Icma.az
close
up
RU
Azərbaycan Avropa Şurası gərginliyi ŞVABENİN TƏNQİDİNƏ YAP dan REAKSİYA

Azərbaycan Avropa Şurası gərginliyi ŞVABENİN TƏNQİDİNƏ YAP dan REAKSİYA

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan deputatı Frank   Şvabe Azərbaycanı növbəti dəfə tənqid edib.

Gununsesi.info-nun xəbərinə görə, almaniyalı deputat Azərbaycanın deputat qrupunun AŞ PA-da mandatının təsdiq edilməməsini haqlı qərar kimi qiymətləndirib.

O, bu fikirlərini onunla əsaslandırıb ki, Azərbaycan AŞ PA həmməruzəçilərini ölkəyə buraxmır, seçkilərdə müşahidəyə dəvət etmir, qurum qarşısında üzərində götürdüyü öhdəliklərdən açıq-aşkar imtina edir.

Şvabe, həmçinin ölkədə çoxsaylı siyasi məhbuslara da diqqət çəkərək, hökumətin onları azad etməli olduğunu vurğulayıb.

Milli Məclisin üzvü Naqif Həmzəyev isə Gununsesi.info-ya deyir ki, Şvabenin söylədikləri həqiqəti əks etdirmir: “Azərbaycan Avropa Şurasının üzvü olduqdan sonra qarşılıqlı fəaliyyət nəticəsində səmərəli işlər həyata keçirilib. Mən yaxşı xatırlayıram ki, nəinki ölkənin sərhədləri, hətta həbsxanaların qapıları daima AŞ PA rəsmilərinin üzünə açıq olub. Dəfələrlə ölkəmizə səfər ediblər, istədikləri adamlarla görüşüblər. Ancaq sonradan gedib balanslı olmayan, birtərəfli məlumatlara əsaslanan hesabatlar yazıblar. Bu da təbii ki, Azərbaycan tərəfində haqlı narazılıq yaradır”.

Naqif Həmzəyev deyir ki, bizim AŞ PA  ilə münasibətlərin gərginliyində səbəb bu qurumun özüdür: “AŞ PA rəsmiləri artıq etiket qaydalarını pozurlar. Onların bəyanatları heç bir diplomatik çərçivəyə sığmır. Azərbaycan prezidenti, xarici işlər naziri dəfələrlə Avropa Şurasının baş katibi ilə görüşüb. Bu görüşlərdə bütün gərginlik müzakirə edilib. Ancaq bu görüşlərin ardınca, AŞPA rəsmiləri qurumun baş katibinin də mövqeyinə zidd açıqlamalarla gündəmə gəlib. Azərbaycan Avropa Şurasının üzvüdür və bu qurumla münasibətlərdə biz səmimiyik. AŞ PA səmimi olmalı, konstruktiv dialoq üçün mövqe sərgiləməlidir”. 

Günay Mahirqızı

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 25 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri