Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir Yunus Oğuz

Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilir Yunus Oğuz

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanın yerləşdiyi coğrafi ərazi, tarixi İpək Yolunun bu dövlətin ərazisindən keçməsi hələ keçmiş dönəmdən onu Avropa və Asiyanı birləşdirən, eləcə də ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkana çevirib. Hazırda yeni dünya nizamında da Azərbaycan beynəlxalq loqistik qovşağın liderinə çevrilməkdədir".

"Olaylar" xəbər verir ki, bunu "Olaylar" qəzetinin baş redaktoru, yazıçı Yunus Oğuz deyib: "Qloballaşan dünyanın yeni geoiqtisadi çağırışları kontekstində Azərbaycanın rolu  artmaqda davam edir. Bu, strateji əhəmiyyət baxımından ölkəmiz üçün vacib amildir. Aydındır ki, hazırki şəraitdə ölkələr arasında siyasi-iqtisadi əlaqələrin məzmunu yeni keyfiyyət dəyişikliklərinə məruz qalsa da, regional nəqliyyat dəhlizləri ümumdünya kommunikasiya sistemində çəkisini və mövqeyini qoruyub saxlayır. Azərbaycanın həyata keçirdiyi loqistik layihələr bu sistemin özəyini təşkil edir. Belə ki, Azərbaycanın nəqliyyat infrastrukturunda mühüm yer tutan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi tam istifadəyə veriləndən sonra bu logistik mərkəz regionun avtomobil, dəmir və dəniz yollarının kəsişmə nöqtəsinə çevriləcək. Bu liman Çindən tutmuş Mərkəzi Asiya və Avropayadək tranzit daşımalara yeni məzmun və dinamizm verəcək. Bundan əlavə, limanın ətrafında yaradılacaq azad ticarət zonası daha çox yükdaşımaların həyata keçirilməsinə əlverişli şərait yaradacaq.

Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali  Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi də respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq, İrandan keçməklə  Azərbaycan, Rusiya, Fin körfəzinə qədər böyük bir ərazini əhatə edəcək. Azərbaycan isə həmin nəqliyyat dəhlizi çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək.

Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi daha yüksəkdir. Sözügedən dəmir yolu xətti isə Avropa və Asiya qitələrini birləşdirən yeni nəqliyyat dəhlizidir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol kimi Azərbaycana həm iqtisadi, həm də siyasi dividendlərini zaman keçdikcə daha da artıracaq. Azərbaycanın reallaşdırdığı Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada daha çox Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir.

44 günlük Vətən müharibəsində Azərbaycan öz ərazü bütövlüyü və suverenliyini bərpa etdikdən sonra Zəngəzur dəhlizinin istismarı məsələsi gündəmə gəldi. Nəzərə almaq lazımdır ki, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, eyni zamanda Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir. Məhz bu kimi amillərdən hazırda dünyanın nəhəng dövlətləti arasında Zəngəzur dəhlizi uğrunda mübarizə gedir. Nəticə ondan ibarətdir ki, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Sadalanan faktlar isə deməyə əsas verir ki,   Azərbaycan beynəlxalq loqistik qovşağının liderinə çevrilir".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 25 Aprel 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri