Icma.az
close
up
RU
“Azərbaycan Atabəyləri” tənqid edildi: “Dosttanışlar toplaşıblar, deyiblər, aktyorluğu bacarırıq, film çəkək...”

“Azərbaycan Atabəyləri” tənqid edildi: “Dosttanışlar toplaşıblar, deyiblər, aktyorluğu bacarırıq, film çəkək...”

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Atabəyləri” bədii filmi ətrafında müzakirələr davam edir. 

Hüquqşünas Əkrəm Həsənov filmin baş prodüseri və ssenari müəlliflərindən biri, filmdə Qara Sunqur rolunu canlandıran İlqar Mehtinin Pravda.az-a verdiyi açıqlama ilə bağlı iradlarını bildirib. 

Hüquqşünas deyib ki, “Azərbaycan Atabəyləri” filmində rol alan baş prodüsserin özü də peşəkar aktyor deyil: “O, iqtisadçıdır. İndi onsuz da kim istəyirsə, ssenari yazır. Belə başa düşdüm ki, dost-tanışlar toplaşıblar, deyiblər ki, biz də aktyorluğu bacarırıq, gəlin film çəkək. Buna görə də filmin bədii tərəfi, aktyor işi bərbaddır. Hər halda tarixi filmlərə baxmışıq. Baş prodüser heç sahənin adamı deyil, amma baş rollardan birini oynayır. Özü də pis oynayır. Mən də uşaq vaxtı aktyor olmaq istəmişəm, yaxşı ki, olmamışam. Hərə gərək öz işi ilə məşğul olsun. İlqar Mehti müsahibəsində deyib ki, filmə ayrılan vəsait az olub. Bu fikri ilə razıyam. Pul az olubsa, bacarmırsınızsa, çəkməyin də, niyə özünüzü biabır edirsiniz? Pul yoxdur, yoxdur də”. 

Ə.Həsənov İ.Mehtinin “Eldənizlə Qara Sunqurun birgə hərəkət etməsi tarixə yeni baxışdır” sözlərinə də sərt iradını bildirib: “Necə yəni tarixə yeni baxışdır? Tarixə yeni baxış ola bilər, amma  faktlar əsasında. Bəli, faktlar var. Siz isə o faktları başqa cür izah edirsiniz. Belə fakt yoxdur axı, bunları kim yazıb? Eldənizlə Qara Sunqur arasında birgə fəaliyyət, bəlkə də, olub. Haradan bilirik? Tarixdə bir qaynaq göstərsinlər. Oturub özlərindən uydurublar. Şəmsəddin Eldəniz sanki Qara Sunqurun varisidir. Belə olmayıb. Qara Sunqurun varisi tamamilə başqa adam olub. Ziya Bünyadovun "Azərbaycan Atabəylər dövləti" kitabı bu sahədə yeganə elmi mənbədir. Ziya Bünyadov da yazıb ki, bu sahədə mənbələrdə qıtlıq var. İlqar Mehti 3 tarixçinin adını çəkir. Biri Heydər Əliyev Mərkəzinin şöbə müdiridir.  Onun belə işlərlə məşğul olmağa nə vaxt vaxtı olur? O adamın hansı tarixi əsərləri var? Digəri AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktorudur, məmurdur. Onun da bioqrafiyasına baxdım, tarixin bu dönəminə aid heç bir əsərini görmədim. İlqar Mehti Əkbər Nəcəfin bu sahədə mütəxəssis olduğunu deyir. Bioqrafiyasına baxdım. Bu adamın mütəxəssis olmadığı sahə yoxdur ki. Nə qədər əsəri, kitabı var. "Qaraxanlılar dövləti", "Şah İsmayıl külliyatı", "İnanc yaddaşı: köklər və tarixlər" və s. Hunlar, Sacilər haqqında da yazıb. Qara Yusif, Ağa Məhəmməd şah Qacar, Uzun Həsən, Nəsrəddin Tusi, partiya haqqında da kitabı var, eyni zamanda Atabəylər haqqında... Belə ixtisaslaşma olmur axı. Bu adam tarixin müxtəlif yönlərindən nə vaxt vaxt tapıb "dərin" araşdırma aparıb? Ziya Bünyadov ən böyük tarixçimiz, akademikimiz olub. Onun belə tarixin müxtəlif dönəmləri haqqında kitabı yoxdur. Sara Aşurbəyli, İlqar Əliyev, Fəridə Məmmədova kimi tarixçilərimiz olub. Bilirik, tarixçi olmaq nə deməkdir. Sən tarixçisənsə, tarixin bütün dövrlərindən müxtəlif kitablar yazmısansa, deməli, hamısını dərindən araşdırmalısan, xarici dilləri bilməlisən. Şəmsəddin Eldənizlə Qara Sunqur arasında ittifaq olmasına dair mənbə göstərsinlər. Biri göstərsin ki, Qara Sunqur guya vahid dövlət yaratmağa çalışıb. Bu filmdə isə göstərilir. Ziya Bünyadov bunun əksini yazır. Məktəblərdəki tarix dərsliklərimiz də Biləcəridən o tərəfə keçmir. Tarix kitablarımızı oxusalar, bizə gülərlər. Hər şeyi bir yerə vururuq. Tarix heç vaxt birmənalı olmur. Bu gün Azərbaycanda normal tarixçilər yoxdur, çünki heç kim öz işi ilə məşğul olmur”. 

Aytəkin Qardaşova 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Dekabr 2024 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see115

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri