Icma.az
close
up
RU
Azərbaycan basketbolunun tarixi debütu: “Sabah”ı Praqada nə gözləyir? in TƏHLİLİ + FOTO

Azərbaycan basketbolunun tarixi debütu: “Sabah”ı Praqada nə gözləyir? in TƏHLİLİ + FOTO

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan basketbolu bu gün tarixində ilk dəfə olaraq Beynəlxalq Basketbol Federasiyasının (FIBA) bayrağı altında keçirilən əsas Avropa kubokunda - Çempionlar Liqasında təmsil olunacaq.

İdman.biz-in məlumatına görə, “Sabah” əsas mərhələdə çıxış edəcək ilk Azərbaycan klubu olacaq. Komandamız Bakı vaxtı ilə saat 20:00-da Çexiyanın “Nimburk” klubu ilə üz-üzə gələcək. Görüş Praqadakı “Kralovka” arenasında baş tutacaq.

“Sabah” “B” qrupunda güclü rəqiblərlə qarşılaşacaq. Komandamızın rəqibləri Almaniyanın “Alba Berlin” klubu, Çexiyanın “Nimburk”u və Samokovdakı təsnifat mərhələsinin qalibi - Fransanın “Şalon” komandası olacaq.

“Sabah”ın gücü və liderləri

Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycanın “Sabah” klubunun heyəti Avropa səviyyəsinə uyğun formalaşdırılıb. ABŞ-li oyun qurucusu Devid Nikols, forvard Kit Corcan, nəhəng Castin Tillman və fransız mərkəz oyunçusu Jan-Mark Pansa komandanın əsas hücum yükünü daşıyır.

Heyətdə Devid Nikols oyunun tempinə nəzarət edir və matçın məhsuldar sonluqla bitməsində əsas rol oynayır. C. Tillman üçsaniyəlik zonadakı oyunu ilə seçilir, Jan-Mark Pansa boy üstünlüyü və blokları ilə müdafiəni gücləndirir. Corcan isə topsuz hərəkətdə və uzaq məsafədən zərbələrdə önəmli fiqurdur. Komandada yerli oyunçuların da rolu böyükdür ki, bu da intensiv səfər oyunlarında əlavə üstünlük yaradır.

Rəqibin portreti – təcrübə və fiziki güc

“Nimburk” Çempionlar Liqasının daimi iştirakçılarındandır. Çexiya klubu artıq doqquzuncu mövsümdür turnirdə çıxış edir. Komandanın perimetrlərində Voytex Xruban və Yaromir Boqaçik kimi sabit atıcılar var. Ondrjej Sexnal oyunun tempinə nəzarət edir. Yay transferləri sayəsində hücum xətti skorçu Cəbari Raysla, boy altı isə Markus Santos Silva və Martin Krij tandemi ilə güclənib.

Rotasiyada Cəmiyir Birkus və Vesli Drimer kimi adlar da var. Bu, “Nimburk”a həm hücumda, həm müdafiədə üstünlük və çeviklik verir. Komandanın təcrübəsi, uzaq atışları və fiziki gücü onu evdə bu qarşılaşmanın favoriti edir.

“Sabah”ın şansı

Azərbaycan təmsilçisinin əsas üstünlüyü liderlərin fərdi ustalığı və ön xəttdə atletik oyunudur. Əgər Nikols rəqibin təzyiqinə tab gətirsə, Tillman–Pansa tandemi mübarizədə üstün olsa, “Sabah”ın ikinci şans xalları və açıq atış imkanları yarada bilər.

Komandanın zəif nöqtəsi isə debüt təcrübəsinin olmamasıdır. Bu isə o deməkdir ki, “Sabah” top itkisinə yol verməməlidir. “Nimburk” intizamlı oyun və uzaq atışlarla seçilir, lakin təkli mübarizəni uduzanda və oyunçularının tez-tez qayda pozduğu hallarda ritmləri pozula bilir.

Nəticə – meydanda tarix yazıla bilər

Ekspertlərə görə, “Sabah”ın Praqada qələbə şansı 30–35 faiz civarındadır. Uğurlu nəticə üçün komanda top itkilərini minimuma endirməli və boş atışlardan maksimum yararlanmalıdır. Hər şey gərgin son dəqiqələrə qalsa, 2–3 hücum və liderlərin soyuqqanlılığı matçın taleyini müəyyənləşdirəcək.

Bu debütün əhəmiyyəti bir oyundan daha böyükdür. “Sabah” qrup mərhələsində ilk üçlüyə düşə bilsə, bu, Azərbaycan basketbolunun Avropa arenasında tanıdılması, gənclərə motivasiya, sponsorların və infrastrukturun inkişafı baxımından mühüm mərhələ olacaq. Qrupdakı hər xal uzunmüddətli layihənin güclənməsinə və ölkə çempionatının səviyyəsinin artmasına xidmət edəcək.

Teymur Tuşiyev

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Oktyabr 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri