Azərbaycan arxeoloqlarının EAA nın 32 ci İllik Toplantısı çərçivəsində məruzələri dinlənilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 1 sentyabr AZƏRTAC
Yunanistanın paytaxtı Afina şəhərində Avropa Arxeoloqlar Assosiasiyasının (European Association of Archaeologists – EAA) 32-ci İllik Toplantısı keçirilib.
Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirdə bir sıra arxeoloji konfrans bölmələri təşkil olunub.
Toplantı çərçivəsində Koreyanın Seul Universitetinin professoru Kim Jong-İl və AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənovun həmtəşkilatçılığı ilə “Cənubi Qafqaz bölgəsində siyasi gücün artması və şəhərləşmə” adlı elmi bölmə keçirilib. Tədbirdə Azərbaycanın, İsveçrənin, Almaniyanın, Böyük Britaniyanın və Koreya Respublikasının müxtəlif universitet və elmi-tədqiqat institutlarının arxeoloqları məruzələrlə çıxış ediblər. Bölmədə regionun arxeoloji irsi, siyasi prosesləri və şəhərləşmə məsələləri beynəlxalq elmi platformada kompleks şəkildə müzakirə olunub.
Bölmədə Zaur Həsənov, Kim Jong-İl və isveçrəli arxeoloq, doktor Gino Casparinin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan-Koreya-İsveçrə arxeoloji ekspedisiyasının 2022–2025-ci illərdə “Yedditəpə-Füzuli” Dəmir dövrü kurqanlar abidəsində apardığı tədqiqatların nəticələri təqdim olunub. Həmçinin aparıcı elmi işçi dosent Şamil Nəcəfov və Almaniyanın Vürzburq Universitetinin professoru Martin Qruberin rəhbərlik etdiyi Azərbaycan-Almaniya arxeoloji ekspedisiyasının 2025–2026-cı illərdə Ağstafa rayonundakı Son Tunc və Dəmir dövrlərinə aid Ağalıqtəpə yaşayış yerində apardığı arxeoloji tədqiqatların nəticələri dinlənilib. Bundan başqa, Kim Jong-İl və AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminlinin rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycan-Koreya arxeoloji ekspedisiyasının Qəbələdə yerləşən Antik və Orta əsrlər dövrlərinə aid Səlbir abidəsində apardığı tədqiqatların nəticələri təqdim edilib.
Bölmədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Nərmin Məmmədli “Kiş-Doxun və Təpəbaşı abidələrində dəfn adətləri” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan-Qazaxıstan arxeoloji ekspedisiyası çərçivəsində apardığı tədqiqatların nəticələrini təqdim edib. Kembric Universitetinin doktorantı Jinoh Kim isə Qafqaz Albaniyasında şəhər mərkəzlərinin formalaşması məsələsinə dair məruzə ilə çıxış edib. Bölmədə, həmçinin xarici arxeoloqların Cənubi Qafqazın arxeologiyasına dair 6 məruzəsi dinlənilib.
Assosiasiyanın 32-ci İllik Toplantısında Azərbaycan arxeoloqlarının iştirakı ölkənin arxeoloji irsinin və elmi tədqiqatlarının beynəlxalq elmi ictimaiyyətə təqdim olunması, eləcə də yeni əməkdaşlıqların qurulması baxımından mühüm əhəmiyyət daşıyıb. Tədbirdə maddi mədəniyyət, interdisiplinar tədqiqatlar, mədəni irsin qorunması, mobillik və Cənubi Qafqazın arxeoloji prosesləri ilə bağlı aktual məsələlər müzakirə olunub.
Müxbir - Tünzalə Arazlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 01 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















