Palçıqlı kartof, isladılmış qoz: Ekspert alıcılara müraciət etdi
Icma.az, Olke.az saytına istinadən bildirir.
Bəs mövsümi meyvə və tərəvəzləri alarkən istehlakçılar nələrə diqqət yetirməlidir?
Ölkə.az xəbər verir ki, qida eksperti Asim Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, məhsul alarkən yalnız onun xarici görünüşünə deyil, ümumi vəziyyətinə də diqqət yetirmək lazımdır:
“Əzilmiş, çürümüş, kiflənmiş, ciddi zədələnmiş və pis qoxusu olan məhsulları almaq məsləhət deyil. Kartofun üzərində torpağın olması öz-özlüyündə onun təhlükəli olduğu anlamına gəlmir. Lakin məhsulun həddindən artıq palçıqlı olması keyfiyyətini qiymətləndirməyi çətinləşdirə bilər. Buna görə də istehlakçılar kartofu mümkün qədər görərək və seçərək almalı, çürümə, kif, yumşalma və digər zədələrə diqqət etməlidirlər”.
Ekspert qeyd edib ki, qoz və digər çərəzlərin su ilə isladılması məsələsində də diqqətli olmaq vacibdir:
“Əgər məhsulun çəkisini süni şəkildə artırmaq məqsədilə su ilə isladıldığını hiss ediriksə, onu almamalıyıq. Çünki nəmli mühit çərəzlərin saxlanma dayanıqlığına mənfi təsir göstərir və kiflənmə riskini artıra bilər. Buna görə də qoz və digər çərəzlərdə həddindən artıq nəmlik, yapışqanlıq, kif və pis qoxu kimi əlamətlərə diqqət edilməlidir. Meyvə və tərəvəzlərin satış zamanı su ilə isladılması isə ayrıca qiymətləndirilməlidir. Məhsulun üzərində su damcılarının olması avtomatik olaraq onun təhlükəli olduğunu göstərmir. Burada əsas məsələ istifadə olunan suyun təmizliyidir. Əgər meyvə və tərəvəzlə təmas edən su keyfiyyətsizdirsə, mikrobioloji çirklənmə mənbəyinə çevrilə bilər”.
Ekspert istehlakçılara məhsulları ev şəraitində düzgün təmizləməyi də tövsiyə edib:
“Meyvə və tərəvəzləri istehlak etməzdən əvvəl axar su altında yaxşı yumaq lazımdır. Bu zaman sabun, yuyucu vasitə və ya ağardıcı maddələrdən istifadə etmək olmaz. Bərk səthli məhsullar təmiz fırça ilə də təmizlənə bilər. Yuma prosesi məhsulun səthindəki mikroorqanizmlərin miqdarını azalda bilər, lakin onların tamamilə aradan qaldırılacağına zəmanət vermir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 02 Noyabr 2026 23:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















