Netanyahuya qarşı ağır ittiham: Polis və kəşfiyyatdan istifadə edib
Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail mediası müvəqqəti Baş nazir Benyamin Netanyahunun 27 oktyabr seçkilərindən sonra seçkilərin saxtalaşdırıldığını sübut etmək məqsədilə daxili kəşfiyyat xidməti Şin Bet (Şabak) və polisdən istifadə edərək plan qurduğu iddiaları ilə bağlı araşdırma aparıldığını bildirib.
Turkustan.az xəbər verir ki, iddialara görə, bu plan İsrail vətəndaşlarını təmsil edən partiyaların yüksək seçici fəallığını şübhə altına almağa yönəlib.
İsrailin 12-ci Kanal televiziyasının məlumatına görə, seçki günü Raam Partiyasının fəallarının həbsi Netanyahuya yaxın şəxslər tərəfindən əvvəlcədən planlaşdırılıb. "Seçki pozuntuları" ilə bağlı iddialar isə yalnız səsvermə günü gündəmə gətirilib.
Məlumata əsasən, İsrail polisi və Şin Bet Netanyahunun siyasi maraqlarına xidmət etmək üçün birgə hərəkət edib.
İddia olunur ki, seçkilər ərəfəsində Netanyahunun aparat rəhbəri İdo Norden Raam Partiyasının fəalları ilə bağlı Təhlükəsizlik Baş İdarəsinə şikayət edib. O, həmçinin həmin şəxsləri əvvəllər Netanyahu administrasiyasında çalışmış bir mənbəyə kəşfiyyat məlumatları ötürməyə yönləndirib.
Polis sisteminə ötürülən saxta kəşfiyyat məlumatları əsasında qurulan plan nəticəsində seçki günü azı 14 polis əməkdaşı axtarış və ya həbs orderləri olmadan Raam Partiyasının üç fəalının evinə basqın edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 16 Noyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















