Icma.az
close
up
RU
Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra edərsə, bu, AŞ PA ya qayıtmağımız üçün ciddi addım olacaq

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını icra edərsə, bu, AŞ PA ya qayıtmağımız üçün ciddi addım olacaq

Icma.az bildirir, Gununsesi portalına istinadən.

2026-cı ilin ilk ayında Avropa Şurasının Parlament Assambelyası üzv ölkələrin nümayəndə heyətlərini növbəti 1 il üçün təsdiq edəcək.

Ölkəmizin  parlament qrupunun 2 ildir ki, bu qurumdan kənarlaşdırılması ötən müddəti  AŞ PA ilə Azərbaycan arasında  ciddi gərginliklə müşahidə olundu.

Ancaq bugünlərdə AŞ-ın İşgəncələr Əleyhinə Komitəsinin üzvlərinin ölkəmizə buraxılması Azərbaycanın münasibətləri qaydaya salmaq üçün  jesti kimi qiymətləndirilib.

Bununla belə ölkəmizin AŞ PA-ya yenidən qayıtması üçün vacib olunan daha bir məsələ açıq qalır.

Bu, Avropa Məhkəməsinin qərarlarının icrasının iki ildir ki, dayandırılmasıdır.

Avropa İnsan Hüquqları Məhkəməsi ilə çalışan vəkil Cavad Cavadov Gununsesi.info-ya açıqlamasında bu barədə danışıb.

“Bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikasının nümayəndə heyətinin səlahiyyətləri 25 yanvar 2024-cü il tarixində dayandırılmışdır. Qərarda bu addımın əsaslandırılması zamanı ölkədə insan hüquqları ilə bağlı vəziyyətə istinad edilmiş, eyni zamanda, guya Azərbaycanın ermənilərə qarşı hərəkətləri barədə əsassız iddialar səsləndirilmişdir.
Bu qərar mahiyyət etibarilə obyektivlik və bərabər yanaşma prinsiplərinə zidd olmuşdur. Çünki insan hüquqları ilə bağlı problemlər ölkəmizdə həmişə olubdur. Lakin AŞPA-nın qərarlarında heç vaxt belə sərt addımlara səbəb olmamışdır. Deməli, Azərbaycanla bağlı qəbul edilmiş qərar siyasi motivli və selektiv yanaşmanın nəticəsidir”.

Cavad Cavadovun sözlərinə görə, 2024-cü ilin əvvəlində qəbul edilmiş bu qərardan sonra regionda və beynəlxalq müstəvidə mühüm dəyişikliklər baş verib: “Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması prosesi Cənubi Qafqazda yeni reallıq yaradıb və münaqişə sonrası münasibətlərin normallaşmasına real zəmin formalaşdırıb.  Həmçinin, İşgəncələr Əleyhinə Avropa Komitəsinin (CPT) nümayəndələrinin Azərbaycana səfərlərinin bərpası ölkənin Avropa strukturları ilə dialoq və əməkdaşlığa açıq olduğunu göstərir. İki ilə yaxındır ki, Avropa Məhkəməsi qərarlarını icra etməməsi beynəlxalq müstəvidə ölkəmizin tənqidinə səbəb olmuşdur. Düşünürəm ki, qərarların həm kompensasiya hisəssində icrası və digər məsələlərdə implementasiyası bərpa olunmalıdır. Bu addım AŞ PA-ya qayıtmağımız üçün ciddi addım olardı.
Onu da qeyd edim ki, açıq görünür ki, Azərbaycan tərəfi Avropa Şurası ailəsində qalmaqda və qarşılıqlı əməkdaşlığı davam etdirməkdə maraqlıdır.
Bunun üçün həm AŞPA-nın, həm də Azərbaycanın qarşılıqlı addımlar atması, qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipi əsasında yeni səhifə açması zəruridir. Təbii ki, burada həbsdə olan fəallar və jurnalistlərin azadlığa buraxılması da vacib məsələdir”. 

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Oktyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri