Icma.az
close
up
RU
Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib

Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilib

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Daşımaların yolu və müddəti 2,5 dəfə qısalıb

Azərbaycan Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizində əsas tranzit həlqələrindən biri kimi çıxış edərək Avrasiyanın nəqliyyat xəritəsində mühüm strateji rol oynayır. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən coğrafi mövqeyi ölkəmizi regional və qlobal yük axınları üçün etibarlı logistika mərkəzinə çevirir. Dəmir yolu, avtomobil yolları, liman və logistika infrastrukturlarına qoyulan investisiyalar ölkəmizin bu dəhliz üzrə daşımalarda rəqabətqabiliyyətli və alternativsiz marşrutlardan birinə çevrilməsini təmin edib.

Qeyd edək ki, Şimal–Cənub dəhlizi Avropa, Rusiya və Mərkəzi Asiya bazarlarını İran və Fars körfəzi vasitəsilə Cənubi Asiya ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi beynəlxalq ticarətdə vaxt və xərclərin azaldılmasına xidmət edir. Dəhlizin qərb marşrutu Hindistan və Körfəz regionundan yüklərin Azərbaycan üzərindən Rusiya, Qərbi Avropa, Baltik və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Bu marşrutun əsas üstünlüyü digər istiqamətlərlə müqayisədə tranzit məsafəsi və vaxtın iki-üç dəfə qısalmasıdır. Belə ki, dəniz yolu ilə daşımalar 45–60 gün çəkirsə, Şimal-Cənub dəhlizi vasitəsilə bu müddət 20–25 günə enir.

Ötən ay Bakıda Müstəqil Dövlətlər Birliyinin Dəmiryol Nəqliyyatı Şurasının 83-cü iclasının keçirilməsi də Azərbaycanın nəqliyyat diplomatiyasının və regional koordinasiya imkanlarının göstəricisi oldu. Toplantı çərçivəsində Azərbaycan, Rusiya və İran arasında “Şimal–Cənub dəhlizinin qərb marşrutu üzrə rəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması və logistik xidmətlərin inkişafı barədə Memorandum”un imzalanması xüsusi əhəmiyyət daşıdı.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarif mexanizminin yaradılmasını, müntəzəm blok-qatarların təşkili və daşımalarla bağlı prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin tətbiqi üç ölkə arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi baxımdan səmərəli logistika zəncirinin formalaşmasına imkan yaradacaq, eyni zamanda Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyat dəhlizlərində etibarlı tərəfdaş kimi mövqelərini gücləndirəcək və region üzrə tranzit axınlarının davamlı artması üçün əlverişli şərait formalaşdıracaq.

Ötən aylarda Rusiya–Azərbaycan münasibətlərində yaranmış müəyyən durğunluğa baxmayaraq, Rusiya tərəfi Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətinin inkişafını davam etdirmək niyyətindədir. Bunun əsas səbəbi həmin marşrutun Fars körfəzinə çıxış baxımından coğrafi cəhətdən daha qısa və səmərəli olmasıdır. Rusiya Dəmir Yollarının açıqladığı statistik məlumatlar Şimal–Cənub dəhlizi üzrə daşımaların artan tempini təsdiqləyir. 2025-ci ilin yanvar–oktyabr aylarında qərb, yəni Azərbaycan marşrutu ilə 6600 TEU konteyner daşınıb ki, bu da əvvəlki dövrlə müqayisədə 58,3 faiz artım deməkdir. Eyni dövrdə şərq (Türkmənistan, Qazaxıstan) marşrutu üzrə konteyner daşımalarının həcmi 2300 TEU təşkil edib. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi baxımından ən mühüm göstəricilər ümumi dəyəri təxminən 5 milyard ABŞ dolları olan Rusiya–Azərbaycan ticarət dövriyyəsi, eləcə də cari ilin sonunda həcmi təqribən 30 milyard dollar səviyyəsində proqnozlaşdırılan Rusiya–Qazaxıstan ticarət dövriyyəsidir.

Yeri gəlmişkən, Şimal–Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində aparılan işlər dəhlizin inkişafına əhəmiyyətli töhfə verir. Sumqayıt–Yalama dəmir yolu xəttinin yenidən qurulması işlərinin ilin sonuna qədər tamamlanması planlaşdırılır. Eyni zamanda, ADY tərəfindən İran ərazisində Astara Terminalının inşası davam etdirilir və terminalın tikintisinin 2026-cı ilin birinci rübündə yekunlaşacağı gözlənilir.

Bununla yanaşı, regionda digər strateji nəqliyyat layihələri də Şimal–Cənub dəhlizinin effektivliyini artırır. Bu konteksdə Zəngəzur dəhlizi xüsusi diqqət çəkir. Ekspertlərin fikrincə, bu dəhliz Azərbaycan-İran-Rusiya marşrutlarının birləşməsinə töhfə verərək Şimal–Cənub dəhlizinin tranzit potensialını gücləndirəcək. Həmçinin Araz dəhlizi də cənub istiqamətində Azərbaycan ilə İran arasında yük daşımalarını asanlaşdıraraq ticarət axınlarının davamlılığını təmin edə bilər. Bu dəhlizlərin inkişafı nəticəsində Şimal–Cənub marşrutunun tranzit imkanları daha da genişlənəcək. Eləcə də yükgöndərənlər və daşıyıcılar üçün daha əlverişli, sürətli və dayanıqlı nəqliyyat infrastrukturu formalaşdıracaq.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

Azərbaycanın qlobal yükdaşımalar sistemində oynadığı rol xüsusi aktuallığa malikdir. Ölkə əsasən iki strateji istiqamət üzrə – Şimal–Cənub və Şərq–Qərb (Orta Dəhliz) nəqliyyat marşrutları çərçivəsində mühüm tranzit mərkəzi kimi çıxış edir. Məhz bu reallıq fonunda 26 noyabrda MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən iclası və Rusiya, Azərbaycan və İran dəmir yolu şirkətləri arasında imzalanmış üçtərəfli memorandum regionda nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistan və digər Asiya ölkələrindən gələn yüklərin İran üzərindən Azərbaycan vasitəsilə Rusiyaya və Avropa istiqamətində daşınmasını nəzərdə tutur. Mövcud geosiyasi şəraitdə Rusiya–Avropa münasibətlərinin mürəkkəbliyinə baxmayaraq, bu marşrut regional yükdaşımalar üçün strateji əhəmiyyətini saxlayır və yeni əməkdaşlıq formatları ilə daha da gücləndirilir.

Digər tərəfdən, Şərq–Qərb Nəqliyyat Dəhlizi, yəni Orta Dəhliz çərçivəsində Çin və Mərkəzi Asiya ölkələrindən gələn yüklərin Azərbaycan üzərindən Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılması, eləcə də əks istiqamətdə daşınması nəzərdə tutulur. Bu marşrutda Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə yanaşı, Zəngəzur dəhlizi də perspektiv baxımından mühüm element kimi ön plana çıxır.

Məlum olduğu kimi, beynəlxalq müstəvidə Şimal–Cənub və Şərq–Qərb marşrutları arasında rəqabət mövzusu zaman-zaman gündəmə gətirilir. Xəzər regionunda birbaşa iştirak etməyən bəzi xarici strategiyalar və oyunçular bu marşrutlar arasında süni rəqabət yaratmağa çalışa, xüsusilə infrastruktur layihələrinin maliyyələşdirilməsində prioritetlərin dəyişdirilməsinə təsir göstərmək istəyə bilərlər.

Lakin region ölkələrinin milli maraqları və uzunmüddətli inkişaf strategiyaları baxımından bu yanaşmanın rasional əsası yoxdur. Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi, Trans Xəzər marşrutu, Zəngəzur dəhlizi, Orta Dəhlizin İran istiqamətləri və digər nəqliyyat arteriyaları bir-birinə alternativ deyil, əksinə, bir-birini tamamlayan və regionun tranzit potensialını gücləndirən vahid nəqliyyat-logistika ekosisteminin tərkib hissələridir.

Üstəlik, bu dəhlizlər təkcə yükdaşımaları ilə məhdudlaşmır. Onlar enerji infrastrukturu, kabel-kommunikasiya xətləri, elektrik ötürücü şəbəkələr və rəqəmsal bağlantılar kimi strateji sahələri də əhatə edir. Bu baxımdan, Azərbaycan regionda yüklərin, enerjinin və məlumat axınlarının təhlükəsiz və fasiləsiz ötürülməsini təmin edən çoxşaxəli nəqliyyat qovşağı rolunu daha da möhkəmləndirir.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Dekabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri