Icma.az
close
up
RU
Azərbaycan azad və ədalətli seçkilər keçirməyə qadir olduğunu bu dəfə də sübut edəcək ŞƏRH AZƏRTAC

Azərbaycan azad və ədalətli seçkilər keçirməyə qadir olduğunu bu dəfə də sübut edəcək ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 6 dekabr, AZƏRTAC

1993-cü ilin ikinci yarısından başlayaraq ölkəmizdə demokratik prinsiplərin inkişafına xüsusi önəm verildi. Həmin vaxt xalqın təkidi ilə siyasi hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri ölkədə azad sözün, müstəqil mətbuatın inkişafına, xalqın iradəsini əks etdirən demokratik seçkilərin keçirilməsinə əlverişli şərait yaratmaq, həmçinin insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində qətiyyətli addımlar atmaq idi. Ulu Öndər ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda bu vacib istiqamətlərin inkişafında bütün vasitələrdən istifadə etdi və bununla da respublikamızda ədalətli, demokratik, şəffaf seçkilərin keçirilməsinin əsası qoyuldu. Həmin vaxtdan başlayaraq hər kəs ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində istədiyi namizədə sərbəst şəkildə səs verə bildi. Ulu Öndərin “demokratik seçki əmanəti” bu gün də qorunub saxlanılmaqla daha da təkmilləşdirilmişdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov deyib.

O, Azərbaycanın artıq dünyada demokratik, azad, ədalətli seçki keçirilməsində böyük təcrübə qazandığını, hətta seçkilərdə şəffaflığın təmin edilməsində inkişaf etmiş dövlətlərə nümunə olduğunu bildirib: “30 ilə yaxındır ki, ölkəmizdə keçirilən seçkilərdə iştirak edirəm. Bu illər ərzində seçkilərdə mütəşəkkilliyin, şəffaflığın getdikcə təkmilləşdirildiyinin şahidi olmuşam. Azərbaycan Seçki Məcəlləsinə 25 dəfə dəyişiklik edilmiş, bu da seçkilərin şəffaflığında və beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynamışdır. Hətta onun da şahidi olmuşam ki, seçki prosesini izləyən beynəlxalq müşahidəçilər Azərbaycanda keçirilən seçkilərdə şəffaflığın təmin olunmasında istifadə olunan üsulların öz ölkələrində tətbiq edilməsinə nail olacaqlarını bildiriblər. Beynəlxalq müşahidəçilər barmaqların gözlə görünməyən mürəkkəblə işarələnməsini və seçki məntəqələrinə veb-kameraların quraşdırılmasını xüsusi dəyərləndirmişlər. Artıq bu üsullar ölkəmizdə keçirilən bütün seçkilərdə tətbiq olunur”.

Ə.Bədəlov deyib ki, artıq respublikamız yeni siyasi kampaniyanın - bələdiyyə seçkilərinin keçirilməsi ab-havasındadır. Budəfəki bələdiyyə seçkilərinin daha gərgin mübarizə şəraitində keçiriləcəyi gözlənilir. Çünki ölkəmizdə bələdiyyələrin sayı təxminən iki dəfə azaldılıb. MSK-nın siyahısına uyğun olaraq, ölkədə 2025-ci il yanvarın 29-da 685 bələdiyyəyə seçkilər keçiriləcək. Həmin bələdiyyələr üzrə ümumilikdə 8 min 71 bələdiyyə üzvü seçiləcək. Halbuki, bu seçkilərə qədər ölkəmizdə 1606 bələdiyyə fəaliyyət göstərirdi. Milli Məclisdə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” Qanun qəbul edildikdən sonra 3000-ə qədər əhalisi olan yaşayış məntəqəsində 1 bələdiyyə olması qərara alınıb. Bələdiyyələrin birləşdirilməsi və onların statusu çox vacib məsələ idi. Bu sahədə beynəlxalq təcrübə, xüsusilə Türkiyə modeli əsas götürülüb. Ona görə də kiçik kəndlərin birləşdirilərək yeni bələdiyyələr yaradılması zərurəti meydana gəldi. Bu üsula keçid bələdiyyənin funksiyalarını da artıracaq.

Siyasi şərhçi 1999-cu ilin dekabrında ilk bələdiyyə seçkilərinin keçirilməsindən söhbət açaraq qeyd edib ki, həmin vaxt Konstitusiyaya istinad edilmişdi. Növbəti bələdiyyə seçkiləri 2004, 2009, 2014 və 2019-cu illərdə təşkil edilmişdir. Bu seçkilər beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirilmiş Seçki Məcəlləsi əsasında keçirilib. Bu müddət ərzində aparılan islahatlar və bu istiqamətdə qəbul edilən qanunvericilik aktları nəticəsində bələdiyyələr birləşmiş və bəziləri ləğv olunmuşdu. Müşahidələr də göstərirdi ki, kiçik bələdiyyələr özünü doğrultmur. Çünki onların torpaq sahəsi, mülkiyyəti yox idi və maliyyə vəsaitləri həddən artıq az idi. Elə bu səbəbdən də bələdiyyələrin sayı 2700-dən 1606-ya endirilmişdi. Əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə təxminən 200-250 bələdiyyə fəaliyyət göstərir. Bütün bunlara əsasən, bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması zərurəti meydana gəldi və bu istiqamətdə xeyli qanunvericilik aktları qəbul edildi. Ümumilikdə, 1999-2015-ci illəri əhatə edən dövrdə bələdiyyələrin fəaliyyətinə həsr olunmuş 22 qanun qəbul olunmuş, Mülki Məcəlləyə və Vergi Məcəlləsinə bələdiyyələrlə əlaqədar mühüm maddələr daxil edilmişdir.

Ə.Bədəlov artıq bələdiyyə seçkilərinin start götürdüyünü bildirib: “Son 30 ildə Azərbaycanda keçirilən seçkilər daha da təkmilləşdirilib. Bu gün ölkəmiz ədalətli və şəffaf seçkilərin keçirilməsində inkişaf etmiş ölkələrə nümunə göstərir. Bunu seçkilərin gedişini indiyədək izləmiş beynəlxalq müşahidəçilər də etiraf edirlər. Azərbaycan builki bələdiyyə seçkilərini də demokratik, mütəşəkkil və xalqın iradəsini əks etdirən şəraitdə keçirilməklə bu sahədə zəngin hüquq bazaya və təcrübəyə malik olduğunu yenidən dünyaya nümayiş etdirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri