Azərbaycan birinciliklərində növbəti oyunların keçiriləcəyi tarixlər bəlli olub
Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Yeniyetmə voleybolçuların (qızlar və oğlanlar) Azərbaycan birinciliklərində növbəti oyunların keçiriləcəyi tarixlər bəlli olub.
İdman.biz xəbər verir ki, mayın 24-26-da U-14 və U-18 komandalarının yarışlarında növbəti oyunlar baş tutacaq.
Mayın 25-də 14 yaşadək qız və oğlanların, növbəti gün isə U-18 komandalarının bürünc və qızıl medal uğrunda oyunları, həmçinin qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
Final qarşılaşmaları və mükafatlandırma mərasimləri AVF-nin İdman zalında təşkil olunacaq.
U-16 komandalarının oyunları isə 31 may və 1-2 iyun tarixlərində keçiriləcək.
Həlledici görüşlərə qatılacaq komandaların adları hələlik dəqiqləşməyib.
Qeyd edək ki, fevral ayında start götürən birinciliklərdə ümumilikdə 131 komanda (44 oğlan, 87 qız) iştirak edib. Paytaxtla yanaşı, Gəncə, Naxçıvan, Tovuz və Goranboy şəhərlərində keçirilən qrup oyunlarından sonra növbəti mərhələyə 64 komanda (24 oğlan, 40 qız) vəsiqə qazanıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















