilməsi nəzərdə tutulduqda tətbiq olunur. Bu təyin olunan məbləğ istənilən halda yalnız məhkəmə qərarı əsasında tutulur”.
Hüquqşünasın sözlərinə görə, qanunvericilikdə vacib bir məsələ də ondan ibarətdir ki, aliment iddiası irəli sürüldükdə məhkəmə yalnız ərizənin verildiyi tarixdən sonrakı dövr üçün aliment təyin edir:
“Lakin Ailə Məcəlləsinə əsasən, əgər qadın aliment almaq üçün dəfələrlə ataya müraciət etdiyini sübut edə bilirsə, aliment geriyə, yəni maksimum üç il müddətinə də tutulması mümkündür. Bunun üçün yazılı müraciətlər, mesajlar, şahid ifadələri və s. kimi sübutlar təqdim oluna bilər.
Beləliklə, ailə faktiki olaraq dağılmış olsa da, rəsmi boşanma olmasa da, qadının aliment tələb etmək hüququ tam şəkildə mövcuddur. Amma bu tələb yalnız hüquqi qüvvəyə malik məhkəmə qərarı ilə icra edilə bilər. Məhkəmə qərarı olmadan alimentin tutulması mümkün deyil və qanun buna yol vermir. Qanun yalnız iki yolu tanıyır, könüllü aliment müqaviləsi və məhkəmə qərarı. Atanın aliment ödəməkdən yayınması və ya könüllü razılığa gəlməməsi hallarının yeganə hüquqi həlli məhkəməyə müraciətdir.
Azərbaycan ailə hüququnun məqsədi uşağın maddi və sosial rifahını təmin etməkdir. Bu borc valideynlər arasında münasibətlərin necə olmasından asılı deyil. Dövlət hər bir uşağın minimum yaşayış tələbatının ödənməsini təmin etməyə çalışır və aliment institutunun hüquqi çərçivəsi buna xidmət edir. Buna görə də aliment tələbinin irəli sürülməsi üçün rəsmi boşanma gözləməyə və ya xüsusi bir prosedurdan keçməyə ehtiyac yoxdur. Qanun hər iki valideynin uşağın saxlanmasına görə məsuliyyət daşıdığını açıq şəkildə göstərir və atanın öz borcundan yayınmasına yol vermir”.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri