Azərbaycan avtomobil hissələri idxalına çəkdiyi xərc azalıb
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan 319 milyon 360,72 min ABŞ dolları dəyərində nəqliyyat vasitələri və onların hissələrini idxal edib.
Avtosfer.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 34 milyon 416,4 minABŞ dolları və yaxud 9,73 % azdır.
İki ay ərzində avtomobil və onların hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 12,29 %-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Mart 2026 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















