Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycan BƏƏ iqtisadi tərəfdaşlığının strateji hədəfləri

Azərbaycan BƏƏ iqtisadi tərəfdaşlığının strateji hədəfləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələr son illər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin mühüm hadisələrindən biri BƏƏ-nin iqlim və ətraf mühit naziri Amna Al Dahakın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri oldu. Səfər çərçivəsində keçirilən görüşlər və imzalanan sənədlər göstərdi ki, Bakı–Əbu-Dabi xətti strateji iqtisadi tərəfdaşlıq platforması üzərində inkişaf edir.

Səfərin əsas istiqamətlərindən biri Azərbaycan–BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masa oldu. Tədbirdə hər iki ölkənin aqrar və qida sənayesi sektorunu təmsil edən şirkətlər iştirak etdi, yeni bazar imkanları və birgə investisiya perspektivləri müzakirə olundu. Azərbaycan tərəfi xüsusilə kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi, emal sənayesində əməkdaşlıq və logistika imkanlarının artırılması məsələlərini önə çıxardı.

Bu çərçivədə Azərbaycanla BƏƏ arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı. Memorandum iki ölkə arasında baytarlıq nəzarəti, sertifikatlaşdırma mexanizmləri və qida təhlükəsizliyi standartlarının uyğunlaşdırılması baxımından mühüm hüquqi baza yaradır. Bu sənəd təkcə ticarət dövriyyəsini artırmaq üçün deyil, həm də ixrac edilən məhsulların keyfiyyət və təhlükəsizlik təminatının möhkəmləndirilməsi üçün strateji əhəmiyyət daşıyır.

İlk olaraq qeyd edək ki, 2025-ci ilin iyulunda imzalanan və qüvvəyə minən Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) ticarətin liberallaşdırılması və investisiya axınlarının diversifikasiyası üçün əsas katalizator rolunu oynayır. Digər tərəfdən, Azərbaycan İnvestisiya Holdinqi və Abu-Dabi İnkişaf Holdinq Şirkəti tərəfindən yaradılan fond uzunmüddətli strateji layihələrin maliyyələşdirilməsinə xidmət edir. 2025-ci ilin sonunda azərbaycanlı mütəxəssislərin BƏƏ-nin əmək bazarında, xüsusilə yüksək texnologiyalar və xidmət sahələrində işlə təmin olunması istiqamətində yeni əməkdaşlıq platformaları qurulub.

Səfər çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüş isə tərəfdaşlığın daha geniş mənzərəsini ortaya qoydu. Görüşdə Azərbaycan–BƏƏ əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulandı və əməkdaşlığın çoxşaxəli xarakter daşıdığı qeyd edildi. İqtisadi-ticari əlaqələrlə yanaşı, enerji, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, mədəni və humanitar sahələr üzrə əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. Bu, onu göstərir ki, tərəflər iqtisadi əlaqələri yalnız mal mübadiləsi çərçivəsində deyil, uzunmüddətli investisiya və texnologiya transferi müstəvisində qurmağa çalışırlar.

Ümumiyyətlə, iki ölkə arasında ticarət dövriyyəsi son illərdə sürətlə artmaqdadır. 2024-cü ildə BƏƏ ilə Azərbaycan arasındakı qeyri-neft ticarətinin həcmi 2,4 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 43 faiz artım deməkdir. 2025-ci ilin ilk 9 ayında ticarət dövriyyəsi 125,9 milyon dolları keçərək 73,2 faiz artıb. Həmin ilin yanvar–noyabr aylarında Azərbaycanın BƏƏ-yə qeyri-neft ixracı 2,1 dəfə artaraq 105,9 milyon dollara yüksəlib. BƏƏ və Azərbaycan arasındakı qarşılıqlı investisiyaların ümumi həcmi isə hazırda 1 milyard dollara çatıb.

Azərbaycanın enerji gündəliyində bərpaolunan enerji prioritet istiqamətə çevrilib. BƏƏ şirkətlərinin, xüsusilə Masdar kimi qurumların Azərbaycanda həyata keçirdiyi layihələr artıq praktik nəticələr verir. Günəş və külək enerjisi sahəsində reallaşdırılan layihələr Azərbaycanın enerji balansında “yaşıl pay”ın artmasına xidmət edir.

Bu əməkdaşlıq yalnız istehsal güclərinin artırılması ilə məhdudlaşmır. Gələcək perspektivdə “yaşıl enerji koridoru” ideyası çərçivəsində istehsal olunan elektrik enerjisinin ixracı da nəzərdə tutulur. Bu isə Azərbaycanı regional enerji habı statusundan “yaşıl enerji” ixracatçısına doğru aparan strateji xəttin tərkib hissəsidir.

BƏƏ-nin "Masdar" şirkəti Azərbaycanda yaşıl enerji keçidinin əsas investorudur. 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının ardınca, Biləsuvar və Neftçala günəş, həmçinin Abşeron-Qaradağ külək elektrik stansiyaları kimi yeni layihələr icra olunur.

Azərbaycan üçün bu tərəfdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və “yaşıl transformasiya” strategiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. BƏƏ üçün isə Azərbaycan regionda etibarlı tərəfdaş, enerji və logistika baxımından strateji körpü rolunu oynayır.

Beləliklə, Bakı–Əbu-Dabi xətti artıq diplomatik münasibətlərin çərçivəsini aşaraq, iqtisadi gələcəyin birgə memarlığına doğru inamlı addımlar atır.

Vüqar BAYRAMOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji münasibətlər mövcuddur və bu münasibətlərin davamlı inkişafı həm qarşılıqlı investisiya qoyuluşlarına, həm də ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir. Nəzərə alsaq ki, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanda yaşıl enerjiyə ən çox investisiya yatıran ölkələrdən biridir, alternativ və bərpaolunan enerji sahəsində iki ölkə arasında uzunmüddətli əməkdaşlıq formalaşıb və bu əməkdaşlıq getdikcə daha da dərinləşir.

Strateji müstəvidə dövlətlər qarşılıqlı şəkildə bir-birini dəstəkləyir. Rəsmi səfərlər, cənab Prezidentin Birləşmiş Ərəb Əmirliklərinə səfərləri zamanı aparılan müzakirələr və əldə edilən razılaşmalar iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir.

Eyni zamanda, Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından mühüm bazarlardan birinə çevrilə bilər. Çünki qeyri-neft ixracında bazarların şaxələndirilməsi əsas prioritetlər sırasındadır. Şaxələndirmə ixracda məhsul çeşidinin genişlənməsinə, diversifikasiyanın güclənməsinə və Azərbaycan məhsullarının yeni bazarlara çıxışına şərait yaradır. Bu isə Azərbaycan biznesi üçün yeni imkanlar deməkdir.

Bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlığın genişlənməsi Azərbaycan üçün ixrac baxımından yeni perspektivlər vəd edir. Bu, yalnız yaşıl enerji və digər strateji sahələrdə əməkdaşlığın dərinləşməsi ilə məhdudlaşmır, eyni zamanda, iş adamları arasında əlaqələrin daha dinamik inkişafına təkan verir. Qarşılıqlı investisiyaların artması və ticarət dövriyyəsinin genişlənməsi hər iki dövlətin bu əməkdaşlıqdan qarşılıqlı fayda əldə etməsi deməkdir.

Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see609

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see540

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see412

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see325

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see287

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see283

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see281

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see268

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see267

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see245

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see227

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see218

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see215

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see213

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see208

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see200

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see192

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see184

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see183

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri