Süni intellekt peşələrin formasını dəyişəcək Nazir müavini
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək.
Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov “Milli Məşğulluq Forumu”nda deyib.
Nazir müavini bildirib ki, rəqəmsallaşma əmək bazarının tələblərini sürətlə dəyişir. Bu baxımdan əsas məqsəd insanları texnologiya ilə rəqabətə deyil, onunla birlikdə işləməyə hazırlamaqdır:
“Süni intellekt bəzi təkrarlanan işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək. Burada əsas məqsəd insanları texnologiya ilə rəqabətə yönləndirmək deyil, texnologiya ilə birlikdə işləməyə sövq etməkdir”.
C.Qurbanov Azərbaycanın rəqəmsal məhsul və xidmətlər yaradan, beynəlxalq bazarlarda rəqabət aparan ölkə kimi inkişafının hədəfləndiyini vurğulayıb:
“Burada əsas vəzifəmiz vətəndaşların yaradılan imkanlardan istifadəsinə imkan yaratmaqdır. Gəncləri əmək bazarına uyğun hazırlamaq da növbəti hədəflərimizdəndir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 16 Noyabr 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















