Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycan Avropa İttifaqı iqtisadi tərəfdaşlığı yeni mərhələdə

Azərbaycan Avropa İttifaqı iqtisadi tərəfdaşlığı yeni mərhələdə

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Tərəflər yeni layihələrin maliyyələşdirilməsinə dair saziş imzalayacaq

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlər davamlı olaraq inkişaf etməkdədir. 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edən ölkəmiz çoxtərəfli platformalarda regional inkişafa öz töhfəsini verib, qətiyyətli  islahatlar yürüdərək iqtisadi inkişaf layihələrini və demokratik proqramları gerçəkləşdirib. Son illərdə Avropa Qonşuluq Siyasətinin yeniləşdirilməsindən sonra Azərbaycan Aİ ilə yeni Tərəfdaşlıq Prioritetləri sənədini qəbul edib. Tərəfdaşlığın gündəliyinə iqtisadi inkişaf və bazar imkanlarının gücləndirilməsi, nəqliyyat və logistika bağlantıları, enerji sahəsində səmərəli əməkdaşlıq, ətraf mühit və digər mühüm məqsədləri əks etdirir.

Aİ minatəmizləmə sahəsində ölkəmizə dəstək verəcək

Avropa İttifaqının (Aİ) Genişlənmə və Şərq Qonşuluğu üzrə komissarı, xanım Marta Kosun Azərbaycana səfəri iqtisadi sahədə bir çox imkanları genişləndirmək baxımından əhəmiyyətli hesab edilə bilər. Xanım Kosun Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə ikitərəfli əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri haqqında səmərəli məsləhətləşmələr aparılıb. Avropa İttifaqının Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olduğu və qarşılıqlı iqtisadi münasibətlərin inkişafı məmnunluqla vurğulanıb. Aİ ilə Azərbaycan arasında enerji və investisiyalar sahəsində uğurlu əlaqələrin irəlilədiyi, yeni layihələrin bu tempi daha da inkişaf etdirəcəyinə toxunulub. Marta Kos müsbət dinamikanın müşahidə olunduğu nəqliyyat sahəsində mövcud potensialların əlaqələndirilməsi və əlavə qarşılıqlı təşviqlərin tətbiqinin vacibliyinə diqqət çəkib. Eyni zamanda, Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyyələşdirmə sazişinin layihəsi ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Aİ-nin yeni qlobal əlaqələndirmə strategiyası olan “Global Gateway” təşəbbüsü çərçivəsində enerji, rəqəmsal iqtisadiyyat, nəqliyyat, özəl sektor və digər sahələrdə investisiya təşəbbüslərini müzakirə edib.

Pan-Avropa enerji təchizatçısı

Azərbaycan Pan-Avropa klubunun üzvü kimi bu region dövlətlərinin enerji təhülkəsizliyində ən etibarlı tərəfdaşdır. Ötən 20 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısı kimi mühüm tərəfdaşa çevrilmiş respublikamız 2020-ci ilin dekabr ayının son günündə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Transadriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının qaz bazarına daxil olub. 2021-ci ildə Azərbaycan Avropa regionuna 8 milyard kubmetr, 2022-ci ildə 11 milyard kubmetrdən çox qaz ixrac edib. 2023-cü ildə yanacaq nəqli 12 milyard kubmetr, 2024-cü ildə respublikamız xarici ölkələrə 25,2 milyard kubmetr həcmində qaz ixrac edib ki, onun 13 milyard kubmetri Avropa dövlətlərinin payına düşür.  Hazırda ölkəmiz  12 ölkəyə qaz ixrac edir ki, 10-u Avropa dövlətidir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır.

Mövcud proqnozlara görə, 2025-ci ildə ölkəmzin Avropa regionuna ixracı 14 milyard kubmetrə çata bilər. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Bu isə digər ölkələrə də qaz nəqlini təmin edə biləcək. “Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na əsasən, 2027-ci illərdə ölkəmizin Avropaya qaz nəqli 20 milyard kubmetrədək artırılacaq. Bu rəqəmlər və proqnozlar Azərbaycanın qaz potensialını da artırmış olacaq və qaz təchizatının coğrafiyasının qarşıdakı illərdə daha da genişlənməsinə imkan verəcək. Növbəti illərdə Moldova və Avstriya da qaz əldə etməsi planlaşdırılır.

Xarici ticarət dövriyyəsində Aİ-nin payı 42 faizi ötür

Avropa İttifaqı ölkələri Azərbaycanın xarici ticarət partnyorlarının sırasında da mühüm yerə və mövqeyə malikdir. Qitə dövlətləri ilə son 4-5 ildə xarici ticarət dövriyyəsinin həcmi artan dinamika ilə irəliləyir. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 28,2 milyard dollara bərabər olub ki, onun 42,2 faizi və ya 12 milyard dolları Aİ ölkələrinin payına düşür. İtaliya Aİ qrupunda ticarət partnyorları sırasında ilk yeri tutur, sonrakı əsas idxal-ixrac partyorlarımızdan Almaniya, Çexiya, Bolqarıstan, Xorvatiya, Macarıstan, Yunanıstan, Rumıniya, İsveçrə, Portuqaliya və Avstriya dayanır.

Yeni hədəf - Avropaya “yaşıl enerji” ixracı

Hazırda Azərbaycan Aİ ilə ticarət dövriyyəsinin daha da artırıması üçün çoxşaxəli ixrac xəritəsi üzərində işləyir və gələcək dövrdə əməkdaşlıqda qeyri-neft məhsullarının ixracının artırılması hədəflənib. Eyni zamanda, bərpaolunan enerji mənbələrinin ixracının təmin edilməsi nəzərdə tutulur. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji tərəfdaşlığının yeni mərhələdə inkişafı məqsədilə yaradılan yüksək səviyyəli enerji dialoqu da bu prioritetləri əks etdirir. 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in tələblərinə əsasən, dörd ölkənin - Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniyanın iştirakı ilə daha geniş format yaradılıb. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və ya “Qara dəniz kabeli” adlanan layihə Azərbaycanın külək və günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin Avropaya nəqlini nəzərdə tutur. “Həmrəylik halqası” marşrutu sxeminə əsasən, Xəzər-Aİ “yaşıl enerji” dəhlizi Avropaya təhlükəsiz və etibarlı mənbədən bərpaolunan enerji resurslarını nəql etməklə, Azərbaycanın ixracının şaxələnməsini təmin edəcək.

Uzunmüddətli əməkdaşlıq...

Aİ Azərbaycanda qadın sahibkarlığın inkişafına da dərin töhfələr vermək niyyətindədir. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki, Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdə əməkdaşlıq və birgə layihələrin icrası da müzakirə olunub. Qarşı tərəf ölkəmizdə qadın sahibkarlığın iqtisadi potensialının gücləndirilməsi və beynəlxalq əməkdaşlıqda önə çıxarılması üçün dəstək verəcəyini bəyan edib. Həmçinin, Avropa ölkələri və BMT çərçivəsində qadınların iqtisadi gücləndirilməsi, miqrasiya edən qadınların dəstəklənməsi və layihələrdə iştirakı məsələləri də diqqət mərkəzindədir. Məqsəd Azərbaycan qadınının dünyada aktiv biznes təmsilçisi olmasını nümayiş etdirməkdir. Aİ, həmçinin ölkəmizin qadın biznes icmasının müasir modelləri mənimsəməsi, rəqəmsal biliklərə yiyələnməsi, evdən idarə olunan biznes modellərinə uyğunlaşması, süni texnologiyaların tətbiqində fəallığının artırılması, startaplara cəlb edilməsi istiqamətində də təşviqedici addımlar atacaq. Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos ilə keçiriləcən görüşdə qadın sahibkarlığın inkişafına yönələn üçillik strateji planı təqdim edilib ki, bu da yuxarıda vurğulanan prioritetlərə çatmaqda hüquqi-maliyyə çərçivəsini təmin edəcək.

ELBRUS  CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Sentyabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri