Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Futbol meydanlarından Zəfər meydanlarına

Futbol meydanlarından Zəfər meydanlarına

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Futbol meydanlarından Zəfər meydanlarına

Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi

Azərbaycanın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan, tariximizin ən şanlı səhifələrindən birinə çevrilən Vətən müharibəsindən 6 il ötür. Xalqımızın birliyini, ordumuzun gücünü və Azərbaycan əsgərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirən 44 günlük savaş noyabrın 8-də Şuşanın azad edilməsi ilə Zəfər müjdəsi xalqımıza çatdırıldı. Ancaq bu qələbənin arxasında həm də minlərlə insanın hekayəsi var.

Bu müharibədə şəhid olanlar arasında futbolla bağlılığı ilə seçilən insanlar da az deyil. Kimisi tribunadan sevdiyi komandanı dəstəkləyir, kimisi meydanda futbolçu kimi gələcək qurmağa çalışırdı. Bəzilərinin isə futbolla bağlı arzuları hələ uşaqlıq illərində düşmən mərmilərinin altında qaldı.

Onların hekayələri Azərbaycan futbolunun da yaddaşında xüsusi yer tutur.

Tribunadan cəbhəyə gedən qəhrəman

"Qarabağ"ın azarkeşləri üçün Məhəmmədəli İbrahimlinin adı təkcə bir şəhidin xatirəsi deyil, illərlə tribunada sevdiyi komandanı dəstəkləyən, "İmarət" Azarkeş Qrupunun ən fəal üzvlərindən biri kimi tanınan gəncdir. Lakin 2020-ci ilin sentyabrında başlayan müharibə onun həyatının istiqamətini dəyişdi. Bu dəfə o, sevimli komandasına tribunadan deyil, Vətənin müdafiəsi üçün ön cəbhədən dəstək verməli idi.

Məhəmmədəli İbrahimli Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsi və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində ağır yaralanaraq müalicə üçün Bərdəyə aparılsa da, sağalmasını gözləmədən könüllü şəkildə yenidən ön cəbhəyə qayıdıb. Oktyabrın 13-də Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı Məhəmmədəli qumbara ilə 20-dən çox erməni hərbçisini məhv edib. Daha sonra özü də şəhidlik zirvəsinə ucalıb. Onun nəşinin tapılması isə müharibənin başa çatmasından iki ay sonra mümkün olub.

Məhəmmədəlinin futbol sevgisi və "Qarabağ"a bağlılığı bu gün də unudulmur. Klubun həm Misli Premyer Liqasındakı, həm də avrokuboklardakı oyunlarında onun xatirəsi yad edilir. 

"Qarabağ"ın 2021/22 mövsümündə ölkə çempionu olduğu vaxt da Məhəmmədəlinin adı klubun tarixində xüsusi şəkildə yaşadıldı. Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına təqdim etdiyi medal alacaq şəxslərin siyahısına şəhid azarkeşinin də adını daxil etdi. 2022-ci il mayın 22-də keçirilən təqdimetmə mərasimində onun üçün nəzərdə tutulan medal atası Mütəllim İbrahimliyə verildi. Daha sonra şəhidin atası futbolçularla birlikdə çempionluq kubokunu başı üzərinə qaldırdı. Beləliklə, Məhəmmədəli həyatda olmasa daa, sevdiyi komandanın çempionluq sevincinin bir parçasına çevrildi.

Onun adını yaşadan daha bir təşəbbüs isə xaricdə yaşayan azərbaycanlı tələbələrin magistratura təhsilini dəstəkləmək məqsədilə yaradılan "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı"dır.

Doğulduğu torpaq uğrunda döyüşən "Forza Neftçi" üzvü

Vətən müharibəsində həyatını itirən futbol azarkeşlərindən biri də "Forza Neftçi" fanklubunun üzvü Teymur Məcidzadə idi. 1992-ci il oktyabrın 10-da Füzuli rayonunnun Gecəgözlü kəndində anadan olan Teymurun ailəsi 1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Bakıya köçməyə məcbur olmuşdu. O, uşaqlıq illərindən uzaq düşdüyü doğma torpağa illər sonra bu dəfə hərbçi kimi qayıdıb. 

Teymur Məcidzadə sərhəd qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Ordu sıralarında zabit kimi xidmət edən Teymur baş leytenant rütbəsinə qədər yüksəlib.

İkinci Qarabağ müharibəsi başlayanda o, doğulduğu Füzuli torpaqlarına yollanıb. Azərbaycan xəritəsini mükəmməl bilməsi, hərbi hazırlığı və düzgün qərarları döyüşlərdə mühüm rol oynayıb. Baş leytenant Teymur Məcidzadə tabeliyindəki taborun 104 hərbçisini mühasirədən çıxararaq, heç bir itki vermədən Şuşa istiqamətində yeni döyüş mövqeyinin tutulmasına nail olub.

Onun döyüş yolu Zəfərə cəmi bir neçə saat qalmış başa çatıb. Belə ki, 2020-ci il noyabrın 9-da, Şuşanın azad edilməsinə saatlar qalmış Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə Teymur Məcidzadə qəhrəmancasdına şəhid olub. O, 3-cü Fəxri xiyabanda dəfn edilib. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Teymurun son arzusu yerinə yetirilib. Onun məzarı üzərinə "Neftçi" şərfi asılıb.

Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Futbolçu arzuları yarımçıq qalan uşaq

Vətən müharibəsinin ağrılı səhifələrindən biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması idi. Həmin hücumlar nəticəsində həyatını itirənlər arasında uşaqlar da vardı. Onlardan biri UGİM Naftalanın gənc futbolçusu Şəhriyar Qurbanov idi.

2007-ci il noyabrın 30-da anadan olan Şəhriyar Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yaşayır, orta məktəbdə təhsil alırdı. O, eyni zamanda UGİM Naftalanın formasını geyinir, futbolçu kimi gələcəyini qurmağa çalışırdı. Lakin müharibənin ilk günlərində onun həyatı düşmən hücumunun qurbanına çevrildi.

2020-ci il sentyabrın 28-də, saat 18 radələrində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Şəhriyar yaşadığı evdə qəsdən öldürüldü. Cəmi 12 yaşı olan bir uşağın həyatı, futbol meydanlarında yaşamalı olduğu sevinclər, qurduğu arzular bir mərmi ilə yarımçıq qaldı.

Hadisə beynəlxalq futbol ictimaiyyətinin də diqqətindən kənarda qalmadı. AFFA bununla bağlı FİFA və UEFA-ya müraciət ünvanladı. FİFA isə gənc futbolçunun vəfatı ilə əlaqədar AFFA-ya rəsmi başsağlığı məktubu göndərdi.

Unudulmayan adlar, yaşadılan xatirələr

Vətən müharibəsindən və tarixi Zəfərimizdən 6 il ötür. Bu müddət ərzində Azərbaycan futbolu da şəhidlərini unutmayıb. Bəzən bir oyundan əvvəl tribunada açılan banner, bəzən meydana çıxan futbolçuların yad etdiyi ad, bəzən də çempionluq medalının şəhid atasına təqdim olunması həmin insanların xatirəsinin yaşadılmasının nümunəsinə çevrilib.

Məhəmmədəli İbrahimli, Teymur Məcidzadə və Şəhriyar Qurbanov fərqli yaşlarda, fərqli həyat yollarında olsalar da, onları birləşdirən ortaq məqam futbol sevgisi idi. Biri tribunada sevdiyi komandanın qələbəsinə sevinir, digəri doğma torpağının azadlığı uğrunda döyüşür, bir başqası isə futbolçu olmaq arzusu ilə yaşayırdı.

Bu gün onların heç biri tribunada, meydanda və ya doğma torpaqlarında deyil. Ancaq adları, həyat hekayələri və Vətən qarşısındakı xidmətləri yaddaşlarda yaşayır. Zəfərimizin ildönümündə onları xatırlamaq həm də bu qələbənin hansı itkilər hesabına qazanıldığını bir daha dərk etməkdir. Çünki tarix yalnız qazanılan qələbələrlə deyil, həmin qələbəyə gedən yolda həyatını fəda edənlərin xatirəsi ilə də yazılır.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://qol.az
archiveBu xəbər 06 Noyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri