Azərbaycan Basketbol Liqasında VII tura üç oyunla yekun vurulacaq
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Basketbol Liqasında VII tura bu gün üç oyunla yekun vurulacaq.
"Report"un məlumatına görə, B qrupunda "Quba" evdə "Gəncə"ni, "Ordu" isə "Şəki"ni qəbul edəcək.
Quba Olimpiya İdman Kompleksinin idman zalında keçiriləcək görüş saat 14:00-da start götürəcək. "Sərhədçi" İdman Mərkəzində reallaşacaq "Ordu" - "Şəki" matçının start fiti isə 15:00-da səsləndiriləcək.
Hazırda "Gəncə" B qrupunda 11 xalla birincidir. "Quba" isə 8 xalla sonuncu - 6-cıdır. "Ordu" ikinci, "Şəki" üçüncü pillədə qərarlaşıb. Hər iki komandanın 10 xalı var.
A qrupunda "Abşeron" "Sərhədçi" ilə qarşılaşacaq. Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək matç saat 18:00-da başlayacaq. "Abşeron" qrupda üçüncü, "Sərhədçi" isə dördüncü pillədədir. Hər iki komanda 9 xala malikdir.
Qeyd edək ki, turun ötən gün baş tutan oyunlarında "Neftçi" "Sabah"ı 71:66, "Sumqayıt" "Lənkəran"ı 108:99, "Naxçıvan" isə NTD-ni 95:77 hesabı ilə üstələyib.
Baxış sayı:110
Bu xəbər 18 Dekabr 2024 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















