Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Azərbaycan avtomobilləri xarici ölkələrə neçəyə satır?

Azərbaycan avtomobilləri xarici ölkələrə neçəyə satır?

Icma.az, Azpost saytına istinadən bildirir.

Bu ilin ilk 10 ayında (yanvar-oktyabr) Azərbaycan xaricə ümumi dəyəri 138 milyon 285 min dollar olan 1 362 ədəd müxtəlif mühərrikli minik avtomobili ixrac edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 9 milyon 908 min dollar və ya 7,7% artsa da, miqdar ifadəsilə 613 ədəd, başqa sözlə 31% azalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 128 milyon 377 min dollar dəyərində 1 975 ədəd minik avtomobili ixrac olunmuşdu.

Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycandan ixrac edilən bir avtomobilin orta ixrac qiyməti 101 min 530 dollar (təxminən 172,6 min manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 65 min dollar (təxminən 110,5 min manat) idi. Bu da illik müqayisədə 36 min 530 dollar (62,1 min manat) və ya 56,2% kəskin bahalaşma deməkdir.

Avtomobil növləri üzrə ixrac

1. Mühərrik həcmi 3000 sm³-dən çox olan benzinli avtomobillərin ixracı 

Bu ilin ilk 10 ayında Azərbaycandan 101 milyon 262 min dollar dəyərində 706 ədəd mühərrik həcmi 3000 sm³-dən çox olan, benzinlə işləyən minik avtomobili ixrac edilib. Bu, ümumi ixrac gəlirlərinin 73%-ni təşkil edib.

Bu kateqoriyadan olan avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 37 milyon 805 min dollar və ya 59,6%, miqdar ifadəsilə isə 149 ədəd, başqa sözlə 26,7% çoxdur.

1 ədəd orta qiymət bu ilin 10 ayının nəticələrinə görə 143 min 431 dollar təşkil edib. Ötən ilin mvafiq dövründə isə 113 min 927 dollar idi (25,9% bahalaşma).

2. Mühərrik həcmi 1500-3000 sm³ olan benzinli avtomobillərin ixracı 

Hesabat dövründə Azərbaycandan 23 milyon 234 min dollar dəyərində 484 ədəd mühərrik həcmi 1500-3000 sm³ olan, benzinlə işləyən minik avtomobili ixrac edilib.

Bu avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5 milyon 597 min dollar və ya 19,4%, miqdar ifadəsilə isə 393 ədəd, başqa sözlə 44,8% azalıb.

1 ədəd orta qiymət bu ilin 10 ayının nəticələrinə görə 48 min 3 dollar təşkil edib. Ötən ilin eyni dövründə isə 32 min 875 dollar idi (46% bahalaşma).

3. Mühərrik həcmi 2500 sm³-dən çox olan dizel avtomobillərinin ixracı 

Bu ilin ilk 10 ayında Azərbaycandan 13 milyon 149 min dollar dəyərində 153 ədəd mühərrik həcmi 2500 sm³-dən çox olan, dizel və ya yarım dizel mühərrikli minik avtomobili ixrac edilib.

Bu kateqoriyadan olan avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 19 milyon 952 min dollar və ya 2,5 dəfə, miqdar ifadəsilə isə 313 ədəd, başqa sözlə 3 dəfə azalıb.

Bu növ avtomobillərin 1 ədədinin orta  ixrac qiyməti bu il 85 min 944 dollar təşkil edib. Ötən ilin müvafiq dövründə isə 71 min 32 dollar idi (21% bahalaşma).

4. Mühərrik həcmi 1500-2500 sm³ olan dizel avtomobillərinin ixracı

Cari ilin 10 ayında Azərbaycandan 633 min dollar dəyərində 17 ədəd mühərrik həcmi 1500-2500 sm³ olan dizel mühərrikli minik avtomobili ixrac edilib.

Bu avtomobillərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 2 milyon 305 min dollar və ya 4,6 dəfə, miqdar ifadəsilə isə 53 ədəd, başqa sözlə 4,7 dəfə azalıb.

Avtomobillərin 1 ədədinin orta qiyməti  37 min 234 dollara bərabər olub. Ötən il isə 41 min 969 dollar idi (11,3% ucuzlaşma).

5. Kiçik mühərrikli benzinli avtomobillərin ixracı 

Azərbaycandan bu növ cəmi 6,5 min dollar dəyərində 2 ədəd mühərrik həcmi 1000-1500 sm³ olan, benzinlə işləyən minik avtomobili ixrac edilib.

Ötən ilin eyni dövründə bu göstərici 29,5 min dollar dəyərində 4 ədəd olmuşdu. Bu, həm dəyər, həm də miqdar baxımından azalma deməkdir.

1 ədəd orta qiymət: Bu il 3 min 250 dollar təşkil edib. Ötən il isə 7 min 375 dollar idi (56% ucuzlaşma).

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://azpost.info
archiveBu xəbər 31 Dekabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see929

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see511

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see364

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see329

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see302

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see296

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see282

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see274

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see270

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see264

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see254

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see251

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see250

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see240

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see235

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see232

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see232

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see212

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see210

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri