Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Zəfər Günü həm də bütün islam dünyasının bayramıdır TƏHLİL

Zəfər Günü həm də bütün islam dünyasının bayramıdır TƏHLİL

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Bir zaman Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bəli, haqlı və əsaslı tarixi fikirlər reallığa çevrildi. Hazırda Azərbaycan dövləti dünyanın ən güclü, inkişaf edən dövlətlərindəndir. 44 günlük Vətən Müharibəsində erməni terror maşınını tamimilə məhv edib, 30 illik işğala son qoymaqla qazanılan böyük qələbə Azərbaycanın gücünə yeni güc, uğurlarına, nailiyyətlərinə yeni zəfərlər əlavə etdi.

Azərbaycan xalqı Prezident İlham Əliyevin Sərkərdəlik məharəti ilə 44 günlük Vətən müharibəsi ilə torpaqlarını qısa müddətdə azad etməklə dünyanın ən böyük xalqlarından olduğunu nümayiş etdirdi. Müasir dünya hərb tarixində görünməyib ki, hansısa ordu uzun illər mühəndis-istehkam tədbirləri görmüş, müasir silahlarla təmin olunmuş terrorçu-hərbi dəstələri qısa müddətdə uğurlu hərbi əməliyyatlar keçirməklə, onun hərbi silah-sursatını canlı qüvvəsini məhv edib, böyük zəfərə imza atsın. Belə hal İkinci Dünya müharibəsindən sonra baş verməyib. Ancaq Azərbaycan ordusu, Ali Baş Komandan, Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə mümkünsüz görünən problemi “Dəmir yumuruq” əməliyyatı ilə həll etməyi bacardı.

2020-ci il sentyabrın 27-sində başlayan Vətən müharibəsinin birinci günü Azərbaycan ordusu erməni terrorçu dəstələrinə məxsus hərbi silah-sursat anbarlarının, hərbi texnikasının və canlı qüvvəsinin 40 faizini məhv etdi, hava məkanına isə tam şəkildə nail oldu. Sonrakı məhələdə əməliyyatlar daha uğurlu və effektli nəticələr verdi. Azərbaycan Ordusu Fateh Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Qarabağın tacı sayılan Şuşa şəhəri daxili olmaqla Cəbrayıl, Fizuli, Qubadlı, Zəngilan və digər rayonlarını, o cümlədən Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini, Tərtər rayonunun Suqovuşan kəndini və ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi. Qarabağımızın tacı hesab olunan Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi ilə Ermənistan məğlubiyyətini qəbul edib, təslim olmağa məcbur oldu. Çünki əks halda Ermənistanın 30 minə yaxın hərbçisi mühasirəyə düşərək, məhv edilə bilərdi. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan dəfələrlə çıxışlarında etiraf edib. Bildirib ki, təslim olmasalardı, o zaman 25-30 min erməni hərbçisi Azərbaycan ordusunun mühasirəsinə düşərək, əsir alına bilərdi.

Ermənistanın baş naziri N.Paşinyanın dünyanın bir sıra ölkələrinin rəhbərlərinə yalvarışlarından, o cümlədən Rusiya prezidenti V.Putinə xahişlərindən sonra Azərbaycanın şərtləri qəbul edildi və təslimçilik aktı imzalandı. Bu sənəd noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan sənədlə rəsmiləşdi. Ermənistanın təslimçilik aktını imzalamasından sonra Azərbaycan Prezidenti, Fateh Sərkərdə İlham Əliyev qalib Azərbaycan xalqına müraciətində demişdir: “ Bu bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”.

"Müharibə bir çox məsələlərə bir daha aydınlıq gətirmişdir”

Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra hesab olunurdu ki, bundan sonra ermənilər hərbi qarşıdurmadan çəkinəcək və terrordan imtina edəcəklər. Ancaq ermənilərin qanlarına, canlarına hopmuş insanlığa qarşı vəhşiliklər törətmək xəstəliyi kapitulyasiya aktını imzalamasından az sonra yenidən baş qaldırdı. Azərbaycanın ərazisində yaratdıqları separatçı rejimə silah-sursat, texniki avadanlıqlarla yardım göstərməklə Ermənistan revanşist qüvvələri ruhlandırmağa çalışdı. Bununla yanaşı, 2022-ci ilin sentyabrında erməni terror dəstələri Azərbaycanın sərhəd bölgəsinə xain hücum təşkil etdilər. Lakin Azərbaycan ordusu hücumun qarşısını alaraq yüzlərlə ermənini məhv etdi, çoxsaylı hərbi texnikanı sıradan çıxartdı. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Qarabağdakı erməni separatçılarına silahı yerə qoymaq və təslim olunmaları üçün xəbərdarlıqların edilməsinə baxmayaraq nəticə olmadı. “Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlar belə, separatçılar üçün dərs olmadı. Əksinə, xarici güclərə arxalanaraq humanitar yönlü “Laçın” yolundan hərbi yüklərin daşınmasını təşkil edir, mülki insanlarımıza atəş açırdılar. Təbii ki, separatizm uzun çəkə bilməzdi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidməti 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə Ermənistan ilə sərhəddə, Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi yaradıldı. Bununla da separatçılara Ermənistandan silah-sursat daşınmasının qarşısı alındı.

Erməni terrorçu dəstələrinin, xüsusilə də Xankəndi şəhərindəki separtçı rejimi Azərbaycan ordusuna və mülki əhaliyə qarşı təxribatlar, terror əməlləri davam edirdi. Bunun qarşısı əbədi olaraq alınmalı və Xankəndi terrorçulardan təmizlənməli idi və belə də oldu. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat çəkən lokal antiterror tədbirləri ilə separatizm tamamilə məhv edildi. Separatçıların əsas başçıları isə hüquq –mühafizə orqanları tərəfindən həbs edilərək istintaqa təhvil verildi. Onlara qarşı terrorizm, terrorçuluğu maliyyələşdirmə, qanunla nəzərdə tutulmayan silahlı birləşmə və qruplaşmalar yaratmaq, terrorizm məqsədilə təlimlər keçirmək ittihamları irəli sürüldü. Artıq Arayik Artunyan, Vardanyan, Saakyan, Qukasyan və digərləri məhkəmə qarşısına çıxarılıb və onlar layiq olduqları cəzalarını aldılar.

Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə beynəlxalq hüquq norma və prinsiplərinə, eləcə də ölkəmizin Konstitusiyasına arxalanmışdır. Qanunlara görə, ölkə daxilində ərazilərin bölünməsinə, terror aktlarına cəhdlər qatı cinayət hesab olunur. Cinayətkar isə heç bir halda cəzasız qala bilməz. Azərbaycan lokal antiterror tədbirləri ilə separatçıları zərərsizləşdirməyə nail oldu. Cəmi 23 saat çəkən əməliyyatın gedişində separatçılar və onların əlaltıları sağ qalmaq üçün ağ bayraq qaldırdılar. Onlar Rusiya sülhməramlılarının komandanlığının vasitəçiliyi ilə hərbi əməliyyatların tam dayandırılmasına yalvardılar. Bundan sonra Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı qüvvələrin tərksilah olunması prosesi başlanıldı. Ermənistan əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında 21 sentyabr tarixində Yevlax şəhərində keçirilən görüşdə qondarma rejimin buraxılması qeyd olundu və az sonra vəd yerinə yetirildi. Terrorçu rejimin buraxılması ilə ermənilər bölgəni tərk etməyə başladılar.

Bu gün xalqımız xoşbəxt və qürurludur. Hər bir azərbaycanlı dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq böyük coşqu və sevinc hissi ilə 8 noyabr Zəfər Gününü qeyd edir. 8 noyabr təkcə bayram günü deyil, həm qürur, həm də düşüncə günüdür. Bu qüruru millətimizə yaşadan şəhidlərimiz, qazilərimiz, Müzəffər ordumuz və bu ordunun Ali Baş Komandanı, Fateh Sərkərdə, Prezidentimiz İlham Əliyevdir. Fateh Sərkərdəmiz, Prezidentimiz İlham Əliyevə minnətdarıq, Müzəffər Ordumuza təşəkkür edirik, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayırıq.

İ.ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri