Icma.az
close
up
RU
Pan Avropa enerji təchizatçısı

Pan Avropa enerji təchizatçısı

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənub Qaz Dəhlizinin genişləndirilməsi Azərbaycandan qaz alan dövlətlərin sırasını daha da genişləndirəcək

Martın 13-də Bakıda keçirilən XII Qlobal Bakı Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın regionda və qlobal miqyasda etibarlı enerji ölkəsi kimi durmadan nüfuzunun artdığını, xüsusən də qaz sahəsində yeni tərəfdaşların enerji ailəsinə daxil olduğunu xatırladıb. Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşaraq ona uzanan ümidləri yaxın dost kimi müsbət həll edir. Bu gün Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

Azərbaycanın müəllifi olduğu qaz alyansına 12 ölkə qoşulub

Ötən 19 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi etibarlı tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə isə yanacaq nəqli 12 milyard k.metr, 2024-cü ildə respublikamız xarici ölkələrə 25,2 milyard kubmetr həcmində qaz ixrac edib ki, onun 12,9 milyard kubmetri Avropa dövlətlərinin payına düşür.

Hazırda ölkəmiz Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya, Sloveniya, Xorvatiya, Şimali Makedoniya, Slovakiyaya qaz nəqlini təmin etməkdədir.

TAP kəmərinin ötürücülük gücü genişləndirilir

Mövcud proqnozlara görə, 2025-ci ildə ölkəmzin Avropa regionuna ixracı 14 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard. kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova, Avstriya, Moldovanın da qaz əldə etməsi planlaşdırılır.

Azərbaycanın qaz istehsalı həcmlərinin artması və yanacağa olan tələbatın yüksəlməsi Cənub Qaz Dəhlizinin ixrac infrastrukturunun da genişləndirilməsini labüd edir. Bu ehtiyaclar fonunda TAP kəmərinin ötürücülük potensialının genişləndirilməsi istiqamətində davamlı addımlar atılır.

“Şahdəniz”dən sonra “Abşeron” dövrü başlayır

Azərbaycanda qaz hasilatında əsas mənbə olan “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və təkcə bu mənbədən hazırda illik 16 milyard kub.metr qaz istehsal edilir. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl” və başqa strukturlar da ölkəmizin potensialının artmasında mühüm rol oynamaqdadır. Əsas perspektivli yataqlardan biri olan “Abşeron” yatağında da hasilatın həcmində əhəmiyyətli artımlar müşahidə edilməkdədir. 2024-cü ildə bu yataqdan 1,5 milyard kubmetrdən çox qaz hasil edilib ki, bu, əvvəlki illə nisbətdə 2 dəfəyə yaxın artım deməkdir. Yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları ehtimal edilir. Digər qiymətləndirmələr bu yatağın ehtiyatlarının 400 milyard kubmetrdən də çox olduğunu deməyə əsas verir. Bu isə təkcə, “Abşeron”un Aİ-yə ən azı 20-25 qaz nəqlində perspektiv mənbə olacağını təsdiqləyir. Yeri gəlmişkən, dünyanın ən nüfuzlu iqtisadi institutlarından biri olan “Fitch Ratings” bir müddət əvvəl açıqladığı hesabatda “Abşeron” qaz-kondensat yatağının “Şahdəniz-2”dən sonra Azərbaycanın ən böyük qaz mədəni olduğunu bildirib.

Digər türk dövlətlərinin TAP-a qoşulması reallaşır

Avropa İttifaqı Azərbaycanın liderliyi sayəsində bölgənin digər ölkələrini - Türkmənistan, Özbəkistan, Qazaxıstanın da Cənub Qaz Dəhlizinə qoşulmasını və bununla Xəzər mənbəyindən Avropaya illik 100 milyard kubmetrə yaxın qaz nəqlinin əldə olunmasına çalışır. Aİ Mərkəzi Asiya-Xəzər regionlarından çoxşaxəli qaz nəqli tranziti şəbəkəsi yaratmaq niyyətindədir. Mərkəzi Asiyanın ehtiyatlarının Avropa bazarına çatdırılması istisna deyil. Türkmənistan qazının Avropaya nəqli üçün Azərbaycanın müəllifi olduğu TAP kəməri və Cənubi Qaz Dəhlizi maşrutu mövcuddur və işləkdir. Qalır türkmən qazını bu dəhlizə cəlb edərək Avropaya çatdırmaq. Bunun üçün hüquqi mexanizm və beynəlxaql sazişlər olmalıdır. Artıq bu istiqamətdə də hüquqi-iqtisadi təminatlar yaradılır və bu beynəlxalq öhdəliyi isə ilk növbədə Azərbaycan və Türkiyə öz üzərinə götürüb. Ötən ay Bakıda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində imzalanan saziş çərçivəsində Türkmənistan qazının Gürcüstan ərazisi ilə Türkiyəyə tədarükü ilə bağlı əldə olunmuş razılaşmaya əsasən, Türkmənistan qazı Bakı-Tbilisi-Ərzurum-TANAP- vasitəsilə nəql olunacaq, gələcəkdə isə TAP-la Avropaya ixracı nəzədə tutulur.

ELBRUS CƏFƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 Mart 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see277

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see231

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see230

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see223

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see208

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see192

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see184

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see183

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see175

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see173

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see170

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see170

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see169

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see168

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see164

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see162

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see160

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see156

Oynayıram ya yox, millidə hər zaman vacib rolum olacaq Kriştiano Ronaldo

05 İyul 2026 23:00see152

Vladimir Putin və Donald Tramp arasında telefon danışığı olub

05 İyul 2026 02:32see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri