Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Azərbaycan Avropanın Asiyaya baş qapısıdır

Azərbaycan Avropanın Asiyaya baş qapısıdır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bu gün nəqliyyat marşrutları yalnız yük axınlarının hərəkət etdiyi xətlər deyil, həm də siyasi əlaqələrin möhkəmləndirilməsi, iqtisadi asılılıqların formalaşdırılması və strateji tərəfdaşlıqların inkişaf etdirilməsi vasitəsidir. Ona görə qlobal güc balansının dəyişdiyi, geosiyasi rəqabətin artdığı, regional münaqişələrin və ticarət yolları ətrafında qeyri-müəyyənliyin gücləndiyi bir şəraitdə alternativ nəqliyyat dəhlizlərinin əhəmiyyəti də artır. Bu baxımdan, Orta Dəhliz yalnız Asiya ilə Avropa arasında yeni nəqliyyat xətti deyil, həm də Avrasiyada formalaşan geoiqtisadi və geosiyasi reallığın mühüm elementidir.

Böyük Kəsik: kiçik addımın strateji önəmi

Orta Dəhlizin inkişafında Azərbaycan–Gürcüstan əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Böyük Kəsik dəmir yolu stansiyasında həyata keçirilən dəyişikliklərə yalnız texniki yenilik kimi baxmaq olmaz. Bu addım regionda yeni nəqliyyat reallıqlarının formalaşmasına və Orta Dəhlizin daha güclü mövqeyə sahib olmasına xidmət edir.

İkitərəfli görüş zamanı qəbul edilən qərara əsasən, Azərbaycan Dəmir Yollarına məxsus elektrik lokomotivləri Böyük Kəsik–Tbilisi–Böyük Kəsik marşrutu üzrə qatar tərkibindən ayrılmadan hərəkət edəcək. Bu dəyişiklik, ilk növbədə, yük daşımalarının sürətini artıracaq, sərhəddə gözləmə vaxtını azaldacaq və Orta Dəhlizin daha çevik nəqliyyat xətti kimi fəaliyyət göstərməsinə imkan verəcək.

Digər mühüm məsələ vaqonlara texniki baxış proseslərinin sadələşdirilməsidir. Əvvəllər hər iki tərəfdə aparılan təkrar yoxlamaların aradan qaldırılması sərhəd keçidlərinin daha sürətli təşkilinə və yük qatarlarının hərəkətinin optimallaşdırılmasına şərait yaradacaq. İlk baxışdan texniki xarakter daşıyan bu qərarın, əslində, daha geniş siyasi və strateji əhəmiyyəti var. Orta Dəhlizin uğuru təkcə dəmir yolları və limanlarla deyil, həm də ölkələr arasında koordinasiya, etibar və əməkdaşlıq səviyyəsinə təsir edir.

Böyük Kəsikdəki dəyişiklik göstərir ki, Orta Dəhlizin inkişafı yalnız infrastruktur layihələrindən ibarət deyil. Bəzən kiçik texniki addımlar da, bütövlükdə, regional nəqliyyat sisteminin güclənməsinə təsir göstərir. Bu baxımdan, Böyük Kəsikdə tətbiq olunan yeni mexanizm, sadəcə, sərhəd prosedurlarının təkmilləşdirilməsi deyil. Bu, Azərbaycanın Avrasiya nəqliyyat xəritəsində artan rolunu və Orta Dəhlizin dəyişən dünya nizamında mühüm bağlantı platformasına çevrilməsi prosesində fəal iştirakını göstərən konkret nümunədir.

İnfrastrukturdan geosiyasətə

Orta Dəhlizin inkişafında Azərbaycanın əsas üstünlüyü ondan ibarətdir ki, Bakı bu layihəyə yalnız tranzit gəlirləri baxımından yanaşmır. Bakı üçün bu marşrut həm də regional təsir imkanlarını artıran, ölkənin beynəlxalq iqtisadi və siyasi mövqeyini gücləndirən strateji layihədir.

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi bu siyasətin ən mühüm nümunələrindən biridir. Layihənin mühüm hissəsinin Azərbaycan tərəfindən maliyyələşdirilməsi göstərir ki, Bakı yalnız milli sərhədlər daxilində deyil, regional nəqliyyat sisteminin, bütövlükdə, inkişafında maraqlıdır. Bu yanaşmanın nəticəsidir ki, Bakı–Tbilisi–Qars xəttinin yükdaşıma qabiliyyəti ildə 1 milyon tondan 5 milyon tona yüksəlib. Bu isə Orta Dəhlizin artan yük axınlarını qəbul etmək imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Dünya Bankının məlumatına görə, “Orta Dəhliz” üzrə əsas infrastruktur layihələrinin dəyəri, təxminən, 25 milyard dollardır və layihələrin böyük hissəsi artıq icra mərhələsindədir.

Ələt limanı və Anakliya

Orta Dəhlizin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri də Xəzər və Qara dəniz sahillərində formalaşan yeni logistika infrastrukturu sistemidir. Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın bu strategiyasının əsas dayaqlarından biridir. Bu limanın genişləndirilməsi ilə onun yük dövriyyəsinin 25 milyon tona, konteyner imkanlarının isə 500 min TEU-ya çatdırılması planlaşdırılır. Liman yalnız yükdaşıma mərkəzi deyil, həm də Xəzər hövzəsində Şərq–Qərb nəqliyyat bağlantısının əsas qovşağıdır.

Ələt Azad İqtisadi Zonası ilə birlikdə bu layihə Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirir. Gələcəkdə yük hava limanının yaradılması isə nəqliyyat imkanlarını daha da genişləndirərək multimodal daşımaların inkişafına şərait yaradacaq.

Bu zəncirin digər mühüm halqası Gürcüstanda inşa olunan Anakliya dərin dəniz limanıdır. Anakliya limanı artıq yalnız Gürcüstanın iqtisadi layihəsi kimi deyil, Orta Dəhlizin Qara dəniz çıxışını gücləndirən strateji infrastrukturdur. Layihəyə Mərkəzi Asiya ölkələri, Yaxın Şərq dövlətləri və Avropa tərəfindən göstərilən maraq onun regional əhəmiyyətini artırır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Anakliya limanı geniş beynəlxalq maraq doğurur və əsas məqsəd 2029-cu ilədək onun birinci mərhələsini tamamlayaraq ilk gəmiləri qəbul etməkdir. Anakliya layihəsi göstərir ki, Orta Dəhliz yalnız dəmir yollarından ibarət deyil. Bu, Xəzərdən Qara dənizə, oradan isə Avropa bazarlarına uzanan bütöv geoiqtisadi sistemdir. Həm də hər iki ölkənin geosiyasi rolunu artıran layihələrdir. Onların regionda söz sahibi olmasına, siyasi gücünün artmasına xidmət edir.

Ekspert rəyi
Mahir ZEYNALOV

Orta Dəhlizin əsas məqsədi yalnız nəqliyyat imkanlarını genişləndirmək deyil, həm də Avrasiya məkanında daha çevik, etibarlı və çoxşaxəli logistika sistemi formalaşdırmaqdır. Bu yanaşma region ölkələri arasında iqtisadi qarşılıqlı asılılığı gücləndirir, eyni zamanda, qlobal ticarət zəncirlərində yeni imkanların yaranmasına şərait yaradır.

Müasir dünyada dövlətlərin rəqabət qabiliyyəti yalnız iqtisadi göstəricilər və hərbi potensialla müəyyən olunmur. Ölkələrin beynəlxalq sistemdəki mövqeyi getdikcə daha çox onların qlobal logistika şəbəkələrində tutduğu yer, strateji nəqliyyat bağlantılarına malik olması və ticarət axınlarının təhlükəsizliyini təmin etmək imkanları ilə ölçülür.

Bu baxımdan gələcəkdə əsas üstünlüklərdən biri nəqliyyat və logistika mərkəzinə çevrilə bilən ölkələrin əlində olacaq. Çünki qlobal iqtisadiyyatın dayanıqlılığı yalnız istehsal imkanlarından deyil, həm də məhsulların təhlükəsiz, sürətli və fasiləsiz şəkildə bazarlara çatdırılmasından asılıdır. Məhz buna görə nəqliyyat dəhlizləri dövlətlərin iqtisadi imkanlarını artırmaqla yanaşı, onların siyasi çəkisini gücləndirən strateji vasitəyə çevrilir. Orta Dəhliz bu baxımdan yalnız Şərqlə Qərbi birləşdirən nəqliyyat xətti deyil. Bu marşrut Avrasiyada yeni əməkdaşlıq formatlarının, regional bağlantıların və geosiyasi balansların formalaşmasına təsir edən mühüm platformadır.

Bu gün Orta Dəhlizin əhəmiyyəti təkcə yüklərin daşınması ilə məhdudlaşmır. Onun əsas strateji mahiyyəti ölkələr arasında yeni iqtisadi əlaqələrin qurulması, qarşılıqlı asılılığın artırılması və iştirakçı dövlətlərin beynəlxalq sistemdəki mövqelərinin möhkəmləndirilməsidir. Başqa sözlə, Orta Dəhliz dəyişən dünya nizamında Avrasiyanın yeni bağlantı modelinə çevrilir. Onun uğuru ayrı-ayrı layihələrin deyil, vahid strateji baxışın nəticəsidir.

Ümumiyyətlə, Böyük Kəsikdə sərhəd prosedurlarının optimallaşdırılması, Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirilməsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının inkişafı, sərhəd keçidlərinin rəqəmsallaşdırılması və Gürcüstanda Anakliya dərin dəniz limanının inşası bir-birini tamamlayan vahid geosiyasi xətt formalaşdırır.

Ə.PÜNHAN
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri